Firidun Abdullayev (1931–1987) — Azərbaycan SSR əməkdar mədəniyyət işçisi və Bakı Dövlət Sirkinin direktoru.

Firidun Abdullayev
Abdullayev Firidun Muxtar oğlu
Firidun Abdullayev
Firidun Abdullayev.
Doğum tarixi may 1931(1931-05-00)
Vəfat tarixi 31 may 1987(1987-05-31) (55 yaşında)
Uşağı Murad Abdullayev
Atası Muxtar Abdullayev
Anası Həyat Abdullayeva
Mükafatları "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adı

Haqqında məlumatlar

31 may 1931-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

Musiqi ixtisası üzrə orta təhsil alıb.

Əmək fəaliyyəti

1967-ci ildən Bakı Dövlət Sirkində işləyib; o cümlədən, 1972-ci ildən sirkin direktoru olub.

Təltif və mükafatları

Vəfatı

1987-ci il tarixdə – 55 yaşında, Moskvada xəstəxanada vəfat edib. Bakıda dəfn edilib.

Ailəsi

7 qardaş və 2 bacı olublar.

1937-ci ildə – 6 yaşı olarkən, atası Muxtar Abdullayev Stalin repressiyaları nəticəsində həbs edilib və güllələnib. Anası Həyat Abdullayeva isə Sibirə sürgün olunub. Hər ikisi Stalinin ölümündən sonra – 1956-cı ildə, bəraət alıblar.

Firidun Abdullayevin oğlu Murad Abdullayev də, nəvəsi Aydan Abdullayeva da sirkdə işləyirlər. Murad Abdullayev Böyük Moskva sirkinin tanınmış meymun təlimçisi və Rusiya Federasiyasının əməkdar artistidir.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Abdullayev Firidun // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 26. — 600 nüsx. — ISBN 5-8066-1708-4.