Şablon:30 sentyabr
Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;
Xülasələr aşağıdakı kimi görünəcəkdir ↓
Qazantep Universitetinin (Türkiyə) tibb fakültəsinin tələbəsi Elvin Qaffarlı 30 sentyabr 2004-cü il tarixdə Şəkidə anadan olub. O, 2021-ci ildə Türkiyə, ABŞ və Azərbaycanın ADA, UNEC, Xəzər kimi universitetlərin bakalavr pilləsinə qəbul olmaq üçün tələb olunan SAT (Scholastic Aptitude Test) beynəlxalq sertifikatlaşdırma imtahanında yüksək nəticə – 1420 bal, toplamış və təhsilini davam etdirmək üçün Qazantep Universitetinin (Türkiyə) tibb fakültəsini seçmişdir. Şəkil: Elvin Qaffarlı, 2020-ci il.
|
Tanınmış şair və jurnalist, Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatı, Azərbaycan LKGİ MK-nə üzvü, “Göyərçin” jurnalının məsul katibi Vaqif İbrahim (1945–1983) 30 sentyabr 1945-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub. Şəkil: Vaqif İbrahim.
|
|
Filologiya elmləri doktoru, AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Sədaqət Qasımlı (1942–2019) 30 sentyabr 2019-cu il tarixdə – 75 yaşında, Bakıda vəfat edib. Şəkil: Sədaqət Qasımlı, 2010-cu il.
|
Memarlıq elmləri namizədi, AMEA Şəki Regional Elmi Mərkəzinin elmi katibi və folklorşünaslıq və el sənətləri laboratoriyasının müdiri İradə Rövşən (1968–2014) 30 sentyabr 2014-cü il tarixdə – 46 yaşında, uzun sürən xəstəlikdən sonra Şəkidə vəfat edib. Şəkil: İradə Rövşən.
|
|
Azərbaycan Silahlı Qüvvələrinin baş giziri Tapdıq Qurbanəliyev (1978–2020) Vətən müharibəsində – 30 sentyabr 2020-ci il tarixdə, Tərtər-Ağdərə istiqamətində gedən döyüşdə, Tərtərin Çaylı kəndində döyüş tapşırığını yerinə yetirərkən tank əleyhinə minaya düşərək şəhid olub. Oktyabr ayının 16-da anadan olduğu Aydınbulaq kəndinin Şeyx Osman qəbiristanlığında dəfn edilib. Şəkil: Tapdıq Qurbanəliyev.
|
|
Həmçinin, bax:[HTML redaktə]
Xülasə sayı: 5 (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)