Yusif Abdurrahmanov (1937–2005) — sovet dövründə Şəkidə bir sıra istehsal müəssisələrinə rəhbərlik etmiş şəxs; o cümlədən, 1982 – 1984-cü illərdə V.İ.Lenin adına Şəki İpək İstehsalat Birliyinin baş direktoru, həmçinin, Azərbaycan SSR Yüngül Sənaye Nazirliyi kollegiyasının üzvü olmuşdur. Ədəbi yaradıcılıqla da məşğul idi, şeirlər yazırdı.

Yusif Abdurrahmanov
Abdurrahmanov Yusif Əhməd oğlu
Yusif Abdurrahmanov
Yusif Abdurrahmanov.
Anadan olub 5 noyabr 1937(1937-11-05)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat edib 28 may 2005 (67 yaşında)
Atası Əhməd Əbdürrəhmanov
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, iqtisad fakültəsi (1955–1959)

Haqqında məlumatlar

5 noyabr 1937-ci il tarixdə Nuxada (indiki Şəki), qulluqçu ailəsində anadan olub.

Təhsili

1954-cü ildə M.Qorki adına Nuxa şəhər 10 №-li orta məktəbini bitirib.

1955 – 1959-cu illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin iqtisad fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

1959-cu ildə təyinatla V.İ.Lenin adına Nuxa ipək kombinatında işləməyə göndərilib.

Daha sonra Nuxadakı sənaye kombinatında işləyib.

1964 – 1971-ci illərdə Nuxa/Şəki elektrik şəbəkəsi idarəsində plan-iqtisad şöbəsinin rəisi,

1971 – 1972-ci illərdə Şəki rayon plan komissiyasının sədri,

1972-ci ildən Şəki şəhər Partiya Komitəsində sənaye-nəqliyyat şöbəsinin müdiri,

1976 – 1978-ci illərdə Şəki şəhərindəki tikiş fabrikinin direktoru,

1978 – 1982-ci illərdə Şəkidəki tütün fermentasiya zavodunun direktoru,

1982 – 1984-cü illərdə V.İ.Lenin adına Şəki İpək İstehsalat Birliyinin baş direktoru,

1984-cü ildən Şəki Sənaye Kombinatının direktoru olub.

Vəfatı

28 may 2005-ci il tarixdə – 68 yaşında, vəfat edib.

Ədəbiyyat

  1. Məlumat (azərb.) // İpəkçi : çoxtirajlı qəzet / Salis Məmmədov. — Şəki: Şəki mətbəəsi, 1982. —25 fevral  c. — № 5 – 6 (1389). — Səh. 4.
  2. Orsər R. Yusif Abdurahmanov // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 400-403. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.