Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Rəhimə Cəlilova

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Rəhimə Cəlilova
Cəlilova Rəhimə Qurban qızı
Rəhimə Cəlilova
Rəhimə Cəlilova.
Doğum tarixi 21 avqust 1959 (1959-08-21) (64 yaş)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elmi dərəcəsi fizika-riyaziyyat elmləri namizədi
Elmi adı dosent
Təhsili

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, tətbiqi riyaziyyat fakültəsi (1976–1981)

 • Azərbaycan SSR EA Kibernetika İnstitutu, aspirantura (1983–)
Atası Qurban Cəlilov
Elmi rəhbəri Azad Mirzəcanzadə
Adının digər versiyaları Rehime Celilova, Rahima Calilova, Рахима Джалилова, Регима, Джалилова, Рагима Джалилова, Рәһимә Ҹәлилова

Rəhimə Cəlilova — fizika-riyaziyyat elmləri namizədi, hesablama riyaziyyatı ixtisası üzrə dosent, Azərbaycan Dövlət Pedaqoji Universitetinin hesablama riyaziyyatı və informatika kafedrasının dosenti.

Haqqında məlumatlar

21 avqust 1959-cu il tarixdə Bakıda anadan olub.

Təhsili

1966 – 1976-cı illərdə Bakı şəhər 18 №-li orta məktəbində,

1976 – 1981-ci illərdə S.M.kirov adına Azərbaycan Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsində təhsil alıb.

1983-cü ildə Azərbaycan SSR EA Kibernetika İnstitutunun aspiranturasına daxil olub.

Elmi fəaliyyəti

1990-cı ildə akademik Azad Mirzəcanzadənin elmi rəhbərliyi ilə namizədlik dissertasiyasını müdafiə edib.

2006-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya komissiyasının qərarı ilə hesablama riyaziyyatı ixtisası üzrə dosent elmi adını alıb.

Əmək fəaliyyəti

1981-ci ildən Azərbaycan SSR EA Kibernetika İnstitutunda böyük elmi işçi,

1998-ci ildən etibarən Bakı Dövlət Universitetinin informasiya texnologiyaları və proqramlaşdırma dilləri kafedrasında dosent vəzifəsində çalışıb.

2013-cü ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin hesablama riyaziyyatı və informatika kafedrasında dosentdir.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Cəlilova Rəhimə // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 69-70. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  2. Rəhimə Qurban qızı Cəlilova : [arx. 01.10.2023] // Azərbaycan Dövlət Pedaqoji Universiteti. — Müraciət tarixi: 01.10.2023.