İmruz Əfəndiyeva
İmruz Əfəndiyeva | |
---|---|
Əfəndiyeva İmruz Məmmədsadıq qızı | |
İmruz Əfəndiyeva, 2021-ci il. | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 dekabr 1935 |
Doğum yeri | Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Atası | Məmmədsadıq Əfəndiyev |
Anası | Musalət Quliyeva |
|
|
Təhsili |
• A.Zeynallı adına Bakı Musiqi Texnikumu (1951–1955) • Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası, tarixi–nəzəriyyə fakültəsi (1955–1960) • Azərbaycan SSR Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutu, aspirantura (1962–1965) |
Elmi dərəcəsi | sənətşünaslıq doktoru |
Elmi adı | professor |
Mükafatları |
|
İmruz Əfəndiyeva — musiqişünas alim, sənətşünaslıq doktoru, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının musiqi nəzəriyyəsi kafedrasının professoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi.
Haqqında məlumatlar
16 dekabr 1935-ci il tarixdə Bakıda anadan olub.
Təhsili
1951-ci ildə Bakıda 189 saylı orta rus məktəbini bitirib.
1951 – 1955-ci illərdə A.Zeynallı adına Bakı Musiqi Texnikumunda,
1955 – 1960-ci illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarixi–nəzəriyyə fakültəsində,
1962 – 1965-ci illərdə isə Azərbaycan SSR Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun aspiranturasında təhsil alıb.
Əmək fəaliyyəti
1960-cı ildən Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında müəllim,
1971-ci ildən baş müəllim,
1985-ci ildən dosent vəzifəsində işləyib.
1993-cü ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının musiqi nəzəriyyəsi kafedrasının professorudur.
Elmi fəaliyyəti
1982-ci ildə “Azərbaycan sovet mahnısı” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
1988-ci ildə dosent elmi adını alıb.
2006-cı ildə doktorluq dissertasiyasını müdafiə edib.
1993-cü ildən professor elmi adını alıb.
Bir sıra Beynəlxalq simpoziumlarda çıxışlar edib.
Bir sıra bakalavr, magistr və fəlsəfə doktorları dissertasiyalarının elmi rəhbəri olub.
Yaradıcı fəaliyyəti
1968-cı ildən - Azərbaycan Bəstəkarlar ittifaqının üzvüdür.
Təltif və mükafatları
- “Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi” fəxri adı (2008);
- Azərbaycan SSR Ali və Orta ixtisas Nazirliyinin Fəxri fərmanı (1986);
- Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanları (2005, 2012, 2016);
- 3-cü dərəcəli “Əmək” ordeni (2021).
Kitabları
- Новое в азербайджанской песне (1958 – 1972) – Баку, 1974.
- Азербайджанская советская песня – Баку, 1981.
- Композитор Тельман Гаджиев– Баку, 1983.
- Джангир Джангиров (буклет) – Баку, 1985.
- Гордость азербайджанского народа – Baku 1996.
- Emin Sabitoğlu – Bakı. 2014.
- Vasif Adıgözəlo – Баку. 1999.
- Axtarış yollarının bəhrəsi – Bakı. 2014.
- Musiqi mədəniyyətimiz və müasirlik – Bakı 2016.
- Tədris ədəbiyyatı :
- Sekvensiyalar (milli musiqi əsasında) metodik tövsiyyələr – Bakı, 2005.
- Harmoniya fənnindən xor dirijorluq üçün dərslik- Əlyazma, Bakı – 2016.
- Музыка для детей в творчестве Севды Ибрагимовой – Баку, 2003.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Əfəndiyeva İmruz // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 177-178. — 1.000 nüsx.
- "Musiqi nəzəriyyəsi kafedrasının müəllimləri : Əfəndiyeva İmruz Məmməd Sadıx qızı". https://www.musicacademy.edu.az/ (azərb.). Bakı Musiqi Akademiyası. 20 Jun 2018 – 19 Feb 2020 tarixində arxivləşdirilib.
- Musiqidə keçən ömür / Sevgiyə Əsədova (tərtibçi). — M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası. — Bakı: «Zərdabu LTD» MMC, 2013. — Səhifələrin sayı: 216. — 100 nüsx. — ISBN 978-99-52-460-21-6. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 29 Sep 2013 - 4 Aug 2014.
- Əfəndiyeva İmruz // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya : [25 cilddə] (tiraj: 10 000; 600 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2018. —VIII c. — Səh. 220. — ISBN 978-9952-441-13-0.
- Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : [arx. 29.01.2022] // Azərbaycan Respublikası Prezidentinin rəsmi internet sayt. — 2021. — 17 sentyabr. — Müraciət tarixi: 15.12.2022.
- “Hərdən mən deyirəm, Üzeyir bəyin çörəyini yeyirəm...” : [arx. 16.12.2023] // Turan. — 2021. — 9 oktyabr. — Müraciət tarixi: 16.12.2023.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- İ
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış musiqiçilər
- Şəkidən çıxmış pedaqoqlar
- Şəkidən çıxmış alimlər
- 16 dekabrda doğulanlar
- Dekabrda doğulanlar
- 1935-ci ildə doğulanlar
- Azərbaycan Respublikasının əməkdar incəsənət xadimləri
- III dərəcəli "Əmək" ordeni ilə təltif edilənlər
- Musiqiçilər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- AME məqaləsinə istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə