Ana harayı

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Şəki Ensiklopediyası materialı
heykəl
Ana harayı
“Ana harayı” heykəli.
“Ana harayı” heykəli.
“Ana harayı” heykəli.
Ölkə Azərbaycan
Yerləşdiyi yer Bakı
Heykəltəraş Aslan, MahmudTeymur Rüstəmovlar
Tikinti ???—26 fevral 2008 
Hündürlük 8,6 (postamentsiz 3,2) metr
Material tunc və qara mərmər
Ana harayı (Bakı)
 40°22′59″N 49°52′26″E / 40.383°N 49.8739°E / 40.383; 49.8739

“Ana harayı” heykəli — Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə. Tunc və qara mərmərdən hazırlanmışdır. Yerdən hündürlüyü postamentlə birlikdə 8.6 metr, postamentsiz isə 3,2 metrdir. Abidənin memarı Camal Rəşid Əlizadə, heykəltəraşları Aslan, MahmudTeymur Rüstəmovlardır. Heykəldə evdən gecə köynəyində qaçmağa məcbur olmuş və əlindəki ölmüş körpəni ürəyinə sıxmış ana təsvir edilib. Heykəlin hazırlanması zamanı Çingiz Mustafayevin çəkdiyi fotolardan istifadə olunmuşdur. Postamentdə yerləşdirilmiş barelyeflərdə soyqırımı zamanı öldürülmüş qadınlar, uşaqlar, qocalar, eyni zamanda ölmüş körpəni kamera ilə çəkən Çingiz Mustafayevin özü də təsvir edilib. Postamentin aşağı hissəsində isə soyqırımı haqqında rəqəmli faktlar və öldürülmüş insanların siyahısı həkk olunub.