Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Elvin Qarayev (elmi işçi)

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Elvin Qarayev
Qarayev Elvin Mahir oğlu
Elvin Qarayev
Elvin Qarayev.
Doğum tarixi 29 yanvar 1993 (1993-01-29) (31 yaş)
Doğum yeri Şin, Şəki rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
İş yeri AMEA Şəki Regional Elmi Mərkəzi
Təhsili Azərbaycan Dövlət Pedaqoji Universiteti, tarix və coğrafiya müəllimliyi ixtisası (2013–2017)
facebook səhifəsi

Elvin QarayevAMEA Şəki Regional Elmi Mərkəzinin əməkdaşı.

Haqqında məlumatlar

29 yanvar 1993-cü il tarixdə Şəki rayonunun Şin kəndində anadan olub.

Təhsili

2010-cu ildə orta məktəbi bitirib.

2013 – 2017-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alıb.

Hərbi xidmətdə

2011 – 2012-ci illərdə həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyəti

2017 – 2018-ci illərdə Şin kənd tam orta məktəbində tarix və coğrafiya müəllimi,

2018 – 2021-ci illərdə isə Azərbaycan Respublikasının Uşaq Hüquqlarının Müdafiəsi Liqasında Autriç vəzifəsində çalışıb.

1 dekabr 2021-ci il tarixdən AMEA Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin işçisidir.

Elmi fəaliyyəti

10 elmi məqalənin müəllifidir. 22 Beynəlxalq elmi konfransın, 1 Respublika elmi konfransın o cümlədən, II, III, IV “Təhsildə yeni çağırışlar” beynəlxalq təhsil forumununun iştirakçısıdır.

İctimai-siyasi fəaliyyəti

Yeni Azərbaycan partiyasının, Azərbaycan Respublikası Gənc Müəllimlər Assosiasiyasının və Azərbaycan Gənc Maarifçilər Assosiasiyasının üzvüdür.

2020-ci ildə Şin kənd bələdiyyəsinin üzvü seçilib.