Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

"Vasili Karbelov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
(Səhifəni 'Kateqoriya:V{{Şəxs |Adı = Vasili Karbelov |Orijinal adı = |Şəkil = |Şəkil miqyası = |Şəkil məlumat = |İlk adı...' ilə yarat)
 
Sətir 40: Sətir 40:
  
 
== İstinadlar ==
 
== İstinadlar ==
{{İstinad stili}}
+
 
 
{{İstinad siyahısı|3}}
 
{{İstinad siyahısı|3}}
  

17:17, 27 mart 2020 versiyası

Vasili Karbelov
Uşağı
  • Tamara Vasilevna Karbelova
  • Yelizbar Vasileviç Karbelov
  • Şalva Vasileviç Karbelov (1892 – 1938)
Peşəsi keşiş (pravoslav)
Sabiq Nuxa Üçmüqəddəs kilsəsinin binası, 2013-cü il

Vasili Qriqoreviç Karbelov (rus.: Василий Григорьевич Карбелов) — pravoslav kilsə xadimi, 1885 – 1887-ci illərdə Nuxa Üçmüqəddəs kilsəsinin keşişi olmuş, eyni vaxtda həm də üçillik Nuxa şəhər məktəbində öz təriqəti üzrə dini dərs demişdir[1][2].

1889-сu ildə Tiflis Mixaylov xəstəxanasının feldşer məktəbində pravoslavlıq qaydalarından və gürcü dilindən dərs deyirdi[3]. 1916-ci ilə aid sənəddə Gürcüstan yeparxiyası ilahiyyat kilsə muzey komissiyasının daimi üzvü olaraq adı çəkilir[4].

Qardaşı Poliyevkt Qriqoreviç Karbelov 1883-cü ildə Tiflis yeparxial qadın məktəbində kilsə-slavyan nəğməsi və Gürcüstan kilsəsi fənni üzrə müəllim[5], 1905-1907-ci illərdə isə Tiflis Ançisxat kilsəsinin keşişi olub; Gürcüstan kilsəsinin avtokefallığı üçün çalışırdı[6].

Qızı Tamara Vasilevna Karbelova 1916-cı ildə Tiflis müq. Nina qadın təhsil müəssisəsində müəllim idi[7]. Oğlu Yelizbar Vasileviç Karbelov 1915-1916-cı illərdə aqronom olaraq dövlət qulluğunda çalışırdı[8][9] Digər oğlu Şalva Vasileviç Karbelovu və qadaşı oğlu David Poliyevktoviç Karbelaşvilini Stalin represiyaları zamanı – 1938-ci il ildə, güllələyiblər[10][11].

İstinadlar

İstifadə olunmuş mənbələr

  1. Народныя училища. // Кавказский календарь. — Тифлис, 1885. — С. 87.
  2. Народныя училища. // Кавказский календарь. — Тифлис, 1887. — С. 164.
  3. Управление медицинскою частию на Кавказе. // Кавказский календарь. — Тифлис, 1889. — С. 62.
  4. Учреждения святейшаго правительствуюшаго синода. // Кавказский календарь. — Тифлис, 1916. — С. 747.
  5. Духовного ведомство православного исповедания. // Кавказский календарь. — Тифлис, 1883. — С. 75.
  6. Материалы об убийстве Экзарха Грузии Никона Софийский. — Тбилиси – Рязань, 2016. — С. 305.
  7. Учреждения министерства народного просвещения. // Кавказский календарь. — Тифлис, 1916 (2). — С. 747.
  8. Сельскохозайнственныя общества. // Кавказский календарь. — Тифлис, 1915. — С. 660.
  9. Учреждения министерства внутренних дела. // Кавказский календарь. — Тифлис, 1916 (3). — С. 137.
  10. Открытый список (2019). "Карбелов Шалва Васильевич (1892)" (Rus.). ru.openlist.wiki. 01 Oct 2019 tarixində arxivləşdirilib.
  11. Открытый список (2019 (2)). "Карбелашвили Давид Полиевктович (1893)" (Rus.). ru.openlist.wiki. 01 Oct 2019 tarixində arxivləşdirilib.