Nicat Əhmədov
Nicat Əhmədov | |
---|---|
Əhmədov Nicat Faiq oğlu | |
![]() | |
Nicat Əhmədov. |
Nicat Əhmədov — fizika-riyaziyyat elmləri namizədi, Bakı Dövlət Universitetinin maddə quruluşu kafedrasının müəllimi.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
31 yanvar 1971-ci il tarixdə Bakıda anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1987-ci ildə Bakı şəhər 244 №-li orta məktəbini bitirib.
1987 – 1992-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində/M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin fizika fakültəsində,
1993 – 1996-cı illərdə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin maddə quruluşu kafedrasının əyani aspiranturasında təhsil alıb.
Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1995-cı ildə professor E.Ə.Məsimovun rəhbərliyi altında “Beyin peptidləri molekullarının quruluş təşkili” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 30-dan artıq elmi məqalənin və 1 kitabın müəllifidir.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1992-ci ildən Bakı Dövlət Universitetinin maddə quruluşu kafedrasında işləyir; o cümlədən,
1992 – 1996-cı illərdə baş laborant,
1996-cı ildən isə müəllim vəzifəsində çalışır.
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Məmmədov Ə., Xalıqov F. ... ... // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 203-204. — 1.000 nüsx.
- Əhmədov Nicat Faiq oğlu : [arx. 11 May 2010 - 24 Feb 2020] // Bakı Dövlət Universiteti, fizika fakültəsi. — Müraciət tarixi: 17.10.2021.
Bildiriş[HTML redaktə]
...