Məmmədşərif Həmidov

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Şəki Ensiklopediyası materialı
Məmmədşərif Həmidov
Həmidov Məmmədşərif Həbibulla oğlu
Məmmədşərif Həmidov
Məmmədşərif Həmidov.
Doğum tarixi 23 fevral 1917(1917-02-23)
Doğum yeri Nuxa (indiki Şəki), Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi 14 fevral 1969 (51 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Təhsili

 • Ali zabitlər məktəbi (–1945)

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, tarix fakültəsi (–1960)
Hərbi fəaliyyəti
Rütbə general-mayor
Təltifləri II dərəcəli "Vətən Müharibəsi" ordeni"Qırmızı Ulduz" ordeni — 1944“Moskvanın müdafiəsinə görə” medalı — 1944II dərəcəli "Vətən Müharibəsi" ordeni — 1944"1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı — 1945"Köniqsberqin alınmasına görə" medalı — 1945"Döyüş xidmətlərinə görə" medalı — 1950 "Qırmızı Ulduz" ordeni — 1955

Məmmədşərif Həmidov (1917–1969) — Azərbaycan SSR hərbi komissarı, general-mayor, Azərbaycan SSR Ali Sovetinin deputatı və Azərbaycan KP MK üzvlüyünə namizəd.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

23 fevral 1917-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1932-ci ildə Nuxada texniki-peşə məktəbini,

1945-ci ildə Ali zabitlər məktəbini,

1960-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1929-cu ildən – 12 yaşından, Nuxadakı ipəksarıma fabrikində şagird peşəsində əmək fəaliyyətinə başlayıb.

1932-ci ildən V.İ.Lenin adına Nuxa İpək Kombinatında usta peşəsində,

1937 – 1940-cı illərdə isə Nuxa komsomol və partiya komitələrində müxtəlif vəzifələrdə çalışıb.

Hərbi xidmətdə[Vizual/Mobil redaktə | HTML redaktə]

1940-cı ildən Sovet Ordusuna xidmətə çağırılıb. Böyük Vətən müharibəsində vzvod komandirinin köməkçisi, batalyon qərargahının rəisi, diviziya qərargah əməliyyatının bölmə rəisinin köməkçisi olub.

1946 – 1949-cu illərdə Xaçmaz rayon hərbi komissarı,

1949 – 1956-cı illərdə Azərbaycan SSR hərbi komissarlığında şöbə rəisi,

1956 – 1960-cı illərdə Bakı şəhəri hərbi komissarı,

1960 – 1969-cu illərdə Azərbaycan SSR hərbi komissarı vəzifəsində çalışıb.

İctimai-siyasi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1939-cu ildən Sov.İKP üzvü olub.

1966-cı ildə – Azərbaycan KP-nin 27-ci qurultayında Azərbaycan KP MK üzvlüyünə namizəd,

1967-ci ildə isə 7-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.

Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]

14 fevral 1969-cu il tarixdə – 51 yaşında, xidməti avtomobili ilə indiki Göygöl – Gəncə avtomobil yolunda hərəkət edərkən baş vermiş yol qəzası nəticəsində həlak olub. Bakıda Birinci Fəxri xiyabanda dəfn edilib.

Xatirəsi[Vizual/Mobil redaktə | HTML redaktə]

Həlak olduğu yerdə (indiki Göygöl – Gəncə avtomobil yolunun kənarında) xatirə abidəsi qoyulub.

Adına küçə (Bakı), məktəb (Şəki) və gəmi var.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Гамидов Мамед Шариф Габибула Габибулла-оглы : Картотека награждений : [arx. 23.07.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 23.07.2021.
  2. Məmmədşərif Həmidov // Azərbaycan Sovet Ensiklopediyası  : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1987. — X  cild. — Səhifələrin sayı:  610. — Səh.: 196-197. — 80.000 nüsx.
  3. Məmmədov Ə., Xalıqov F. Həmidov Məmmədşərif // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 230-231. — 1.000 nüsx.
  4. Mete Ə. General Həmidov // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 432-434. — 500 nüsx.

Bildiriş[HTML redaktə]