Diqqət! Saytın stabil versiyası www.sheki.org domenində fəaliyyət göstərir. Burada səhifə xətaları ola bilər...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Fərayət Əhmədova

Şəki Ensiklopediyası materialı
Naviqasiyaya keç Axtarışa keç
......
Fərayət Əhmədova
Əhmədova Fərayət Ramazan qızı
Fərayət Əhmədova
Fərayət Əhmədova.

Fərayət Əhmədova — tanınmış mikrobioloq alim və pedaqoq, biologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin molekulyar biologiya və biotexnologiyalar kafedrasının professoru.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

24 aprel 1950-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1957 – 1967-ci illərdə Nuxa şəhər 3 №-li orta məktəbində,

1971 – 1976-cı illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsində (axşam şöbəsi),

1984 – 1987-ci illərdə isə həmin fakültəsinin aspiranturasında (qiyabi) təhsil alıb.

Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1991-ci ildə “Azərbaycan SSR-nin bəzi termal su mənbələrində Bacillus və Thermus cinsinə aid bakteriyaların yayılması” mövzusunda 03.00.07-Mikrobiologiya ixtisası üzrə Moskva K.A.Timiryazev adına kənd təsərrüfatı Akademiyasında namizədlik dissertasiyasını,

2008-ci ildə isə “Azərbaycanın termal sularının mikrobiotası və termofil mikroorqanizmlərin ekologiyası” mövzusunda AMEA-nın Botanika İnstitutunda 03.00.07-Mikrobiologiya ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edib.

2000-ci ildə dosent,

2014-cü ildə isə professor elmi adını alıb.

61 elmi məqalənin (o cümlədən tezisin), 2 kitabın (o cümlədən 1 monoqrafiyanın, 1 dərsliyin), 1 patentin (ixtiranın) müəllifidir.

1 elmlər namizədinin elmi rəhbəri olub.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1968 – 1969-cu illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda kitabxanaçı,

1971 – 1973-cü illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetin kadrlar şöbəsində əvvəlcə inspektor, sonra isə baş inspektor işləyib.

1974-cü ildən S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin/Bakı Dövlət Universitetinin mikrobiologiya kafedrasında işləyir; o cümlədən,

1974 – 1981-ci illərdə laborant,

1981 – 1993-cü illərdə baş laborant,

1993 – 1995-ci illərdə 0,5 şt müəllim,

1995 – 1998-ci illərdə baş müəllim,

1998 – 2000-ci illərdə dosent əvəzi,

2000 – 2010-ci illərdə dosent,

2010 – 2014-ci illərdə professor əvəzi,

2014-cı ildən professor vəzifəsini tutub.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. ... ... // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 204. — 1.000 nüsx.
  2. Əhmədova Fərayət Ramazan qızı // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 10 000; 600 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2018. —VIII  c. — Səh. 269-270. — ISBN 978-9952-441-13-0.
  3. Fərayət Ramazan qızı Əhmədova : [arx. 7 Jul 2011 - 24 Feb 2020] // Bakı Dövlət universiteti, biologiya fakültəsi. — Müraciət tarixi: 24.10.2021.
  4. Fərayət Ramazan qızı Əhmədova : [arx. 15 Dec 2017 - 11 Jan 2020] // Bakı Dövlət universiteti. — Müraciət tarixi: 24.10.2021.

Bildiriş[HTML redaktə]

...