Əsədulla Əbdürrəhimov
Əsədulla Əbdürrəhimov | |
---|---|
Əbdürrəhimov Əsədulla Ömər oğlu | |
Doğum tarixi | 1900 |
Doğum yeri | Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | ? avqust avqust 1969 Azərbaycan SSR, SSRİ | , Bakı,
Vətəndaşlıq | SSRİ |
Elm sahəsi | kimya-pedaqogika |
İş yeri | V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu (kimya-biologiya fakültəsinin dekanı və ümumi kimya və tədrisi metodikası kafedrasının müdiri) |
Elmi dərəcəsi | pedaqoji elmlər namizədi |
Elmi adı | professor |
Mükafatları |
Əsədulla Əbdürrəhimov (1900–1969) — tanınmış kimyaçı-pedaqoq, kimyanın tədrisi metodikası üzrə ilk azərbaycanlı pedaqoji elmlər namizədi, professor, Azərbaycan SSR əməkdar müəllimi, V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kimya-biologiya fakültəsinin dekanı və ümumi kimya və tədrisi metodikası kafedrasının müdiri. Müxtəlif illərdə Azərbaycan Müəllimləri Təkmilləşdirmə İnstitutunun direktoru, Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunun direktoru və digər vəzifələrdə çalışmışdır. Azərbaycanda kimya fənni üzrə metodistlərin yetişməsində böyük rolu var.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
1900-cü ildə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
Nuxa rus-tatar məktəbində təhsil alıb.
1915-ci ildə Nuxa altıillik ali ibtidai məktəbini,
1917-ci ildə Zaqatalada üçaylıq müəllimlər kursunu bitirib.
1930-cu ildə Bakıda fəhlə fakültəsinə daxil olub.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1915-ci ildə ali ibtidai məktəbi bitirdikdən sonra bir müddət sahibkarın zavodunda mirzəlik edib.
1917-ci ildə müəllimlər kursunu bitirdikdən sonra bir müddət Lahıcda müəllim işləyib. Sonra isə əvvəl Zaqatala şəhər ibtidai məktəbində müəllim, daha sonra isə Zaqatala qəza xalq maarifi şöbəsində təlimatçı işləyib.
1930 ildən Bakıda orta və ali məktəblərdə kimya fənnini tədris etməyə başlayıb. Müxtəlif illərdə Azərbaycan Müəllimləri Təkmilləşdirmə İnstitutunun direktoru, Azərbaycan SSR Maarif Nazirliyində şöbə rəisi,
26 iyul 1952-ci il tarixdən – 13 aprel 1955-ci il tarixədək Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunun direktoru, daha sonra V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda kimya-biologiya fakültəsinin dekanı və ümumi kimya və tədrisi metodikası kafedrasının müdiri vəzifəsində çalışıb.
Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1945-ci ildə “Orta məktəbin kimya kursunda sosialist sənayesi, kənd təsərrüfatı və ölkə müdafiəsi məsələləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib və kimyanın tədrisi metodikası ixtisası üzrə ilk azərbaycanlı pedaqoji elmlər namizədi olub.
1966-cı ildə professor elmi adını alıb.
Bir sıra dərs vəsaitini rus dilindən azərbaycan dilinə tərcümə edib. İki hissədən ibarət “Kimya tədrisi üsulu” adlı dərsliyin, həmçinin kimya tədrisi məsələlərinə dair 20-dən artıq dərs və metodik vəsaitin, 200-ə qədər məqalənin müəllifidir.
Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]
- “Azərbaycan SSR əməkdar müəllimi” fəxri adı.
Kitabları[Vizual/Mobil redaktə | HTML redaktə]
- Əbdürrəhimov, Ə.Ö. Kimyadan əyləncəli təcrübələr /Əsədulla Əbdürrəhimov; red. M.Mirzəbabalı.- Bakı: Azərnəşr, 1957.- 120 s.; 20 sm.- 5000 nüs.
- Əbdürrəhimov, Ə.Ö. İxtisası seçmək haqqında: oxunmuş mühazirələrin stenoqramları /Əsədulla Əbdürrəhimov; red. T.Əfəndiyev; Azərb. SSR Maarif Nazirliyi.- Bakı: [n.y.], 1956.- 26 s.; 19 sm.- 5000 nüs.
- Əbdürrəhimov, Ə.Ö. Kimya tədrisi üsulunun bəzi məsələləri: metodik vəsait /Əsədulla Əbdürrəhimov; red. E.Abdullayev; Müəllimləri Təkmil-mə İn-tu.- Bakı: Birləşmiş nəşr., 1952.- 39 s.; 20 sm.- 2000 nüs.
- Əbdürrəhimov, Ə.Ö. Yeddinci sinifdə kimyadan təcrübə məşğələlərinin təşkili və keçirilməsi üsulları /Əsədulla Əbdürrəhimov; Döv. Elmi-Tədq. Ped. İn-tu.-Bakı: Birləşmiş nəşr., 1953.- 56 s.; 22 sm.- 6000 nüs.
- Əbdürrəhimov, Ə.Ö. Kimya məsələlərinin həlli üsulu: orta məktəb müəllimləri və Pedaqoji İnstitutun tələbələri üçün /Əsədulla Əbdürrəhimov; red. A.Ağayev.- Bakı: Azərnəşr, 1954.- 119 s.; 22 s.; 3000 nüs. (cilddə)
- Əbdürrəhimov, Ə.Ö. Kimya tədrisi üsulu: 2 hissədə /Əsədulla Əbdürrəhimov; red. M.Mirzəbabalı; V.İ.Lenin ad. ADPİ.- Bakı: [n.y.], 1959.- Hissə 1.- 240 s.; 22 sm.- Bibl.: s. 231-237.- 3000 nüs. (cilddə)
Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]
1969-cu ilin avqust ayında – 69 yaşında, Bakıda vəfat edib.
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Məmmədov Ə., Xalıqov F. Əbdürrəhimov Əsədulla // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 114-115. — 1.000 nüsx.
- Əbdürrəhimov Əsədulla Ömər oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya : [25 cilddə] (tiraj: 10 000; 600 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2018. —VIII c. — Səh. 178. — ISBN 978-9952-441-13-0.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- Ə
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış pedaqoqlar
- 1900-cü ildə doğulanlar
- Qeyri-müəyyən ayda doğulanlar
- 1969-cu ildə vəfat edənlər
- Avqustda vəfat edənlər
- Azərbaycan SSR əməkdar müəllimləri
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- AME məqaləsinə istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə