Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7413 0538 5039 (08/22 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Nizami Nəbiyev

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Nizami Nəbiyev
Nəbiyev Nizami Kərəm oğlu
Nizami Nəbiyev
Nizami Nəbiyev.
Təxəllüsü Nizami Sakit
Doğum tarixi 1932(1932-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Böyük Dəhnə, Nuxa (indiki Şəki) rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfatı 26 iyul 1993 (61 yaşında)
Vəfat yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Dəfn yeri Böyük Dəhnə, Şəki rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
İxtisası jurnalist
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, jurnalistika fakültəsi (1950 – 1955)
Mükafatları "Şərəf Nişanı" ordeni  — 1974

Nizami Nəbiyev (1932–1993) — tanınmış jurnalist, “Şəki” qəzetinin (əvvəlki “Şəki fəhləsi” qəzeti) redaktor müavini və sabiq redaktoru.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

1932-ci ildə Nuxa (indiki Şəki) rayonunun Böyük Dəhnə kəndində anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

Böyük Dəhnə kənd orta məktəbini bitirib.

1950 – 1955-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1955-ci ildə Ağdaşda çıxan “Pambıq uğrunda mübarizə” qəzetində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayıb.

1956 – 1962-ci illərdə “Nuxa fəhləsi” qəzetində,

1962 – 1965-ci illərdə Nuxada çıxan “Lenin bayrağı” qəzetində,

1965 – 1993-cü illərdə isə “Nuxa fəhləsi”/“Şəki fəhləsi”/“Şəki” qəzetində işləyib; o cümlədən, əvvəl şöbə müdiri, sonra məsul katib, daha sonra redaktor müavini,

1979-cu ilin iyul ayından 1992-ci ilin avqust ayınadək redaktor (baş redaktor),

1992-ci ilin avqust ayından sonra isə yenidən redaktor müavini vəzifəsində çalışıb.

Digər[redaktə | HTML redaktə]

1979 – 1991-ci illərdə Azərbaycan KP Şəki şəhər partiya komitəsi bürosunun üzvü olub. Dörd çağırış şəhər sovetinin deputatı seçilib.

Çoxlu sayda hekayə, oçerk, felyeton və publisistik məqalənin müəllifi, Baba Səmədov haqqında “Qəhrəman mexanizator” kitabının həmmüəllifidir (ikinci həmmüəllif: Sabir Əfəndiyev). Gənc yaşlarında şeir də yazıb.

Təltif və mükafatları[redaktə | HTML redaktə]

Vəfatı[redaktə | HTML redaktə]

26 iyul 1993-cü il tarixdə – 61 yaşında, uzun sürən xəstəlikdən sonra Şəkidə vəfat edib. 27 iyul 1993-cü il tarixdə Böyük Dəhnə kənd qəbiristanlığında dəfn olunub.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Nizami Kərim oğlu Nəbiyev (nekroloq) = Низами Кәрим оғлу Нәбијев // Salis Məmmədov (baş redaktor), Aydın Məmmədov (redaktor) Şəkinin səsi : qəzet. — Şəki: Şəki mətbəəsi, 1993. — В. 4 avqust. — № 6. — Səh. 3.
  2. Qarayev Z. Görkəmli jurnalist // Dəhnə ziyalıları = Ҝөркәмли журналист. — Bakı: Şuşa, 2000. — Səhifələrin sayı:  152. — Səh.: 55-61. — 500 nüsx.
  3. Mete Ə. Şəki qəzetləri və qəzetçiləri // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  606. — Səh.: 374-375. — 500 nüsx.
  4. Orsər R. Nizami Nəbiyev // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 319-321. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.