Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Yuxarı Baş

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Yuxarı Başın əsas alış-veriş küçəsi

“Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu — Azərbaycanın Şəki şəhərinin yuxarı[1][2] (hündür[3]) tarixi[2] hissəsində tarix-memarlıq qoruğu. Bura Şəki şəhərinin ən qədim hissəsidir.[3] Ərazisi 283 ha-dır.[4]

Qoruq ərazisinə Şəki xan sarayının da yerləşdiyi Nuxa qalası və karvansarayların və müxtəlif sənət növlərinə aid dükanların yerləşdiyi əsas alış-veriş küçəsi daxildir.[1] Alış-veriş küçəsinin ətrafında hələ də öz qədim adlarını daşıyan məhəllələr yerləşir: Gileyli, Qırıçı, Qullar, Duluzlar, Aqvanlar, Otaq eşiyi, Sarı torpaq və s.[3][5] Qoruq ərazisində həmçinin Şəkixanovların evi, məscidlər və hamamlar yerləşir.[6]

Yuxarı Baş 6 mart 1968-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə memarlıq qoruğu elan edildi. Şəhərin tarixi hissəsi Şəki xan sarayı ilə birlikdə 2019-cu ildən Ümumdünya İrsidir.

Tarixi

Tədqiqatçılar fikirləşirdilər ki, Nuxa qədim Şəki şəhəridir. Ancaq tarixi mənbələrin analizinə və sahə araşdırmalarına əsaslanaraq müəyyən edilib ki, Nuxa və Şəki ayr-ayrı yaşayış məntəqələridir. Şəki şəhəri Kiş dərəsindən bir az aşağıda yerləşirdi. 1772-ci il Kiş çayının daşqınına görə şəhər dağılır. Şəhərin sakinləri çaydan 100 metr yuxarıda yerləşən Nuxa şəhərinə köçürlər.[7] Nəticədə Nuxa şəhəri inkişaf edir və genişlənir. Burada qala inşa edilir.[8]

“Yuxarı Baş” Tarix-Memarlıq Qoruğunu xəritəsi

Yuxarı Baş (Yuxarı Baş)
RM-1.svg
M.F.Axundovun ev muzeyi
AB-Brücke.svg
Qurcana çayı üzərində körpü
Mosque.svg
Gödək minarə
Mosque.svg
Giləhli məscidi
RM-1.svg
Şəki tarix diyarşünaslıq muzeyi
RM-1.svg
Rəsm qalereyası
RM-1.svg
Ağvanlar hamamı
RM-1.svg
Hamam
Symbol Industry.svg
1 №-li fabrikin binası
ButtonBlack.svg
Qurcana çayı
ButtonBlack.svg
Dəyirmanarx çayı
Monument icon for maps.svg
B.Vahabzadənin heykəli
Italian traffic signs - icona albergo o motel.svg
«Sheki Palace» hoteli
Italian traffic signs - icona albergo o motel.svg
“Yuxarı Baş” Tarix-Memarlıq Qoruğu ərazisinində yerləşən obyeklər.

İstinadlar

  1. 1,0 1,1 Саламзаде, Исмаилов, Мамед-заде, 1988, pp. 200.
  2. 2,0 2,1 Ханларов, 1972, pp. 56.
  3. 3,0 3,1 3,2 Эфендизаде, 1986, pp. 35.
  4. ""Yuxarı Baş" Dövlət Tarix - Memarlıq Qoruğu" (azərb.). Şəki şəhəri mədəniyyət və turizm şöbəsi. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. İstifadə tarixi: 2015-07-31.
  5. Саламзаде, Авалов, Салаев, 1979, pp. 66.
  6. Саламзаде, Мамед-заде, 1987, pp. 117.
  7. Рзаев Н. О происхождении Шеки и Нухи // Доклады Академии наук Азербайджанской ССР. — Б., 1973. — С. 88.
  8. Саламзаде, Авалов, Салаев, 1979, pp. 63.

Ədəbiyyat

  • Бретаницкий Л. С., Веймарн Б. В. Искусство Азербайджана IV — XVIII веков / Редактор И. А. Шкирич. — Москва: Искусство, 1976. — 272 с.
  • Бретаницкий Л., Датиев С., Мамиконов Л., Мотис Д. Нуха (Азербайджан) / Под общей редакцией акад. В. А. Веснина и проф. Д. Е. Аркина. — М.: Издательство Академии архитектуры СССР, 1948.
  • Город Нуха. Дом Шекихановых // Азербайджан (Исторические и достопримечательные места) / Под общей редакцией М. А. Казиева.. — Б.: Издательство АН Азербайджанской ССР, 1960.
  • Мамед-заде К. М. Строительное искусство Азербайджана (с древнейших времён до XIX века) / Научный редактор aкадемик АН Азерб. ССР А. В. Саламзаде. — Баку: Элм, 1983.
  • Саламзаде А. В., Авалов Э. В. и Салаев Р. Д. Проблемы сохранения и реконструкции исторических городов Азербайджана / Под ред М. А. Усейнова. — Б.: Элм, 1979. — 138 с.
  • Саламзаде А. Р., Мамед-заде К. М. Архитектурные памятники Шеки / Под ред. М. А. Усейнова. — Б.: Элм, 1987. — 140 с.
  • Саламзаде А. Р., Исмаилов А. И., Мамед-заде К. М. Шеки. Историко-архитектурный очерк / Под ред. М. А. Усейнова. — Б.: Элм, 1988. — 237 с.
  • Ханларов Т. А. Архитектура Советского Азербайджана. — М.: Стройиздат, 1972. — 112 с.
  • Эфендизаде Р. М. Архитектура Советского Азербайджана. — М.: Стройиздат, 1986. — 316 с.

Xarici keçidlər

Vikianbarda Yuxarı Baş ilə əlaqəli mediafayllar var.