Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Əsabəli İbrahimov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Əsabəli İbrahimov
İbrahimov Əsabəli İbrahim oğlu
Əsabəli İbrahimov
Əsabəli İbrahimov.
Doğum tarixi 15 may 1916(1916-05-15)
Doğum yeri Nuxa (indiki Şəki), Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 31 mart 2004 (87 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Dəfn yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Həyat yoldaşı Sofiya
Anası Fuad, Rüfət, Nazim və Tofiq
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili Bakı yol və körpü tikintisi texnikumu (–1937)
Mükafatları "Döyüş xidmətlərinə görə" medalı — 1945"1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı — 1945Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı — 1970II dərəcəli "Vətən Müharibəsi" ordeni — 1985
Adının digər versiyaları Asabalı İbrahimov, Әсабәли Ибраһимов, Ибрагимов Асабалий, Асабалий Ибрагимов

Əsabəli İbrahimov (1916–2004) — sovet dövründə Şəkidə tikinti sahəsi üzrə tanınmış mütəxəssis və rəhbər kadr olmuş şəxs. 1961-ci ildə cəmi bir-iki ay Nuxa şəhər Soveti icraiyyə komitəsinin sədri vəzifəsində də çalışmışdır. 2004 — 2010-cu illərdə Şəkinin icra başçısı olmuş Nazim İbrahimovun atasıdır.

Haqqında məlumatlar

15 may 1916-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1937-ci ildə Bakı yol və körpü tikintisi texnikumunu bitirib.

Hərbi xidmətdə

1939-cu ildə hərbi xidmətə gedib. Böyük Vətən müharibəsi iştirakçısıdır. 1945-ci ildə starşina hərbi rütbəsinə malik olub və 2-сi Xüsusi Təyinatlı Aviasiya Diviziyasında (rus.: 2-й Авиационной дивизии особого назначения) adyutant olaraq xidmət edib (sovet rəhbərlərinin, o cümlədən, Stalinin rəsmi səfərlərə aparılıb-gətirilməsi işi bu diviziyanın təyyarələri vasitəsi ilə həyata keçirilirdi).

Əmək fəaliyyəti

1959-cu ildə Nuxadakı 11 nömrəli yol istismar idarəsinin rəisi idi.

1961-ci ilin mart ayında Nuxa şəhər Soveti icraiyyə komitəsinin sədri seçilib və cəmi bir-iki ay bu vəzifədə çalışıb. Daha sonra yenidən tikinti idarəsinə müdir təyin olunub.

İctimai-siyasi fəaliyyəti

Dördüncü çağırış (1953), Beşinci çağırış (1955), Altıncı çağırış (1957), Yeddinci çağırış (1959) Nuxa şəhər sovetinin deputatı seçilib. 1961-ci ildə isə həm Səkkizinci çağırış Nuxa rayon Sovetinin, həm də Nuxa şəhər Sovetinin deputatı seçilib.

Təltif və mükafatları

16 orden və medal; o cümlədən,

Şəkillər

Vəfatı

31 mart 2004-cu il tarixdə – 87 yaşında, Bakıda vəfat edib. Bakıda da dəfn olunub.

İstinadlar

Ədəbiyyat

  1. Ибрагимов Асабалий Ибрагимович : [rus.] // Память народа. — Müraciət tarixi: 26.04.2023.
  2. Ибрагимов Асабалий Ибрагимович : [rus.] // Память народа. — Müraciət tarixi: 26.04.2023.
  3. Ибрагимов Асабалий Ибрагимович : [rus.] // Память народа. — Müraciət tarixi: 26.04.2023.

Həmçinin, bax: