Zümrüd Axundova
Zümrüd Axundova | |
---|---|
Axundova Zümrüd Qulam qızı | |
Zümrüd Axundova. | |
Doğum tarixi | 1 mart 1912 |
Doğum yeri | Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 7 dekabr 1961 (49 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ |
Elm sahəsi | pedaqogika |
İş yeri | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, dosent |
Elmi dərəcəsi | pedaqoji elmlər namizədi |
Elmi adı | dosent |
Təhsili |
• Bakı Pedaqoji Texnikumu (–1927) • Azərbaycan Dövlət Ali Pedaqoji İnstitutu (1929–1931) • Moskva Ali Kommunist Maarifi İnstitutu, aspirantura (1934–1935) |
Həyat yoldaşı | Məmməd Arif Dadaşzadə |
Evladı | Araz Dadaşzadə |
Atası | Qulam Axundov |
Mükafatları |
Zümrüd Axundova (1912–1961) — pedaqoji elmlər namizədi, S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin dosenti. İlk azərbaycanlı qadın elmlər namizədidir. Azərbaycan KP Nuxa qəza komitəsinin birinci katibi olmuş Qulam Axundovun qızı, görkəmli Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti Şəfiqə Axundovanın bacısı, Azərbaycan SSR EA-nın həqiqi üzvü Məmməd Arifin həyat yoldaşı, tanınmış tənqidçisi və ədəbiyyatşünas, Azərbaycan SSR əməkdar elm xadimi Araz Dadaşzadənin anası, tanınmış musiqişünas, Bakı Musiqi Akademiyasının professoru Zümrüd Dadaşzadənin isə nənəsidir.
Haqqında məlumatlar
1 mart 1912-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1927-ci ildə Bakı Pedaqoji Texnikumunu bitirib.
1929 – 1931-ci illərdə Azərbaycan Dövlət Ali Pedaqoji İnstitutunda,
1934 – 1935-ci illərdə Moskva Ali Kommunist Maarifi İnstitutunun aspiranturasında təhsil alıb.
Əmək fəaliyyəti
1927-ci ildə − Bakı Pedaqoji Texnikumunu bitirdikdən sonra Bakı şəhər 5 №-li orta məktəbində müəllim işləyib.
1929-cu ildən pedaqoji fəaliyyətini Bakı nümunəvi komsomol məktəbində,
1935-ci ildə Moskva Ali Kommunist Maarifi İnstitutunun aspiranturasında təhsilini tamamladıqdan sonra isə Bakının müxtəlif ali məktəblərində – Azərbaycan Pedaqoji İnstitutunda, Xarici Dillər İnstitutunda, Azərbaycan Dövlət Universitetində davam etdirib.
İkinci Dünya Müharibəsi dövründə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin çoxtirajlı qəzetinin redaktoru olub.
1943 – 1948-ci illərdə Qiyabi Pedaqoji İnstitutun pedaqogika kafedrasının müdiri olub.
1948 – 1961-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində çalışıb, o cümlədən, 1951-ci ildən dosent vəzifəsində işləyib.
Elmi fəaliyyəti
1949-cu ildə “Azərbaycanda qadın təhsili tarixindən. 1900 – 1914-ci illər” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
1951-ci ildə dosent elmi adını alıb.
Təltif və mükafatları
- “Qırmızı Əmək Bayrağı” ordeni (SSRİ) (1946);
- “Şərəf Nişanı” ordeni (1953);
- “Qafqazın müdafiəsinə görə” medalı;
- “1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə” medalı.
Vəfatı
7 dekabr 1961-cı il tarixdə – 49 yaşında, Bakıda vəfat edib.
Video
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- Z
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış pedaqoqlar
- Şəkidən çıxmış jurnalistlər
- 1912-ci ildə doğulanlar
- 1 martda doğulanlar
- Martda doğulanlar
- 7 dekabrda vəfat edənlər
- Dekabrda vəfat edənlər
- 1961-ci ildə vəfat edənlər
- "Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ) laureatları
- "Şərəf Nişanı" ordeni laureatları
- "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif edilənlər
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı ilə təltif edilənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə