Vaqif İbrahim (1945–1983) — tanınmış şair və jurnalist, Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatı, Azərbaycan LKGİ MK-nin üzvü, “Göyərçin” jurnalının məsul katibi.

Vaqif İbrahim
İbrahimov Vaqif Əliyar oğlu
Vaqif İbrahim
Vaqif İbrahim.
Doğum tarixi 30 sentyabr 1945(1945-09-30)
Doğum yeri Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Vəfatı 29 oktyabr 1983 (38 yaşında)
Vəfat yeri Sumqayıt
Vəfat səbəbi avtomobil qəzası
Dəfn yeri Saray qəsəbəsi, Abşeron rayonu
Vətəndaşlığı SSRİ
Təhsili M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu (–1968)
Mükafatları Azərbaycan SSR LKGİ mükafatı — 1976

Haqında məlumatlar Vizual/Mobil redaktə

30 sentyabr 1945-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili Vizual/Mobil redaktə

1952 – 1962-ci illərdə Nuxa şəhər 10 №-li orta məktəbində təhsil alıb.

1968-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirib.

Əmək fəaliyyəti Vizual/Mobil redaktə

1968 – 1970-ci illərdə Sumqayıt şəhər radio verilişləri redaksiyasında redaktor,

1971 – 1975-ci illərdə isə məsul redaktor vəzifəsində çalışıb.

1975 – 1976-cı illərdə “Ulduz” jurnalı redaksiyasında ədəbi işçi,

1976 – 1983-cü illərdə “Göyərçin” jurnalının məsul katibi olub.

İctimai aktivliyi Vizual/Mobil redaktə

1970 – 1971-ci illərdə Sumqayıtda Əli Kərim adına Sumqayıt gənclik poeziya klubunun sədri,

1979-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.

1980 – 1983-cü illərdə Azərbaycan LKGİ MK nəzdində gənc yazıçıların respublika ədəbi birliyinə rəhbərlik edib.

Azərbaycan komsomolunun XXX və XXXI qurultaylarının nümayəndəsi olub (XXXI qurultayda Azərbaycan LKGİ MK-nə üzv seçilib).

SSRİ – Bolqarıstan “Drujba” jurnalı redaksiya heyətinin üzvü idi.

Ədəbi yaradıcılığı Vizual/Mobil redaktə

7 şeir kitabı sağlığında, nəşrə təqdim etdiyi “Taleyimə yazılanlar” adlı kitabı isə ölümündən sonra çap olunub.

Kitablarının siyahısı (çap olunduğu illər) Vizual/Mobil redaktə

  1. Bu torpaqda doğulanlar (1970);
  2. Ömür balladası (1970);
  3. Dünyanın keşiyində (1974);
  4. Baykal-Amur magistralında (1975);
  5. Mehribanlıq işığı (1981);
  6. Vaxtla üz-üzə (1982);
  7. Taleyimə yazılanlar (1985).

Təltif və mükafatları Vizual/Mobil redaktə

Vəfatı Vizual/Mobil redaktə

29 oktyabr 1983-cü il tarixdə – 38 yaşında, Bakı-Sumqayıt yolunda baş vermiş avtomobil qəzasında həlak olub. Abşeron rayonunun Saray qəsəbəsində dəfn edilib.

Xatirəsi Vizual/Mobil redaktə

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzi nəzdindəki klublardan biri (keçmiş Ziyalılar evi) və Sumqayıt şəhərindəki 35 saylı məktəb, Şəki şəhərində bir küçə adını daşıyır.

Ədəbiyyat Vizual/Mobil redaktə

  1. Məmmədov Ə., Xalıqov F. İbrahim Vaqif // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 546-547. — 1.000 nüsx.
  2. Əhmədov T. Azərbaycan yazıçıları XX–XXI yüzillikdə. — Bakı: “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011. — Səhifələrin sayı:  1056. — Səh.: 962. — 1.000 nüsx. — ISBN 978-9952-460-06-3. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 28 sentyabr 2021.
  3. Mete Ə. Vaqif İbrahim // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 169. — 500 nüsx.
  4. Abiyeva K. Bizim Vaqif İbrahim : Vaqif İbrahimin şeir akademiyası : [arx. 28.10.2022] // 525.AZ. — 2015. — 6 oktyabr. — Müraciət tarixi: 28.10.2022.
  5. Orsər R. Vaqif İbrahim // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 480-483. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.