"Məhəmmədhəsən xan" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 38: Sətir 38:
 
1780-cı ilin avqust ayında isə bir gecə Hacı Əbdülqadirin göndərdiyi 60 nəfərlik bir dəstə Nuxaya xəlvəti yaxınlaşa bilir. Hacı Əbdülqadirin adamları səhərədək şəhərin ətrafındakı dağlarda  gizlənirlər,  
 
1780-cı ilin avqust ayında isə bir gecə Hacı Əbdülqadirin göndərdiyi 60 nəfərlik bir dəstə Nuxaya xəlvəti yaxınlaşa bilir. Hacı Əbdülqadirin adamları səhərədək şəhərin ətrafındakı dağlarda  gizlənirlər,  
 
  {{Sitatın əvvəli}}
 
  {{Sitatın əvvəli}}
“''səhərdən, adamlar divandan dağılandan sonra qala ki boşallanir və o vaxt da qarovul və ya müstəhfiz'' (–yəni: mühafizəçi) ''bərqərar olmayır imiş. Əminlik cəhətinə, qalanın yuxarı qapısından daxil olub, qapıları içəridən bağlayırlar. Qalada ancaq hərəmxanalara məxsus xidmətkarlardan rast gələni qətlə yetirib, xanın üstünə hücum edirlər. Bu vaxt xan da hərəmxanasına mütəssil'' (–yəni: bitişik) ''[[Şəkixanovların evi|"Qurğuşunlu otaq"da]] imiş. Bu əhvalatdan xəbərdar olub, içəridən qapıları bağladıqdan sonra bunlar ilə atışmaq başlayır''”<ref>[http://sites.google.com/site/shekitarixi/29 Məhəmmədiyyə təriqətinə məxsus kitabdan anonim şəxsin qələmə aldığı hekayət, Əlyazmaları İnstitutu, şifrə B-589/10505, səh.: 51b – 52a.]</ref>.
+
“''səhərdən, adamlar divandan dağılandan sonra qala ki boşallanır və o vaxt da qarovul və ya müstəhfiz'' (–yəni: mühafizəçi) ''bərqərar olmayır imiş. Əminlik cəhətinə, qalanın yuxarı qapısından daxil olub, qapıları içəridən bağlayırlar. Qalada ancaq hərəmxanalara məxsus xidmətkarlardan rast gələni qətlə yetirib, xanın üstünə hücum edirlər. Bu vaxt xan da hərəmxanasına mütəssil'' (–yəni: bitişik) ''[[Şəkixanovların evi|"Qurğuşunlu otaq"da]] imiş. Bu əhvalatdan xəbərdar olub, içəridən qapıları bağladıqdan sonra bunlar ilə atışmaq başlayır''”<ref>[http://sites.google.com/site/shekitarixi/29 Məhəmmədiyyə təriqətinə məxsus kitabdan anonim şəxsin qələmə aldığı hekayət, Əlyazmaları İnstitutu, şifrə B-589/10505, səh.: 51b – 52a.]</ref>.
 
{{Sitatın sonu}}
 
{{Sitatın sonu}}
 
Məhəmmədhüseyn xan yaralanır və silahı yerə qoyub təslim olur, onu 1 həftə saxlayıb, sonra edam edirlər, Şəki xanlığı Hacı Əbdülqadirin əlinə keçir.
 
Məhəmmədhüseyn xan yaralanır və silahı yerə qoyub təslim olur, onu 1 həftə saxlayıb, sonra edam edirlər, Şəki xanlığı Hacı Əbdülqadirin əlinə keçir.
Sətir 80: Sətir 80:
 
Bundan 8 il sonra – 1805-ci ildə, Səlim xan Şamaxı xanı Mustafa xanın köməyi ilə qardaşı Məhəmmədhəsən xanı devirmək və təkrarən Şəki xanı olmaq fikrinə düşür. Mustafa xan isə Səlim xanın təklifindən öz məqsədi üçün istifadə etmək istəyirdi. Rus polkovniki Pavel Karyagin tərəfindən 1805-ci ilin əvvəllərində tərtib edilmiş raporta əsasən, raport yazılan vaxtdan bir müddət əvvəl,  
 
Bundan 8 il sonra – 1805-ci ildə, Səlim xan Şamaxı xanı Mustafa xanın köməyi ilə qardaşı Məhəmmədhəsən xanı devirmək və təkrarən Şəki xanı olmaq fikrinə düşür. Mustafa xan isə Səlim xanın təklifindən öz məqsədi üçün istifadə etmək istəyirdi. Rus polkovniki Pavel Karyagin tərəfindən 1805-ci ilin əvvəllərində tərtib edilmiş raporta əsasən, raport yazılan vaxtdan bir müddət əvvəl,  
 
{{Sitatın əvvəli}}
 
{{Sitatın əvvəli}}
“''Mustafa xan guya Səlim xanın sifarişini yerinə yetirirmiş kimi, Şirvan ordusu ilə Şəki xanlığının sərhədlərinə doğru hərəkət edib. Məhəmmədhəsən xan da Şəki ordusunu  götürüb vuruşmaq əzmiylə əvvəl Mustafa xanın qarşısına - vuruşmağa, gedib, lakin sonda,  vuruşmaq fikrindən vaz keçib, ordusunu buraxıb və özünü təkcənə Mustafa xana təslim edib. Mustafa xan Məhəmmədhəsən xanı əsir kimi Şamaxıya göndərib, Səlim xana isə deyib ki ona inanmır, bu şərtlə onu Şəkidə xan edə bilər ki, oğlunu və qızını əvvəlcə “əmanət” kimi ona versin. Səlim xan o saat Mustafa xanın tələbini yerinə yetirib. Amma Mustafa xan ürəyində istəyirmiş ki Şəki xanlığını özü ələ keçirsin və buna görə də öz naiblərini gizlincə Nuxa şəhərinə göndəribmiş ki şəhəri idarə etsinlər və Məhəmmədhəsən xanın adından onun bütün xəzinəsini tələb etsinlər. Səlim xan isə bunu və özünün aldadıldığını bilən kimi, naiblərin göndərilməsi barədə Nuxadakı kor qardaşı Fətəli ağaya xəbər ötürə bilib. Nuxa adamları ayağa qalxıb Mustafa xanın naiblərini qovublar və Fətəli ağanı müvəqqəti xan seçiblər. Mustafa xan nuxalıların seçimi ilə razılaşmağa məcbur olub və yeni Şəki xanı seçilmiş Fətəli xana məktub yazaraq oğlunu “əmanət” kimi Şamaxıya göndərəcəyi təqdirdə onu Şəki xanı kimi tanıyacağını bildirib. Fətəli xan həmin saat oğlunu Mustafa xanın yanına yollayıb. Bundan sonra Mustafa xan Səlim xana onu Şəkidə xan  edəcəyi barədə verdiyi vədindən imtina edib və bildirib ki əvəzində ona Şirvanda yaxşı bir mahal verə bilər. Səlim xan əvvəlcə bu təkliflə razılaşıb, lakin Mustafa xanın yanından ayrılan kimi, birbaşa Nuxaya gedib və hamı tərəfindən, o cümlədən qardaşı Fətəli xan tərəfindən Şəki xanı kimi qəbul olunub''”<ref>[http://www.runivers.ru/bookreader/book9704/#page/436/mode/1up Дубровин Николай Федорович.  История войны и владычества русских на Кавказе, том IV,  С.-Петербург, 1886, стр.: 426-427.]</ref><ref>[http://www.runivers.ru/bookreader/book9487/#page/645/mode/1up Акты, собранные Кавказской археографической комиссией, том II,  Тифлис, 1868, стр.: 643, №1291.]</ref>.
+
“''Mustafa xan guya Səlim xanın sifarişini yerinə yetirirmiş kimi, Şirvan ordusu ilə Şəki xanlığının sərhədlərinə doğru hərəkət edib. Məhəmmədhəsən xan da Şəki ordusunu  götürüb vuruşmaq əzmi ilə əvvəl Mustafa xanın qarşısına - vuruşmağa, gedib, lakin sonda,  vuruşmaq fikrindən vaz keçib, ordusunu buraxıb və özünü təkcənə Mustafa xana təslim edib. Mustafa xan Məhəmmədhəsən xanı əsir kimi Şamaxıya göndərib, Səlim xana isə deyib ki ona inanmır, bu şərtlə onu Şəkidə xan edə bilər ki, oğlunu və qızını əvvəlcə “əmanət” kimi ona versin. Səlim xan o saat Mustafa xanın tələbini yerinə yetirib. Amma Mustafa xan ürəyində istəyirmiş ki Şəki xanlığını özü ələ keçirsin və buna görə də öz naiblərini gizlincə Nuxa şəhərinə göndəribmiş ki şəhəri idarə etsinlər və Məhəmmədhəsən xanın adından onun bütün xəzinəsini tələb etsinlər. Səlim xan isə bunu və özünün aldadıldığını bilən kimi, naiblərin göndərilməsi barədə Nuxadakı kor qardaşı Fətəli ağaya xəbər ötürə bilib. Nuxa adamları ayağa qalxıb Mustafa xanın naiblərini qovublar və Fətəli ağanı müvəqqəti xan seçiblər. Mustafa xan nuxalıların seçimi ilə razılaşmağa məcbur olub və yeni Şəki xanı seçilmiş Fətəli xana məktub yazaraq oğlunu “əmanət” kimi Şamaxıya göndərəcəyi təqdirdə onu Şəki xanı kimi tanıyacağını bildirib. Fətəli xan həmin saat oğlunu Mustafa xanın yanına yollayıb. Bundan sonra Mustafa xan Səlim xana onu Şəkidə xan  edəcəyi barədə verdiyi vədindən imtina edib və bildirib ki əvəzində ona Şirvanda yaxşı bir mahal verə bilər. Səlim xan əvvəlcə bu təkliflə razılaşıb, lakin Mustafa xanın yanından ayrılan kimi, birbaşa Nuxaya gedib və hamı tərəfindən, o cümlədən qardaşı Fətəli xan tərəfindən Şəki xanı kimi qəbul olunub''”<ref>[http://www.runivers.ru/bookreader/book9704/#page/436/mode/1up Дубровин Николай Федорович.  История войны и владычества русских на Кавказе, том IV,  С.-Петербург, 1886, стр.: 426-427.]</ref><ref>[http://www.runivers.ru/bookreader/book9487/#page/645/mode/1up Акты, собранные Кавказской археографической комиссией, том II,  Тифлис, 1868, стр.: 643, №1291.]</ref>.
 
{{Sitatın sonu}}
 
{{Sitatın sonu}}
  
Lakin raportda yazılanların əksinə olaraq, bu hadisələr heç də 1-2 gün ərzində baş verməmişdir. Belə ki Fətəli xanın oğlu Kərim ağa Şəkixanovun yazdığına görə onun atası "''iki-üç ay''" xanlıq etmişdir. Səlim xan isə Nuxa]]ya heç də təntənəli şəkildə yox, əslində gizlincə gəlmiş və gecə vaxtı [[Nuxa qalasını]] qoruyan bəylərin Fətəli xana xəyanəti nəticəsində xəlvəti qalaya daxil olmuşdu<ref>[http://history.az/pdf.php?item_id=20100622041749649&ext=pdf Şəki xanlığının tarixindən; Kərim ağa Fateh. Şəki xanlarının müxtəsər tarixi, Bakı, 1993, səh.: 15.].</ref>!
+
Lakin raportda yazılanların əksinə olaraq, bu hadisələr heç də 1-2 gün ərzində baş verməmişdir. Belə ki Fətəli xanın oğlu Kərim ağa Şəkixanovun yazdığına görə onun atası "''iki-üç ay''" xanlıq etmişdir. Səlim xan isə Nuxaya heç də təntənəli şəkildə yox, əslində gizlincə gəlmiş və gecə vaxtı [[Nuxa qalasını]] qoruyan bəylərin Fətəli xana xəyanəti nəticəsində xəlvəti qalaya daxil olmuşdu<ref>[http://history.az/pdf.php?item_id=20100622041749649&ext=pdf Şəki xanlığının tarixindən; Kərim ağa Fateh. Şəki xanlarının müxtəsər tarixi, Bakı, 1993, səh.: 15.].</ref>!
  
Bir müddət sonra Mustafa xan Məhəmmədhəsən xanı sərbəst buraxır. Məhəmmədhəsən xan Şəki xanlığıda hakimiyyətini bərpa etmək ümidilə dəstək üçün İrana, Türkiyəyə, Dağıstana üz tutur. Ona heç kimin kömək etməyəcəyini başa düşəndə isə ruslarla danışığa başlayır. Əvvəl kiçikyaşlı sevimli oğlunu “əmanət” kimi Tüflisə göndərir, sonra özü də Tiflisə gəlib Rus çarına sədaqət andı içir. Rus hökuməti onun təhlükəsizliyinə karantiya verir və ona gündəli 5 rubl təqaüd ayrılır. 1814-cü ildə Şəki xanı Cəfərqulu xanın dünyasını dəyişdiyi zaman onun oğlunun Şəki xanı təyin edilməsinə qarşı Şəkidə baş verən iğtişaşlarda ruslar Məhəmmədhəsən xanın barmağının olmasından şübhələnib onu əvvəl Xarkova, bir müddət sonra isə Həştərxana göndərdilər. Məhəmmədhəsən xan elə Həştərxanda da dünyasını dəyişib. Ölümündən sonra nəşi Nuxaya gətirilmiş və Xan qəbristanlığında dəfn edilmişdir.
+
Bir müddət sonra Mustafa xan Məhəmmədhəsən xanı sərbəst buraxır. Məhəmmədhəsən xan Şəki xanlığında hakimiyyətini bərpa etmək ümidiylə dəstək üçün İrana, Türkiyəyə, Dağıstana üz tutur. Ona heç kimin kömək etməyəcəyini başa düşəndə isə ruslarla danışığa başlayır. Əvvəl kiçikyaşlı sevimli oğlunu “əmanət” kimi Tüflisə göndərir, sonra özü də Tiflisə gəlib Rus çarına sədaqət andı içir. Rus hökuməti onun təhlükəsizliyinə təminat verir və ona gündəlik 5 rubl təqaüd ayrılır. 1814-cü ildə Şəki xanı Cəfərqulu xanın dünyasını dəyişdiyi zaman onun oğlunun Şəki xanı təyin edilməsinə qarşı Şəkidə baş verən iğtişaşlarda ruslar Məhəmmədhəsən xanın əlinin olmasından şübhələnib onu əvvəl Xarkova, bir müddət sonra isə Həştərxana göndərdilər. Məhəmmədhəsən xan elə Həştərxanda da dünyasını dəyişib. Ölümündən sonra nəşi Nuxaya gətirilmiş və Xan qəbristanlığında dəfn edilmişdir.
  
 
== İstinadlar ==
 
== İstinadlar ==

22:16, 4 sentyabr 2020 versiyası

Məhəmmədhəsən xan
Məhəmmədhəsən xan Məhəmmədhüseyn xan oğlu
Şəki xanları və xanzadələri.jpg
Şəki xanları, yaxud xanzadələri (şərti), - Şəki xan sarayında firiz (divar rəfi - irəf) üzərində miniatür.
Şəki xanı
dekabr 1783 — 13 noyabr/12 dekabr 1795
Sələfi Hacı Əbdülqadir xan
Xələfi Səlim xan
9 may 1797 — yanvar 1805
Sələfi Səlim xan
Xələfi Fətəli xan
Şəxsi məlumatlar
Doğum tarixi ≈ 1760(1760-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)[1]
Vəfat tarixi 5 sentyabr 1831 (71 yaşında)
Vəfat yeri Həştərxan
Dəfn yeri Xan qəbiristanlığı (Şəki)
Sülalə Qara keşiş nəsli[2]
Dini islam
Atası Məhəmmədhüseyn xan
Həyat yoldaşları Xeyrənnisə xanım (öz nəslindən); Huri xanım (Hacı Şəmsəddinin qardaşının, ya bacısının qızı); 3.Cəvahir xanım (ləzgi); 4.Ziba xanım (islamı qəbul etmiş erməni); 5.Güləndam xanım (islamı qəbul etmiş yəhudi); 6.Məryəm xanım (islamı qəbul etmiş gürcü); 7. Şükufə xanım (gürcü); 8.Badi-Səba xanım (gürcü); 9.digər arvadlar.
Uşaqları 1-ci arvaddan: Tuti ağa; 2-cı arvaddan: Abdulla ağa, Mədinə xanım; 3-cü arvaddan: Əbdülrəhman ağa; 4-cü arvaddan: Haşım ağa, Fəhra xanım, Əminə xanım; 7-ci arvaddan: Telli xanım; 8-cı arvaddan: Zeynəb xanım; digər arvadlardan Kafiyyə xanım, Asiya xanım, Sədri xanım.
Avtoqraf İmza

Məhəmmədhəsən xan — Şəki xanı, 1783 – 1795 və 1797 – 1805-ci illərdə Şəkini idarə edib. Məhəmmədhəsən xan divanxanasını tikdirib. 1795-ci ildə İran şahının göstərişi ilə kor edilmiş, lakin buna baxmayaraq 2 il sonra Şəkidə hakimiyyətini bərpa edə bilmiş və daha 8 il ərzində Şəki xanı olmuşdur. 1805-ci ildə qardaşı Səlim xan Şəkidə hakimiyyətə gəldikdən sonra, İrana, Türkiyəyə üz tutmuş, sonda könüllü şəkildə ruslara təslim olmuşdur. Ona əvvəl Carda, sonra isə Həştərxanda yaşamaq icazəsi verilmiş, ömrünün sonunadək, ailəsinin maddi təminatı Rusiya hökuməti tərəfindən ödənilmişdir.

Haqqında məlumatlar

Atası Məhəmmədhüseyn xan Şəki xanı olduğu zamanlarda, atasının əmisi Hacı Əbdülqadir 1770-ci ildən başına bir dəstə yığaraq Qanıx çayının Kür çayına qovuşduğu yerdə – “Dardoqqaz” adlanan yarımadada, məskən salmış və Məhəmmədhüseyn xana qarşı silahlı mübarizəyə başlamışdır. Qarabağ xanı İbrahim xan və Gürcüstan hakimi İrakli xan da Hacı Əbdülqadirin Məhəmmədhüseyn xana qarşı silahlı mübarizəsini dəstəkləyirdilər.

Məhəmmədhüseyn xan oğlu Məhəmmədhəsən ağanı sülh və barışıq üçün əmisi Hacı Əbdülqadirin yanına göndərdikdə isə Hacı Əbdülqadir Məhəmmədhəsən ağanı tutub, Məhəmmədhüseyn xanın düşməni olan Qarabağ xanı İbrahim xana yollayır ki onu öldürsün. İbrahim xan Məhəmmədhəsən ağanı öldürmür, gizlində saxlayır, lakin Hacı Əbdülqadirə xəbər göndərir ki guya onu artıq qətlə yetirilmişdir[3].

1780-cı ilin avqust ayında isə bir gecə Hacı Əbdülqadirin göndərdiyi 60 nəfərlik bir dəstə Nuxaya xəlvəti yaxınlaşa bilir. Hacı Əbdülqadirin adamları səhərədək şəhərin ətrafındakı dağlarda gizlənirlər,

səhərdən, adamlar divandan dağılandan sonra qala ki boşallanır və o vaxt da qarovul və ya müstəhfiz (–yəni: mühafizəçi) bərqərar olmayır imiş. Əminlik cəhətinə, qalanın yuxarı qapısından daxil olub, qapıları içəridən bağlayırlar. Qalada ancaq hərəmxanalara məxsus xidmətkarlardan rast gələni qətlə yetirib, xanın üstünə hücum edirlər. Bu vaxt xan da hərəmxanasına mütəssil (–yəni: bitişik) "Qurğuşunlu otaq"da imiş. Bu əhvalatdan xəbərdar olub, içəridən qapıları bağladıqdan sonra bunlar ilə atışmaq başlayır[4].

Məhəmmədhüseyn xan yaralanır və silahı yerə qoyub təslim olur, onu 1 həftə saxlayıb, sonra edam edirlər, Şəki xanlığı Hacı Əbdülqadirin əlinə keçir.

Bir-iki il sonra Hacı Əbdülqadir xan ilə Qarabağ xanı İbrahim xanın münasibətləri körlananda, İbrahim xan Məhəmmədhüseyn xanın ölmüş hesab edilən oğlu Məmmədhəsən ağanı üzə çıxardıb, hansı ki o vaxta qədər gizlədirdi. Məmmədhəsən ağa özünə qoşun toplayıb, tezliklə Nuxanı ələ keçirir və özünü xan elan edir. Daha sonra Hacı Əbdülqadir xanı tutub 7 oğlu ilə birlikdə oldürür.

Hacı Əbdülqadir xanın ölüm tarixi və Məmmədhəsən ağanın Şəki xanı olması tarixi Nuxada tərtib olunmuş maddeyi-tarixdə belə göstərilir:

Hacı (Əbdülqadir) xanın alicah Məhəmmədhəsən xan Hüseyn xan oğlunun əlində ölməsi və Şəkinin alınması və burada qəhətlik olması tarixi: 26 məhərrəm 1198-ci il (21 dekabr 1783-cü il)”. [5].

Məhəmmədhəsən xanın qardaşı Fətəli xanın oğlu Kərim ağa Şəkixanov yazır ki,

Məhəmmədhəsən xan bir iki il xanlıq edəndən sonra, mənim atam Fətəli xan Məhəmmədhəsən xanın qardaşıdır, onun anası Ərəş sultanının qızıdır. Ərəş sultanı Məlik Əlinin oğlanları o vaxtda Ərəşdə böyük və sikkəli və güclü bəylərmiş ki, Fətəli xanın anasının qardaşlarıdır; Məhəmmədhəsən xan , Fətəli xanın qohumları böyük və çox olmaq və özü də Hüseyn xanın istəgi oğlu olmaq səbəbindən ehtiyat elər ki, bəlkə xarab eləyə, tutub Fətəli xanın gözlərin çıxarıb, özü də evində dustaq elər.”[6].

Məhəmmədhəsən xanın digər qardaşı Səlim xan Fətəli xanın gözlərini çıxartdırması və özünün də “birütbə” saxlanılmasını gördükdə

Şəki vilayətinin bəylərindən özünə yoldaş eləyib, tarixi-islamiyyə 1199[7] (1784/85) olanda” Şəkidən Cara qaçmış [8]

və qardaşını devirmək əzmiylə orada özünə qoşun toplamışdı. 1795-cı ilin son aylarında qardaşı Məhəmmədhəsən xanın Şəki qoşunu ilə Muğanda – orada qışlayan İran şahı Ağa Məhəmməd xan Qacarın sərəncamında, olmasından istifadə edib Şəkini tutdu. Məhəmmədhəsən xan bunu bilən kimi Ağa Məhəmməd xandan da əlavə qoşun götürüb Səlim xanı qovmaq üçün Şəkiyə qayıtdı. İki qardaş arasında ən şiddətli döyüş Göynük kəndi yaxınlığında baş verdi, Səlim xan basıldı və geri çəkilməyə məcbur oldu. Məhəmmədhəsən xan isə Nuxaya qayıtdı, lakin sonra Xaçmaz mahalının Tərkeş kəndində onu gözləyən Dəvəli Mustafa xan adlı İran sərkərdəsinin yanına gəldikdə, sonuncu adı çəkilən, şahın sifarişinə uyğun olaraq onun gözlərini çıxartdırdı və özünü də dustaq edib Təbrizə göndərdi. Məhəmmədhəsən xana qarşı belə aqressiv münasibətin səbəbi isə güman edildiyinə görə yalnız bu ola bilərdi ki, onun tərəfində Göynükdə vuruşmuş iranlılardan ölən çox olmuşdur![9].

Məhəmmədhəsən xanın kor edilməsi və Təbrizə göndərilməsi, onunla hakimiyyət davası edən qardaşı Səlim xanın Şəkidə xan olması üçün bir fürsət idi. Əlbəttə ki, Səlim xan bu imkandan yararlandı, o, Nuxaya gəldi və hakimiyyətə yiyələndi.

Şəkidə tərtib olunmuş maddeyi-tarixlərdə Səlim xanın Şəkidə birinci dəfə hakimiyyətə başlaması və Məhəmmədhəsən xanın birinci dövr hakimiyyətinin başa çatması tarixi belə əbədiləşdirilmişdir:

Alicah Səlim xanın Şəki vilayətini Məhəmmədhəsən xanın əlindən alması tarixi: cəmadiyül-əvvəl 1210 ( 13 noyabr/12 dekabr 1795)”[5].

Səlim xan Şəkidə xan olandan sonra qardaşı Məhəmmədhəsən xanın 7 azyaşlı oğlunu öldürtdürdü.

1796-cı ilin əvvəllərində Ağa Məhəmməd xan Qacar İrana çəkildi. Əvəzində isə Cənubi Qafqaza şimaldan general Zubovun başçılığı altında rus qoşunları yeridildi. Lakin az müddət sonra – elə həmin ilin sonlarında, imperatriçə II Yekaterina vəfat etdi, onun yerinə taxta çıxan I Pavel isə beynəlxalq vəziyyətlə əlaqədar olaraq rus qoşunlarını Cənubi Qafqazdan geri çağırdı. Bundan sonra – 1797-ci ildə, Ağa Məhəmməd xan Qacar ikinci dəfə Cənubi Qafqaza yürüşə başladı. O, 1-ci yürüşü zamanı kor etdirdiyi sabiq Şəki xanı Məhəmmədhəsən xanı da özü ilə götürmüşdü. Məlum olduğu kimi, bu yürüşü zamanı – iyun ayında, Ağa Məhəmməd xan Şuşa qalasında öz adamlarının sui-qəsdi nəticəsində öldürüldü. Ölümündən təxm. 1 ay əvvəl isə o, sabiq Şəki xanı Məhəmmədhəsən xanı yenidən Şəkidə hakimiyyətə gətirmişdir. Bunun dəqiq vaxtı isə Şəkidə tərtib olunmuş maddeyi-tarixdə belə göstərilir:

Məhəmmədhəsən xanın Təbrizdən gəlməsi və Səlim xanın getməsi tarixi: 12 zilqədə 1211 (9 may 1797)”[5].

Amma digər mənbələrdə Məhəmmədhəsən xanın yalnız Ağa Məhəmməd xan Qacarın ölümündən sonra, özü də Şamaxı xanı Mustafa xanın köməyi ilə 2-ci dəfə Şəkidə hakimiyyətə gətirilməsi göstərilir[10] və bu da ola bilsin ki səhvdir.

Bundan 8 il sonra – 1805-ci ildə, Səlim xan Şamaxı xanı Mustafa xanın köməyi ilə qardaşı Məhəmmədhəsən xanı devirmək və təkrarən Şəki xanı olmaq fikrinə düşür. Mustafa xan isə Səlim xanın təklifindən öz məqsədi üçün istifadə etmək istəyirdi. Rus polkovniki Pavel Karyagin tərəfindən 1805-ci ilin əvvəllərində tərtib edilmiş raporta əsasən, raport yazılan vaxtdan bir müddət əvvəl,

Mustafa xan guya Səlim xanın sifarişini yerinə yetirirmiş kimi, Şirvan ordusu ilə Şəki xanlığının sərhədlərinə doğru hərəkət edib. Məhəmmədhəsən xan da Şəki ordusunu götürüb vuruşmaq əzmi ilə əvvəl Mustafa xanın qarşısına - vuruşmağa, gedib, lakin sonda, vuruşmaq fikrindən vaz keçib, ordusunu buraxıb və özünü təkcənə Mustafa xana təslim edib. Mustafa xan Məhəmmədhəsən xanı əsir kimi Şamaxıya göndərib, Səlim xana isə deyib ki ona inanmır, bu şərtlə onu Şəkidə xan edə bilər ki, oğlunu və qızını əvvəlcə “əmanət” kimi ona versin. Səlim xan o saat Mustafa xanın tələbini yerinə yetirib. Amma Mustafa xan ürəyində istəyirmiş ki Şəki xanlığını özü ələ keçirsin və buna görə də öz naiblərini gizlincə Nuxa şəhərinə göndəribmiş ki şəhəri idarə etsinlər və Məhəmmədhəsən xanın adından onun bütün xəzinəsini tələb etsinlər. Səlim xan isə bunu və özünün aldadıldığını bilən kimi, naiblərin göndərilməsi barədə Nuxadakı kor qardaşı Fətəli ağaya xəbər ötürə bilib. Nuxa adamları ayağa qalxıb Mustafa xanın naiblərini qovublar və Fətəli ağanı müvəqqəti xan seçiblər. Mustafa xan nuxalıların seçimi ilə razılaşmağa məcbur olub və yeni Şəki xanı seçilmiş Fətəli xana məktub yazaraq oğlunu “əmanət” kimi Şamaxıya göndərəcəyi təqdirdə onu Şəki xanı kimi tanıyacağını bildirib. Fətəli xan həmin saat oğlunu Mustafa xanın yanına yollayıb. Bundan sonra Mustafa xan Səlim xana onu Şəkidə xan edəcəyi barədə verdiyi vədindən imtina edib və bildirib ki əvəzində ona Şirvanda yaxşı bir mahal verə bilər. Səlim xan əvvəlcə bu təkliflə razılaşıb, lakin Mustafa xanın yanından ayrılan kimi, birbaşa Nuxaya gedib və hamı tərəfindən, o cümlədən qardaşı Fətəli xan tərəfindən Şəki xanı kimi qəbul olunub[11][12].

Lakin raportda yazılanların əksinə olaraq, bu hadisələr heç də 1-2 gün ərzində baş verməmişdir. Belə ki Fətəli xanın oğlu Kərim ağa Şəkixanovun yazdığına görə onun atası "iki-üç ay" xanlıq etmişdir. Səlim xan isə Nuxaya heç də təntənəli şəkildə yox, əslində gizlincə gəlmiş və gecə vaxtı Nuxa qalasını qoruyan bəylərin Fətəli xana xəyanəti nəticəsində xəlvəti qalaya daxil olmuşdu[13]!

Bir müddət sonra Mustafa xan Məhəmmədhəsən xanı sərbəst buraxır. Məhəmmədhəsən xan Şəki xanlığında hakimiyyətini bərpa etmək ümidiylə dəstək üçün İrana, Türkiyəyə, Dağıstana üz tutur. Ona heç kimin kömək etməyəcəyini başa düşəndə isə ruslarla danışığa başlayır. Əvvəl kiçikyaşlı sevimli oğlunu “əmanət” kimi Tüflisə göndərir, sonra özü də Tiflisə gəlib Rus çarına sədaqət andı içir. Rus hökuməti onun təhlükəsizliyinə təminat verir və ona gündəlik 5 rubl təqaüd ayrılır. 1814-cü ildə Şəki xanı Cəfərqulu xanın dünyasını dəyişdiyi zaman onun oğlunun Şəki xanı təyin edilməsinə qarşı Şəkidə baş verən iğtişaşlarda ruslar Məhəmmədhəsən xanın əlinin olmasından şübhələnib onu əvvəl Xarkova, bir müddət sonra isə Həştərxana göndərdilər. Məhəmmədhəsən xan elə Həştərxanda da dünyasını dəyişib. Ölümündən sonra nəşi Nuxaya gətirilmiş və Xan qəbristanlığında dəfn edilmişdir.

İstinadlar

  1. Məhəmməd Həsən xan 1824-cü ildə öz məktublarının birində (АСАКК) qeyd eləmişdi ki 66 yaşı var; əgə o, yaşını qəməri təqvimlə hesablayıbsa, onda onun təvəllüd ili miladi 1760-cı ilə təsadüf etməlidir.
  2. Digər bir mənbədə, bu nəsildən olan Həsən sultandan (? -1524) bəhs edilərkən göstərilir ki, “Həsən bəy ki özünün ata-babası o yerdə (Şəkidə) hakim idi və şirvanşah şəcərəsindəndir”; bax: İsgəndər bəy Türkman. Tarix-i aləmara-yi Abbasiy, 1-ci cild, səh. 82, Tehran, h.ş.1333.
  3. İbrahim xan Məhəmmədhəsən ağanın köynəyini qana bulayıb Hacı Əbdülqadirə göndərmişdir.
  4. Məhəmmədiyyə təriqətinə məxsus kitabdan anonim şəxsin qələmə aldığı hekayət, Əlyazmaları İnstitutu, şifrə B-589/10505, səh.: 51b – 52a.
  5. 5,0 5,1 5,2 Ədalət Tahirzadə. Şəkinin tarixi qaynaqlarda, Bakı, 2005.
  6. Şəki xanlığının tarixindən; Kərim ağa Fateh. Şəki xanlarının müxtəsər tarixi, Bakı, 1993, səh.: 13.
  7. Hicri 1199-cu il miladi 14.11.1784-cü il tarixdə başlayır və 04.11.1785-ci il tarixdə sona çatır.
  8. Şəki xanlığının tarixindən; Kərim ağa Fateh. Şəki xanlarının müxtəsər tarixi, səh.: 13, Bakı, 1993
  9. Дж.М.Мустафаев. Северные ханства Азербайджана и Россия, Баку, 1989, стр.:18.
  10. Şəki xanlığının tarixindən; Kərim ağa Fateh. Şəki xanlarının müxtəsər tarixi, Bakı, 1993, səh.: 14.
  11. Дубровин Николай Федорович. История войны и владычества русских на Кавказе, том IV, С.-Петербург, 1886, стр.: 426-427.
  12. Акты, собранные Кавказской археографической комиссией, том II, Тифлис, 1868, стр.: 643, №1291.
  13. Şəki xanlığının tarixindən; Kərim ağa Fateh. Şəki xanlarının müxtəsər tarixi, Bakı, 1993, səh.: 15..

Şablon:Yaxşı məqalə