Diqqət! Saytın stabil versiyası www.sheki.org domenində fəaliyyət göstərir. Burada səhifə xətaları ola bilər...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Yaşar Bilalov

Şəki Ensiklopediyası materialı
Naviqasiyaya keç Axtarışa keç
......
Yaşar Bilalov
Bilalov Yaşar Mahmud oğlu
Yaşar Bilalov
Yaşar Bilalov, 1972-ci il.

Yaşar Bilalov (1936–2013) — tanınmış kimyaçı alım-pedaqoq, texnika elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar elm xadimi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yüksəkmolekullu birləşmələrin texnologiyası kafedrasının müdiri.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

29 sentyabr 1936-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1955-ci ildə Nuxa şəhər M.F.Axundov adına 2 №-li orta məktəbini bitirib.

1955-ci ildə Azərbaycan Sənaye İnstitutunun kimya-texnologiya fakültəsinə daxil olub.

1957-ci ildən təhsilini M.V.Lomonosov adına Moskva Zərif Kimya-Texnologiya İnstitutunda davam etdirib.

1962 – 1965-ci illərdə M.V.Lomonosov adına Moskva Zərif Kimya-Texnologiya İnstitutunun aspiranturasına təhsil alıb.

Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1965-ci ildə “Protektor rezinlərinin tərkibinin onların mexaniki xassələrinə təsirinin tədqiqi” mövzusunda namizədlik dissertasiyasını,

1987-ci ildə doktorluq dissertasiyasını müdafiə edib.

1988-ci ildə professor elmi adını alıb.

500-dək elmi əsərin, o cümlədən, dərs vəsaitlərinin müəllifidir.

Tədqiqatları polimerlərin modifikasiyası, onların əsasında müxtəlif məqsədli kompozisiyalar alınmasına həsr olunub.

35 elmlər namizədinin, 5 elmlər doktorunun elmi rəhbəri olub.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1961 – 1962-ci illərdə Bakı şin zavodunda işləyib.

1965-ci ildən M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda işləməyə başlayıb; əvvəl yüksəkmolekullu birləşmələrin texnologiyası kafedrasında müəllim, sonra baş müəllim, daha sonra dosent,

1972 – 2013-cü illərdə kafedranın müdiri,

1977 – 1982-ci illərdə kimya texnologiyası fakültəsinin dekanı,

1988 – 2013-cü illərdə professor vəzifəsində çalışıb.

Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]

14 may 2013-cü il tarixdə – 76 yaşında, Bakıda vəfat edib.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. ... ... // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 72-74. — 1.000 nüsx.
  2. Mete Ə. Fəxri kimyaçı // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 289-290. — 500 nüsx.
  3. Bilalov Yaşar Mahmud oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 25 000; 608 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2013. —IV  c. — Səh. 34. — ISBN 978-9952-441-03-1.
  4. ...

Bildiriş[Vizual/Mobil redaktə | HTML redaktə]

...