Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Azər Rəhimli

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Azər Rəhimli
Rəhimli Azər Əhməd oğlu
Azər Rəhimli
Azər Rəhimli.
Doğum tarixi 28 noyabr 1947(1947-11-28)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 27 yanvar 2015 (67 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
Elmi dərəcəsi Geologiya-mineralogiya elmləri namizədi
Təhsili Patris Lumumba adına Xalqlar Dostluğu Universiteti, geologiya və neft yataqlarının axtarışı ixtisası (Moskva; 1966–1971)
Atası Əhməd Rəhimli
Anası Səyyarə Ələkbərova

Azər Rəhimli (1947–2015) — geologiya-mineralogiya elmləri namizədi. Müxtəlif illərdə Azərbaycan KP-nin Nuxa şəhər və Bakı şəhər rayon, Xaçmaz rayon komitələrinin birinci katibi, Azərbaycan SSR maarif nazirinin birinci müavini və s. bu kimi məsul vəzifələrdə çalışmış Əhməd Rəhimlinin oğludur.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

28 noyabr 1947-ci il tarixdə Bakıda anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1966-cı ildə Bakı şəhər 160 №-li orta məktəbini bitirib.

1966 – 1971-ci ildə Patris Lumumba adına Xalqlar Dostluğu Universitetində (Moskva) geologiya və neft yataqlarının axtarışı ixtisası üzrə təhsil alıb.

Elmi fəaliyyəti[redaktə | HTML redaktə]

1981-ci ilin yanvar ayında Xarkov Dövlət universitetində “Kiçik Qafqazın son təbaşir konkolitoforidləri (Azərbaycan)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1971 – 1973-сü illərdə Kabil Politexnik İnstitutunda (Əfqanıstan) müəllim,

1973 – 1983-сü illərdə Azərbaycan SSR EA Geologiya İnstitutunda əvvəl mühəndis, sonra böyük mühəndis, daha sonra kiçik elmi işçi,

1983 – 1989-сu illərdə Azərbaycan SSR EA Dərin Neft və Qaz Yataqlarının Problemləri İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb.

1995 – 1999-cu illərdə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin əməkdaşı olub.

Vəfatı[redaktə | HTML redaktə]

27 yanvar 2015-ci il tarixdə – 67 yaşında, Bakıda vəfat edib.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. Рагимли Азер Ахмед оглы // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 458-459. — 1.000 nüsx.