Süleyman Eldarov
Süleyman Eldarov | |
---|---|
Eldarov Süleyman Ələsgər oğlu rus.: Эльдаров Сулейман Алескер огли | |
Süleyman Eldarov, 1970-ci il. | |
Doğum tarixi | 10 yanvar 1922 |
Doğum yeri | Nuxa (indiki Şəki), Nuxa qəzası, Azərbaycan SSR |
Vəfat tarixi | 8 yanvar 1995 (72 yaşında) |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Uşaqları | Məlahət Eldarova, Əli Ələsgərov, Sədayə Salamova, Geyran Əliyeva və Məmməd Eldarov |
Atası | Ələsgər Eldarov |
Anası | Salatın Eldarova |
Həyat yoldaşı | Ruqiyyə Əzizova |
Hərbi fəaliyyəti | |
Qoşun növü | artilleriya |
Rütbə | |
Hərbi hissə | 211-ci atıcı diviziya |
Təltifləri |
Süleyman Eldarov (1922–1995) — SSRİ “Şöhrət” ordeninin tam kavaleri (bu Sovet İttifaqı Qəhrəmanı adına bərabərdir). Böyük Vətən müharibəsində (1941–1945) 38-ci sovet ordusunun 829-cu artilleriya polkunun 211-ci atıcı diviziyasında top dolduran, tuşlayıcı (top komandirinin müavini) (rus.: наводчик), top komandiri olmuşdur.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
10 yanvar 1922-ci il tarixdə Nuxada (indiki Şəki), fəhlə ailəsində anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
Nuxada orta təhsil alıb.
Böyük Vətən müharibəsində[Vizual/Mobil redaktə | HTML redaktə]
9 yanvar 1942-ci il tarixində hərbi xidmətə çağırılıb.
18 aprel 1944-cü il tarixdə 829-cu artilleriya polkunun (211-ci atıcı diviziyası, 38-ci ordu, I Ukrayna cəbhəsi) yefreytoru idi və onun daxil olduğu topçu heyət düşmənin Çernelisa[1] yaşayış məntəqəsinə üç əks-hücumunu dəf etmiş, hitlerçi avtomatçıların azı bir bölüyünü (10 – 12 nəfərlik dəstə) məhv etmişdir.
24 iyul 1944-cü il tarixdə, gecə Lvov şəhərinin 13 km cənubundakı Zaqruje kəndində onun daxil olduğu topçu heyət 15-dən çox hitlerçini məhv edib. Həmin vaxt 829-cu artilleriya polkunda tuşlayıcı (top komandirinin müavini) idi və yefreytor hərbi rütbəsində idi[2].
26 iyul 1944-cü il tarixdə, Lvov şəhərindən 13 km cənubunda yerləşən Lipinki yaşayış məntəqəsi yaxınlığında düşmənin iki əks-hücumunu dəqiq atəşlərlə dəf edib. Bu isə atıcı bölmələrin Lvov – Strıy magistral yolunu tutmasına imkan verib. Həmin döyüşdə yaralansa da döyüş meydanını tərk etməyib.
9 fevral 1945-ci il tarixdə Polşanın Rabka şəhərindən 10 kilometr cənubda yerləşən Yasenisa kəndi yaxınlığında baş verən döyüşlərdə 829-cu artilleriya polkunda top komandiri (211-ci atıcı diviziyası, 38-ci ordu, IV Ukrayna cəbhəsi) olan serjant Süleyman Eldarovun başçılıq etdiyi topçu heyət əsas qüvvələrlə əlaqəni itirsələr də, üç gün ərzində düşmənin doqquz əks-hücumunu dəf etmiş, düşmənin, zirehli nəqliyyat vasitəsini və avtomobilini sıradan çıxarmış, faşistlərin azı bir taqımını məhv etmişdir. Həmin vaxt serjant hərbi rütbəsində idi və döyüşdə göstərdiyi şücaətə görə I dərəcəli “Şöhrət” ordeni ilə təltif edilməsi üçün hərbi hissədən baş qərargaha təqdimat göndərilmişdir[2].
Süleyman Eldarov 24 iyun 1945-ci il tarixdə Qızıl meydanda (Moskva) keçirilən Qərəbə paradında iştirak edib.
1945-ci ilin dekabrında starşina əsgəri rütbəsi ilə ordudan tərxis olunub.
Böyük Vətən müharibəsindən sonra[Vizual/Mobil redaktə | HTML redaktə]
Süleyman Eldarov ordudan tərxis olunduqdan sonra Nuxaya qayıtmış, Nuxa şəhər məişət xidməti kombinatında zərgər peşəsində çalışmışdır.
1975-ci ildə Konstantin Simonovun çəkdiyi “Əsgər gedirdi” (rus.: Шел солдат) adlı sənədli filimdə ona aid ani bir süjet də gedib və qeyd olunub ki,
1943-cü ilin yayında – Kursk döyüşlərində, top komandiri baş leytenant Sergey Rudenko həlak olur, Süleyman Eldarov komandirliyi öz üzərinə götürərək dərhal pulemyot arxasına keçir və atəş açmağa başlayır, bundan sonra yaralansa da, atəşi dayandırmır. |
Həmçinin, filmdə müharibədən çox sonralar Süleyman Eldarovdan götürülmüş müsahibə də yer alıb
.Süleyman Eldarov faşizm üzərində qələbənin 40 illiyi münasibəti ilə 9 may 1985-ci il tarixdə Qızıl meydanda keçirilmiş paradda da iştirak etmişdir.
Siyasi aktivliyi[Vizual/Mobil redaktə | HTML redaktə]
1944-cü ildən ÜK(b)P-nın üzvü olub.
Təltifləri[Vizual/Mobil redaktə | HTML redaktə]
- “İgidliyə görə” medalı (SSRİ) (3 yanvar 1944-cu il tarixli fərmanla);
- “Şöhrət” ordeninin tam kavaleri:
- III dərəcəli "Şöhrət" ordeni (20 may 1944-cu il tarixli, 43159 №-li fərmanla),
- II dərəcəli “Şöhrət” ordeni (21 oktyabr 1944-cu il tarixli, 8430 №-li fərmanla),
- I dərəcəli “Şöhrət” ordeni (29 iyun 1945-ci il tarixli, 1326 №-li fərmanla);
- I dərəcəli "Vətən Müharibəsi" ordeni;
- digər medallar.
Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]
8 yanvar 1995-ci il tarixdə – 72 yaşında, Şəkidə vəfat edib.
Xatirəsi[Vizual/Mobil redaktə | HTML redaktə]
Şəki şəhərində bir küçəyə adı verilib.
Videolar[Vizual/Mobil redaktə | HTML redaktə]
- Eldar Süleymanovun nəvəsi Aylin Mustafazadənin babası haqqında hazırladığı video-çarx ↓
- ARB Şəki televiziyası tərəfindən Eldar Süleymanov haqqında hazırlanmış video-çarx;
- 1:51-ci saniyədən sonra Konstantin Simonovun sənədli filmindən süjet göstərilir↓
İstinadlar və qeydlər[Vizual/Mobil redaktə | HTML redaktə]
- ↑ indiki İvano-Frankov vilayəti (Ukrayna).
- ↑ 2,0 2,1 Память народа2.
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Ельдаров Сулейман Александрович : [arx. 09.01.2022] : [rus.] // Память народа. — Müraciət tarixi: 09.01.2022.
- Эльдаров Сулейман Алескерович : [arx. 09.01.2022] : [rus.] // Память народа. — Müraciət tarixi: 09.01.2022.
- Zərgərlər // Şəkidə məhəllə adları, soyadlar və ləğəblər / Zəkəriyyə Əlizadə və Sevinc Bəharəddin qızı. — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Nafta–Press, 2004. — 2 kitab. — I kitab. — Səhifələrin sayı: 345. — Səh.: 288-290. — 550 nüsx.
- Mete Ə. Qələbə paradının iştirakçısı // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 431-432. — 500 nüsx.
- Məmmədov Ə., Xalıqov F. Eldarov Süleyman // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 73. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
- "Эльдаров Сулейман Алескер Оглы". https://encyclopedia.mil.ru/ (русский). Минобороны России. 14 Jan 2021 tarixində arxivləşdirilib.
- "ЭЛЬДАРОВ СУЛЕЙМАН АЛЕСКЕР ОГЛУ". http://www.savash-az.com/ (русский). САВАШ. 22 Nov 2017 – 31 Jan 2019 tarixində arxivləşdirilib.
Aidiyyəti linklər[Vizual/Mobil redaktə | HTML redaktə]
- "Süleyman Eldarov" (русский). Sayt «Герои страны».
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- S
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış Böyük Vətən müharibəsi iştirakçıları
- Şəkidən çıxmış görkəmli şəxslər
- 1922-ci ildə doğulanlar
- 10 yanvarda doğulanlar
- Yanvarda doğulanlar
- 8 yanvarda vəfat edənlər
- Yanvarda vəfat edənlər
- 1995-ci ildə vəfat edənlər
- I dərəcəli Vətən Müharibəsi Ordeni laureatları
- "Şöhrət" ordenin tam kavalerləri
- I dərəcəli "Şöhrət" ordeni (SSRİ) kavalerləri
- II dərəcəli "Şöhrət" ordeni (SSRİ) kavalerləri
- III dərəcəli "Şöhrət" ordeni (SSRİ) kavalerləri
- SSRİ-nin "İgidliyə görə" medalı ilə təltif edilənlər
- Hərbçilər
- Şəxslər (ad sırası ilə)
- “Şəkidə məhəllə adları, soyadlar və ləqəblər” kitabına istinad olunan məqalələr
- “O torpağın övladları” kitabına istinad olunan məqalələr
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə