Semyon İosifiç Begiyev (rus.: Семеон Иосифич Бегиев) — pravoslav kilsə xadimi, 1868 – 1876-cı illərdə Nuxa Üçmüqəddəs kilsəsinin keşişi olmuş, eyni vaxtda həm də üçillik Nuxa şəhər məktəbində öz təriqəti üzrə dini dərs demişdir[1][2]. 1877 – 1912-сi illərdə Siqnax məktəbində öz təriqəti üzrə dini (ilk illər gürcü dilindən də) dərs deyib[3][4]. 1885-ci ildə protoiyerey ruhani rütbəsinə layiq görülüb; 1884 – 1889-cı illərdə Siqnax şəhərinin baş keşişi (protoiyerey)[5][6], 1890 – 1912-сü illərdə isə Siqnax qəzasının 2-ci dairəsində baş keşiş (protoiyerey) olub[7][8].
Sabiq Nuxa Üçmüqəddəs kilsəsinin binası, 2013-cü il