Zəbi Quliyev (1910–1972) — sovet dövründə Azərbaycanda tanınmış partiya işçisi və rəhbər kadr. Müxtəlif illərdə bir neçə rayonda birinci, yaxud ikinci katib vəzifəsində çalışmışdır.

Zəbi Quliyev
Quliyev Zəbi Əhəd oğlu
Zəbi Quliyev
Zəbi Quliyev.
Doğum tarixi 1910(1910-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Hacıtəpə kəndi, Lənkəran qəzası, Bakı quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 24 sentyabr 1972 (62 yaşında)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Təhsili

 • 1928-ci ildə Lənkəran Pedaqoji (1928–)

 • Partiya-sovet məktəbi (Bakı, –1931)

 • 1942-ci ildə Tbilisi hərbi-siyasi məktəbi

 • V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu (qiyabi)

 • Moskva Ali Partiya Məktəbi (1952–)
Mükafatları "Qafqazın müdafiəsinə görə" medalı — 1944"1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı — 1945"1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı — 1945"Qırmızı Ulduz" ordeni — 1947"Şərəf Nişanı" ordeniII dərəcəli "Vətən Müharibəsi" ordeni

Haqqında məlumatlarRedaktə

1910-cu ildə Lənkəran qəzasının Hacıtəpə kəndində, din xadiminin ailəsində anadan olub.

TəhsiliRedaktə

Hacıtəpə kəndində molla yanında ibtidai,

Xırmandalı kəndində yeddiillik,

Masallıdakı Ağ məktəbdə tam orta təhsil alıb.

1928-ci ildə Lənkəran Pedaqoji məktəbinə daxil olub.

1931-ci ildə isə Bakıda partiya-sovet məktəbini bitirib.

1942-ci ildə Tbilisi hərbi-siyasi məktəbində, sonralar

V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda (qiyabi),

1952 – 1953-cü illərdə isə Moskva Ali Partiya Məktəbində təhsil alıb.

Əmək fəaliyyətiRedaktə

1931 — 1941-ci illərdə Göynük, Nuxa (indiki Şəki), Masallı, Samux rayonlarında komsomolun birinci katibi vəzifəsində çalışıb.

1941 – 1942-ci illərdə Azərbaycan KP Samux rayon komitəsinin birinci katibi olub.

1943 – 1952-ci illərdə, əvvəl Nuxa şəhər partiya komitəsinin ikinci katibi, sonra Göyçay rayon partiya komitəsinin birinci katibi, daha sonra Tovuz rayon partiya komitəsinin birinci katibi vəzifəsini tutub.

1952 – 1953-cü illərdə Gəncə vilayət partiya komitəsində şöbə müdiri,

1955 – 1956-cı illərdə Nuxa şəhər partiya komitəsinin, sonra isə Balakən rayon partiya komitəsinin birinci katibi olub.

1963-cü ildən əmək təqaüdə çıxanadək isə Azərbaycan SSR Ali Sovetində işləyib.

Hərbi xidmətdəRedaktə

10 fevral 1942-ci il tarixdə Bakı şəhər Dzerjinski Rayon Həbi Komissarlığından ordu sıralarına qəbul edilib. Böyük Vətən Müharibəsində iştirak edib, amma elə həmin 1942-ci ildə başından yaralanaraq ordudan tərxis olunub.

Təltif və mükafatlarıRedaktə

VəfatıRedaktə

24 sentyabr 1972-ci il tarixdə – 62 yaşında, Bakıda vəfat edib. Bakıda da dəfn olunub.

XatirəsiRedaktə

2005-ci ildə Masallı şəhərindəki küçələrdən birinə Zəbi Quliyevin adı verilib.

ƏdəbiyyatRedaktə

  1. Кулиев Заби Ахад-оглы : [arx. 23.09.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 23.09.2021.
  2. Ədiloğlu N. Rüşvət alsaydım, Zəbi Quliyev olmazdım : [arx. 27.07.2020] // Moderator.az. — 2015. — 24 iyun. — Müraciət tarixi: 23.09.2021.

Həmçinin, bax:Redaktə

Azərbaycan KP Şəki şəhər partiya komitəsinin birinci katibləri.