Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

MediaWiki:Təltif/Azərbaycan/"Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)" yubiley medalı

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
"Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)" yubiley medalı
Azərbaycan diplomatiк xidmət orqanlarının 100 illiyi (1919-2019).png

Ölkə Flag of Azerbaijan.svg Azərbaycan
Tip medal
Statistika
Təsis tarixi 29 mart 2019

"Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)" yubiley medalı — Azərbaycan Respublikasının dövlət təltifi.

Əsasnaməsi

"Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)" yubiley medalı Azərbaycan Respublikasının 2019-ci il 29 mart tarixli Qanunu ilə təsdiq edilmişdir.[1]

Maddə 1. Təltif edilən şəxslər

"Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, diplomatik xidmətdə yüksək nəticələr əldə edən diplomatik xidmət əməkdaşları, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər, diplomatik xidmət orqanlarının veteranları, habelə Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində fəal iştirak edən və diplomatik xidmət orqanlarının inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif edilirlər.

Maddə 2. Təltif edən orqan

"Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.

Maddə 3. Taxılma qaydası

"Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.

— medal haqqında ƏSASNAMƏ[1]

İstinadlar

  1. 1,0 1,1 ""Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı haqqında ƏSASNAMƏ". president.az. 10 may 2018. İstifadə tarixi: 5 fevral 2020.