Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

MediaWiki:Təltif/Azərbaycan/"Hərbi xidmətdə fərqlənməyə görə" medalı

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Təltif/Azərbaycan/"Hərbi xidmətdə fərqlənməyə görə" medalı
"Hərbi xidmətdə fərqlənməyə görə" medalı
I dərəcəli
Hərbi xidmətdə fərqlənməyə görə I dərəcəli medalı - lent.png Medal "For Distinction in Military Service" 1st degree.png
II dərəcəli
AZ Herbi xidmetde ferqlenmeye gore med 2dar rib.png Medal "For Distinction in Military Service" 2nd degree.png
III dərəcəli
Hərbi xidmətdə fərqlənməyə görə III dərəcəli medalı - lent.png Medal "For Distinction in Military Service" 3rd degree.png

Ölkə Flag of Azerbaijan.svg Azərbaycan
Kimə verilir

döyüş hazırlığındakı əla göstəricilərə görə;
təlimlərdə, döyüş xidməti və döyüş növbəsində xüsusi fərqlənməyə görə;
şücaət, fədakarlıq və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə

görə
Status təqdim olunur
Statistika
Təsis tarixi 17 may 2002
Ardıcıllıq
Daha yüksək mükafat "Hərbi xidmətlərə görə" medalı
Daha kiçik mükafat "Sərhəddə fərqlənməyə görə" medalı

"Hərbi xidmətdə fərqlənməyə görə" medalı — Azərbaycan Respublikasının medalı.[1]

"Hərbi xidmətdə fərqlənməyə görə" 1-ci, 2-ci və 3-cü dərəcəli medalın təsviri

"Hərbi xidmətdə fərqlənməyə görə" medalı üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz yerləşdirilmiş ensiz lövhə ilə birgə bürüncdən tökülmüş, dairəvi formalı və diametri 35 mm girdə lövhədən ibarətdir. Medalın ön tərəfində üst səthi hamar və guşələri qabarıq olan səkkizguşəli ulduzun fonunda açılmış qartal qanadları, çarpazlaşdırılmış tüfənglər və lövbər təsvir edilmişdir.

Ulduzun üst səthində, guşələrinin konturları ilə çevrənin konturları arasında relyefli şüalar vardır. İki tərəfdən konturlanmış çevrə boyunca yuxarıda "Hərbi xidmətdə fərqlənməyə görə" Medalın 3-cü dərəcəsi gümüşü rəngli, 2-ci dərəcəsi çevrə və onun üzərindəki sözlər istisna olmaqla - qızılı rəngli, 1-ci dərəcəsi - qızılı rəngli, qartal qanadları gümüşü, lövbər isə qara rəngdədir. Arxa tərəfi hamar səthidir.

Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə düzbucaqlı zeytun rəngli xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Bütün dərəcəli medallar üçün xara lentin kənarlarında 1 mm enində qızılı rəngli şaquli zolaqlar təsvir olunmuşdur. Lentin ortasında medalın 1-ci dərəcəsi üçün eni 5 mm olan qızılı rəngli bir şaquli zolaq, 2-ci və 3-cü dərəcəsi üçünn eni 2 mm olan müvafiq olaraq iki və üç zolaq vardır. Medala paltara bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur.[2]

Təltif edilənlərin siyahısı

İstinadlar