Rasim İsayev

Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 15:02, 18 avqust 2021 tarixli dəyişiklik

Rasim İsayev — şahmat üzrə idman ustalığına namizəd, Şəki Şahmat məktəbinin məşqçi-müəllimi, Şəki şəhər İcra Hakimiyyəti başçısının 1 №li Sahə İnzibati Ərazi Dairəsinin İpəkçilər və Dulusçular məhəlləsi üzrə nümayəndəsi.

Rasim İsayev
İsayev Rasim Qurban ölu
Rasim İsayev
Rasim İsayev.
Doğum tarixi 19 avqust 1979 (1979-08-19) (44 yaş)
Doğum yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Mingəçevir Dövlət Texniki Universiteti, energetika və mexanika fakultəsi (1997–1999)

Haqqında əlavə məlumatlar

19 avqust 1979-cü il tarixdə Şəkidə anadan olub.

Hərbi xidmətdə

1997 – 1999-cu illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hava hücumundan müdafiə qoşunlarının N saylı hissəsində hərbi xidmət keçib.

Təhsili

1996-cı ildə Şəki Fizika-Riyaziyyat və Humanitar profilli litseyi bitirib.

2002 – 2006-cı ilərdə Mingəçevir Dövlət Texniki Universitetinin energetika və mexanika fakultəsində təhsil alıb.

Əmək fəaliyyəti

1999 – 2002-ci illərdə Şəki Şahmat Məktəbində məşqçi-müəllim vəzifəsində çalışıb.

Ali məktəbdə oxuduğu müddətdə günorta növbəsində Mingəçevir Şahmat məktəbində məşqçi – müəllim vəzifəsində və axşam növbəsində isə Mingəçevir Azyolmaş Neft avadanlıqlarının təmiri zavodunda elekrik qaynaqçısı vəzifəsində çalışıb.

Ali məktəbi bitirdikdən sonra isə “Şəki Elektrik Stansiyasi” MMC-də elektrik çilingəri vəzifəsində çalışıb; o cümlədən,

2020-ci il üçün həmin müəssisədə elektrik sexinin növbə rəisi idi.

İctimai-siyasi aktivliyi

2019-cu il bələdiyyə seçkilərində Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizəd olub, lakin seçilməyib.

Ailəsi

Ailəlidir, iki övladı var.

Ədəbiyyat

  1. “Şəki Bələdiyyəsi” qəzetinin saytı, Şəki bələdiyyəsi üzvlüyünə namizədlər, 2-ci səhifədə.
  2. "ŞƏKİ BƏLƏDİYYƏSİ ÜZRƏ NAMİZƏDLƏR ( 55 namizəd )". https://www.infocenter.gov.az (azərb.). İnformasiya Mərkəzi. 21 Jun 2021 tarixində arxivləşdirilib.

Həmçinin, bax: