Vaqif Aslan
Vaqif Aslan — şair-yazıçı-dramaturq, pedaqoq, fransızca bədii ədəbiyyatın azərbaycan dilinə tərcüməçisi, Azərbaycan Yazıçılar Birliyinin Şəki bölməsinin sədri, AMEA Folklor İnstitutunun Şəki sektorunun rəhbəri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının baş müəllimi.
Vaqif Aslan | |
---|---|
Aslanov Vaqif Cumay oğlu | |
Vaqif Aslan. | |
Təxəllüsü | Vaqif Aslan |
Doğum tarixi | 5 iyul 1950 |
Doğum yeri | Kiş, Nuxa rayonu (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | SSRİ-in 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər institutu (1968–1973) |
Əsərlərinin dili | azərbaycanca |
Mükafatları | |
facebook səhifəsi |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
5 iyul 1950-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Kiş kəndidə anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1968 – 1973-ci illərdə SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutu) fransız və azərbaycan dilləri fakültəsində təhsil alıb.
Əsas iş yerləri Vizual/Mobil redaktə
1967 – 1968-ci illərdə Kiş kənd 1 №-li səkkizillik məktəbində bir il pioner baş dəstə rəhbəri,
1973 – 1994-cü illərdə Kiş kənd orta məktəbində müəllim,
1994 – 1997-ci illərdə AMEA Şəki Regional Elmi Mərkəzində folklor və el sənətləri laboratoriyasının rəhbəri vəzifəsində işləyib.
İkinci iş yerləri Vizual/Mobil redaktə
1997 – 2000-ci illərdə Bakı Dövlət Universitetinin Şəki filialında,
2000 – 2015-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında baş müəllim vəzifəsində çalışıb.
2015-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının ləğv edilməsindən sonra həmin ali təhsil müəssisəsinin bazasında yaradılmış Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında baş müəllimdir.
Yaradıcılığı Vizual/Mobil redaktə
Fransız yazıçıları Pol Verlen, Öjen Dabi, Erve Bazenin əsərlərini, XVII əsr səyyahı, memuarçı Jan Batist Şardənin “Səyahətnamə”sini (1711-ci il Amsterdam nəşri), fransız tarixçi-etnoqrafı Jermen Giyomun əsərlərini fransız dilindən azərbaycan dilinə tərcümə edib.
Ondan çox poetik toplunun, tərcümə əsərinin, 100-ə yaxın məqalənin müəllifidir.
- “Aydın” (Bakı, “Elm” nəşriyyatı, 1993).
- “Səyahətnamə” (Bakı, “Elm” nəşriyyatı, 1994. XVII əsr fransız səyyahı J.B.Şardenin 1711-ci il Amsterdam nəşrindən birbaşa tərcümə).
- “Ruhlarla söhbət” (Bakı, “Ozan” nəşriyyatı, 1997).
- “Oğuz elinə salam” (Bakı, “Mütərcim” nəşriyyatı, 2000).
- “Qanımdan rəng alan gül” (Bakı, “Ağrıdağ” nəşriyyatı, 2003).
- “Kiş kəndi və onun məbədi”, G.Məmmədova ilə birlikdə, Azərbaycan və ingilis dillərində (Bakı, “Çaşıoğlu” nəşriyyatı, 2003).
- “Seçilmiş əsərləri” 4 cilddə, I cild (Bakı, “Uni Print” nəşriyyatı, 2009).
- “Seçilmiş əsərləri” 4 cilddə, II cild (Bakı, “Təhsil” NPM, 2009).
- “Seçilmiş əsərləri” 4 cilddə, III və IV cildlər (Bakı, “Təhsil” NPM, 2010).
- “Bizim Dünya adlı bir evimiz var” əski əlifba ilə (Təbriz, 2014).
- “Hüseyn Xan Müştaq” (Bakı, “Orxan” NPM, 2015).
Təltif və mükafatları Vizual/Mobil redaktə
Ədəbiyyat Vizual/Mobil redaktə
- Orsər R. Vaqif Aslan // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 526-530. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
Həmçinin, bax: Vizual/Mobil redaktə
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2025 Şəki Ensiklopediyası |