MediaWiki:Təltif/Azərbaycan/"Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
"Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı
AZ Flag ribbon.svg "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı.png

Tip yubiley medalı
Statistika
Təsis tarixi 11 aprel 2023
Ardıcıllıq
Daha yüksək mükafat "Əmək" ordeni
Daha kiçik mükafat "Vətən Müharibəsi Qəhrəmanı" medalı

"Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — Azərbaycan Respublikasının yubiley medalı. 11 aprel 2023-cü ildə təsis edilmişdir. Azərbaycanın ən ali medalıdır.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2024-cü il 2 fevral tarixli 4289 nömrəli Sərəncamı ilə yüzlərlə şəxs bu medalla təltif edilib.

Tarixi və əsasnaməsi

"Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli Qanunu ilə təsis edilmişdir.[1]

"Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri aşağıdakılara görə təltif edilirlər:[2]

  • Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev irsinin tədqiqində və təbliğində xüsusi xidmətlərinə görə;
  • Azərbaycan Respublikasının dövlət quruculuğunda, o cümlədən milli azadlıq hərəkatında xüsusi xidmətlərinə görə;
  • Azərbaycançılıq ideyasının həyata keçirilməsində, dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində xidmətlərinə görə;
  • Sülhün və xalqlar arasında dostluğun möhkəmləndirilməsində və beynəlxalq əməkdaşlığın inkişafında xidmətlərinə görə;
  • Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasına və inkişafına, Azərbaycanın tərəqqisinə və şöhrətinin artmasına töhfə verən xidmətlərinə görə;
  • Azərbaycan Respublikasının sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafında xidmətlərinə görə;
  • Dövlət idarəçiliyində, dövlət qulluğunda və ictimai-siyasi sahədə səmərəli fəaliyyətinə görə.

"Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər ordenmedalları olduqda ordenlərdən sonra, bütün medallardan isə əvvəl taxılır.

Təsviri

"Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təsviri Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli Qanunu ilə təsdiq edilmişdir.[3]

Maddə 1. Medalın ümumi təsviri

  • "Heydər Əliyevin 100 illiyi (1923–2023)" Azərbaycan Respublikasının yubiley medalı üzəri 999.9 əyarlı qızıl qatı ilə örtüləcək soyuq ştamplama üçün nəzərdə tutulmuş xüsusi tərkibli əlvan metaldan hazırlanan ümumi diametri 42 mm olan, bir-birinin üzərinə qoyulmuş iki səkkizguşəli ulduzdan ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

  • Medalın ön tərəfində hər bir guşəsi relyefli xətlərlə işlənmiş səkkizguşəli ulduzun üzərində guşələri ağ rəngli mina ilə işlənmiş səkkizguşəli ulduz yerləşdirilmişdir. Ağ minalı səkkizguşəli ulduzun üzərində xarici və daxili çevrələrlə konturlanmış, diametri 26 mm olan dairəvi lövhə yerləşdirilmişdir. Xarici və daxili çevrələrin arasında yuxarı qövs boyunca HEYDƏR ƏLİYEV sözləri, aşağı qövs boyunca 1923–2023 rəqəmləri yazılmışdır.
  • Daxili çevrənin içərisində, mərkəzdə Heydər Əliyevin barelyefi həkk olunmuşdur.
  • Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır, qızılı rəngdədir.

Maddə 3. Medalın arxa tərəfi

  • Medalın arxa tərəfi hamar səthlidir.
  • Medalın arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi göstərilir.

Maddə 4. Medalın elementləri

  • Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, yuxarı hissəsinə 34,5 mm x 1,5 mm ölçülü və aşağı hissəsinə 34,5 mm x 7,5 mm ölçülü, üzərində dəfnə yarpaqlarından ibarət çələng həkk olunmuş qızılı rəngli hamar lövhə bərkidilmiş, 31,5 mm x 15 mm ölçülü xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.
  • Xara lentin üzərində hər birinin eni 10,5 mm olan, Azərbaycan Respublikası Dövlət Bayrağının rənglərini əks etdirən yaşıl rəngli, qırmızı rəngli və mavi rəngli şaquli zolaqlar əks olunmuşdur.
  • Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş, 31,5 mm x 9 mm ölçülü qəlib əlavə olunur.

— medalın TƏSVİRİ[3]

Həmçinin, bax:

İstinadlar

  1. ""Heydər Əliyevin 100 illiyi (1923–2023)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu". president.az. 26 aprel 2023. 2023-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 sentyabr 2023.
  2. ""Heydər Əliyevin 100 illiyi (1923–2023)" Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə". president.az. 26 aprel 2023. 2023-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 sentyabr 2023.
  3. 3,0 3,1 ""Heydər Əliyevin 100 illiyi (1923–2023)" Azərbaycan Respublikasının yubiley medalının təsviri" (PDF). president.az. 11 aprel 2023. İstifadə tarixi: 29 avqust 2023.