Barat Osmanova
Barat Osmanova | |
---|---|
Osmanova Barat Rəhim qızı | |
Barat Osmanova, Nakam adına kitabxana, Şəki şəhəri, 25 avqust 2022-ci il. | |
Doğum tarixi | 8 mart 1940 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elm sahəsi | filologiya |
İş yeri | AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu, filologiya şöbəsi (aparıcı elmi işçi) |
Elmi dərəcəsi | filologiya elmləri namizədi |
Elmi adı | dosent |
Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, şərqşünaslıq fakültəsi, türk filologiyası şöbəsi (1957–1962) |
Evladları | Jalə və Samir |
Atası | Rəhim Əyyub oğlu Osmanov |
Anası | Firat Babayeva |
Barat Osmanova — filologiya elmləri namizədi, dosent, AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun türk filologiyası şöbəsinin aparıcı elmi işçisi.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
8 mart 1940-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1957-ci ildə Nuxa şəhər M.Qorki adına 10 №-li orta məktəbini bitirib.
1957 – 1962-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin türk filologiyası şöbəsində təhsil alıb.
Elmi fəaliyyəti[redaktə | HTML redaktə]
1979-cu ildə filologiya elmləri doktoru Y.Şirvanın rəhbərliyi altında “Məlih Cevdət Andayın həyat və yaradıcılığı” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
2018-ci ildə dosent elmi adını alıb.
5-i xaricdə olmaqla çapdan çıxmış 69 məqalənin və 6 kitabın müəllifidir. 1 fəlsəfə doktorunun elmi rəhbəri olub.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1962-ci ildən Azərbaycan SSR EA-nın Şərqşünaslıq İnstitutunda/AMEA Şərqşünaslıq İnstitutunda işləyir.
1 il pedaqoji stajı var (Bakı Dövlət Universitetində saathesabı dərs deyib).
Ailəsi[redaktə | HTML redaktə]
Ailəlidir. İki övladı və dörd nəvəsi var.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Məmmədov Ə., Xalıqov F. Osmanova Barat // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 455. — 1.000 nüsx.
- Bəşirov R., Hacıyev N. Osmanova Barat Rəhim qızı // Unudulmaz illər. — Bakı: “Qismət” mətbəəsi, 2007. — Səhifələrin sayı: 200. — Səh.: 159-161.
- Osmanova Barat Rəhim qızı // Məzunlar / Akif Əli (tərtibçi). — Bakı: Elm və təhsil, 2012. — Səhifələrin sayı: 356. — Səh.: 226-227. — ISBN 978-9952-8176-4-5.
- Şərqşünaslıq İnstitutunun fəlsəfə doktorları : Osmanova Barat Rəhim qızı : [arx. 21.11.2021] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 21.11.2021.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- B
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış pedaqoqlar
- 8 martda doğulanlar
- Martda doğulanlar
- 1940-cı ildə doğulanlar
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- “İşıq məbədi” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə