İntizar Bədəlova
İntizar Bədəlova | |
---|---|
Bədəlova İntizar Nurəddin qızı | |
İntizar Bədəlova, 2009-cu il. | |
Doğum tarixi | 11 avqust 1956 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
İş yeri | AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Şəki arxeologiya və folklor qrupu (baş elmi işçi) |
Atası | Nurəddin Bədəlov |
facebook səhifəsi |
İntizar Bədəlova — AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki arxeologiya və folklor qrupunun baş elmi işçisi.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
11 avqust 1958-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1985-ci ildə Şəki Orta İxtisas Musiqi Texnikumuna,
1990-cı ildə isə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olub.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1974-cü ildə V.İ.Lenin adına Şəki İpək Kombinatında toxucu peşəsində əmək fəaliyyətinə başlayıb.
1983-cü ildən Şəki Rayon Mədəniyyət Şöbəsinin “Cümə” aşıq qızlar dəstəsinin rəhbəri olub.
1990-cı ildən Azərbaycan SSR EA/AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Şəki arxeologiya və folklor qrupunun əməkdaşıdır; o cümlədən,
1990-cı ildən laborant,
1993-cü ildən baş laborant,
1995-ci ildən kiçik elmi işçi,
2013-ci ildən elmi işçi,
2019-cu ildən baş elmi vəzifəsini tutub.
Elmi fəaliyyəti[redaktə | HTML redaktə]
11 elmi məqaləsi çap olunub.
Təltif və mükafatları[redaktə | HTML redaktə]
1 fəxri diplom, 3 “Laureat” döş nişanı onlarla fəxri fərman və diplomla təltif edilib.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Məmmədov Ə., Xalıqov F. Bədəlova İntizar // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 60-61. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |