Aydın Məmmədov2019.png
Logo1234.png
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs
4169 7413 0538 5039 (08/22 VISA)
Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

David Utiyev

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
David Utiyev
rus.: Давид Николаевич Утиев
Uşağı Georgi Davidoviç Utiyev
Atası Nikolay
Peşəsi keşiş

David Utiyev (?–?) — XIX əsrin sonuncu və XX əsrin birinci rübündə Cənubi Qafqazda yaşamış və fəaliyyət göstərmiş pravoslav kilsə xadimi, protoiyerey (baş keşiş)[qeyd 1]. Əvvəl Qax İngiloy kilsəsinin keşişi (1876[1]–1886[2]), sonra Nuxa Üçmüqəddəs kilsəsinin keşişi, ən geci 1910-cu ildən isə protoiyereyi (1890–ən tezi 1916)[qeyd 2] olub.

Sabiq Nuxa Üçmüqəddəs kilsəsinin binası, 2013-cü il

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

Sabiq Nuxa Üçmüqəddəs kilsəsinin binası, mərkəzdə David Utiyevin adı həkk olunmuş, lakin onun arvadı Annaya aid olduğu hesab edilən qəbir, 2015-ci il.

Kilsə fəaliyyəti[redaktə | HTML redaktə]

Şəki şəhərindəki keçmiş pravoslav kilsəsi binasının cənub tərəfində David Utiyevin adı həkk olunmuş, lakin onun arvadı Annaya aid olduğu hesab edilən qəbir.

Qax ingiloy kilsəsinin keşişi olarkən (1876 – 1886) Tasmalı kənd əhalisini xristianlaşdırmağa çalışmışdır[qeyd 3] .

1890-cı ildən Nuxa Üçmüqəddəs kilsəsinin keşişi idi. 1905-ci ilə aid sənəddə adı milad bayramı münasibəti ilə mükafatlandırılmış ruhanilər sırasında çəkilib[3]. Ən geci 1910-cu ildə protoiyerey ruhani rütbəsinə malik olub[qeyd 1].

Dini-pedoqoji fəaliyyəti[redaktə | HTML redaktə]

1887 – 1889-сu ildə Navtluqdakı (Tbilisi ətrafı) məktəbin[4][5], 1890-cı ildə isə Karaqan kəndində (Zaqatala dairəsi) dini məktəbin müəllimi olub[6]. 1890-cı ildən həm də Nuxa şəhər məktəbində öz təriqəti üzrə dini dərs deməyə başlayıb[7]. 1916-cı ildə Nuxa Müqəddəs Nina təhsil müəssisəsində[8], Nuxa qəza məktəbində[9] və Nuxa özəl kişi gimnaziyasında[10] öz təriqəti üzrə dini dərs deyirdi.

Qəbirüstü kitabədə adının həkk olunması[redaktə | HTML redaktə]

David Utiyevin adı həkk olunmuş və xeyli zədəli vəziyyətdə olan qəbirüstü kitabə iki hissədən ibarətdir, bir hissəsi gürcücə, bir hissəsi isə ruscadır. Kitabənin rusca hissəsində David Utiyevin adı və familiyası aydın oxunsa da bir çox sözlərin düzgün oxunması mümkün deyil. Kitabənin gürcücə olan hissəsində isə qəbrin Davit Utiyevin 55 yaşında vəfat etmiş arvadı Annaya aid olduğu göstərilir[qeyd 4].

Ailəsi[redaktə | HTML redaktə]

Oğlu Georgi Davidoviç Utiyev 1907-ci ildə Nuxada xəzinədarlıq işləri üzrə dövlət qulluğunda işləyirdi[11].

Qeydlər[redaktə | HTML redaktə]

  1. 1,0 1,1 1907-ci mənbəsində ruhani rütbəsi keşiş (Кавказский календарь, 1907 (2), с. 278), 1910-cu il mənbəsində isə ruhani rütbəsi protoiyerey olaraq göstərilir (Кавказский календарь, 1910, с. 265); başqa sözlə, protoiyerey ruhanı rütbəsinə 1907 – 1910-cu illər arasında — ən geci 1910-cu ildə, layiq görülüb.
  2. David Utiyev 1890-cı ildə 3 sinifli Nuxa qəza məktəbində öz təriqəti üzrə dini dərs deyirdi (Кавказский календарь, 1890, с. 181) – buna əsasən, burada David Utiyevin 1890-cı ildən Nuxa Üçmüqəddəs kilsəsinin keşişi olması göstərilib. David Utiyevin 1916-cı ildə Nuxa şəhərindəki məktəblərdəki dini-pedoqoji aktivliyi (Кавказский календарь, 1916, с. 386) (Кавказский календарь, 1916 (2), с. 428) (Кавказский календарь, 1916 (3), с. 454) onun həmin ildə Nuxa Üçmüqəddəs kilsəsinin keşişi olduğunu göstərir; Nuxada cəmi bir pravoslav kilsəsi vardı, əgər 1916-ci ildə Nuxa məktəblərində bir pravoslav keşiş, yaxud bir protoiyerey dərs deyirsə, onun Nuxa Üçmüqəddəs kilsəsinin keşişi, yaxud protoiyereyi olması heç bir şübhə doğurmur.
  3. Müasir tədqiqatçılardan İ.Əliyeva hesab edir ki, David Utiyev Tasmalı kənd əhalisini qeyri-qanuni yollarla xristianlaşdırmağa çalışıb (Алієва І., 2013).
  4. Qəbirüstü kitabənin gürcücə hissəsinin oxunmasına Qax şəhər sakini Malxaz Nuraşvili yardımçı olub.

İstinadlar[redaktə | HTML redaktə]

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Учебныя заведения // Кавказский календарь. — Тифлис, 1907 (2). — С. 278.
  2. Учреждения министерства народного просвещения // Кавказский календарь. — Тифлис, 1910. — С. 265.
  3. Благочинные, состоящие в ведении Общество возстановления Православного Христианства на Кавказе: // Кавказский календарь. — Тифлис, 1876. — С. 65.
  4. Духовное ведомстово православного исповедания // Кавказский календарь. — Тифлис, 1886. — С. 68.
  5. Низшия учебныя заведения в Елисаветопольской губ. // Кавказский календарь. — Тифлис, 1890. — С. 181.
  6. Духовное ведомстово православного исповедания // Кавказский календарь. — Тифлис, 1890 (2). — С. 249.
  7. Учреждения министерства народного просвещения // Кавказский календарь. — Тифлис, 1916. — С. 386.
  8. Учреждения министерства народного просвещения // Кавказский календарь. — Тифлис, 1916 (2). — С. 428.
  9. Учреждения министерства народного просвещения // Кавказский календарь. — Тифлис, 1916 (3). — С. 454.
  10. Алієва І. Християнізація в північно–західному Азербайджані в період царської Росії (70-і роки XIX ст.) (rus.) // Гілея: науковий вісник. — 2013. — № 72.
  11. Дирекция народных училищ Тифлисской губ.: // Кавказский календарь. — Тифлис, 1887. — С. 161.
  12. Народныя училища. // Кавказский календарь. — Тифлис, 1889. — С. 76.
  13. Церковныя Вѣдомости // При Святѣйшемъ Правительствующему Сунодѣ. — С.-Петербург: Сѵнодальная Типографія, 1905. — С. 175. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 12 sentyabr 2019.
  14. Məmmədov A. S. Üç-Müqəddəs kilsəsi // Şəkinin səsi. — 2016. — № 1 (441). Arxivləşdirilib; arxivləşdirmə tarixi: 23 mart 2019.
  15. Учреждения министерства финансов // Кавказский календарь. — Тифлис, 1907. — С. 29.