Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Töhrab Hüseynov

Şəki Ensiklopediyası səhifəsi
Nukha (Müzakirə | töhfələr) tərəfindən edilmiş 13:20, 28 yanvar 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Töhrab Hüseynov
Hüseynov Töhrab Fərrux oğlu
Töhrab Hüseynov
Töhrab Hüseynov, 2002-ci il
Şəxsi məlumatlar
Doğum tarixi 10 aprel 1954 (1954-04-10) (70 yaş)
Doğum yeri Nuxa, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili

Şəki Musiqi Texnikumu (1969 – 1973)

Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası (1974 – 1979)

Töhrab Hüseynov (Hüseynov Töhrab Fərrux oğlu; d. 10 aprel 1954-cü ildə, Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ) – musiqiçi-pedaqoq; 1989 – 2010-cu illərdə Şəki Musiqi Texnikumunun direktoru olub.

Haqqında məlumatlar

1954-cü ildə Nuxada anadan olub.

T.Hüseynov Fuad Əbdürəhmanov adına Şəki Şəhər Uşaq İncəsənət Məktəbinin direktoru işlədiyi zaman, 1987-ci il.

Təhsili

1961 – 1971-ci ildə 10 №-li Nuxa/Şəki şəhər orta məktəbində oxuyub.

1963 – 1968-ci illərdə Nuxa şəhər yeddiillik musiqi məktəbinin tar sinfində,

1969 – 1973-cü illərdə Şəki Musiqi Texnikumunda,

1974 – 1979-cu illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında tar ixtisası üzrə təhsil alıb.

İş yerləri

1969-cu ildən uşaq bağçalarında, sonralar yeddiillik uşaq musiqi məktəblərində (Şəkidə və Bakıda) müəllim işləyib.

1979 – 1987-ci illərdə Şəki Musiqi Texnikumunda şöbə müdiri,

1987 – 1989-cu illərdə Fuad Əbdürəhmanov adına Şəki Şəhər Uşaq İncəsənət Məktəbinin direktoru olub.

1989 – 2010-cu illərdə əvvəlcə qısa müddət (1989-cu ilin 5 iyul – 1 avqust tarixləri arası) Şəki Musiqi Texnikumunda tədris işləri üzrə direktor müavini, sonra isə (1 avqust 1989-cu il – 7 iyun 2010-cu il tarixləri arası) direktor vəzifəsində çalışıb.


İctimai aktivliyi

1990-cu ildə Şəki şəhər Xalq Deputatları Sovetinə deputat seçilib.

1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Yeni Azərbaycan Partiyasının I – III və Azərbaycan müəllimlərinin XI – XIII qurultaylarının nümayəndəsi olub.

Şəki Musiqi Texnikumunun direktoru olduğu illərdə (1989 – 2010) Şimal – Qərb regionunda keçirilən mədəni-kütləvi tədbirlərdə yaxıbdan iştirak edib.

Mükafatları

  • Azərbaycan SSR Xalq Təhsili Nazirliyinin, Mədəniyyət Nazirliyinin, Şəki şəhər İH başçısının, Şəki şəhər Xalq Marifi Şöbəsinin fəxri fərmanları.

Ədəbiyyat

Şablon:Yaxşı məqalə