"Qurban Cəlilov" səhifəsinin versiyaları arasındakı fərqlər
(→Digər) |
|||
Sətir 20: | Sətir 20: | ||
|İş yeri = | |İş yeri = | ||
|Elmi dərəcəsi = texnika elmləri doktoru | |Elmi dərəcəsi = texnika elmləri doktoru | ||
− | |Elmi vəzifəsi = | + | |Elmi vəzifəsi = professor |
|Elmi rəhbəri = | |Elmi rəhbəri = | ||
|Tanınmış yetirmələri = | |Tanınmış yetirmələri = | ||
Sətir 30: | Sətir 30: | ||
}} | }} | ||
− | '''Qurban Cəlilov''' - texnika elmləri doktoru, professor, Azərbaycan MEA həqiqi üzvü. | + | '''Qurban Cəlilov''' - texnika elmləri doktoru, professor, Azərbaycan MEA həqiqi üzvü. 1960-cı ildən Azərbaycan SSR EA Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda işləmiş, 1961-ci ildən ömrünün sonunadək yeraltı hidrodinamika şöbəsinə rəhbərlik etmiş, 1974 — 1988-ci illərdə institutun elmi işlər üzrə direktor müavini olmuşdur. |
− | == Haqqında məlumatlar == | + | == Haqqında digər məlumatlar == |
27 oktyabr 1927-ci ildə [[Şəki qəzası|Şəki qəzasının]] Qışlaq kəndində anadan olub. | 27 oktyabr 1927-ci ildə [[Şəki qəzası|Şəki qəzasının]] Qışlaq kəndində anadan olub. | ||
Sətir 88: | Sətir 88: | ||
*{{cite web |url=http://science.gov.az/forms/skonchavshiesya-deystvitelnyie-chlenyi/3240 |title=Vəfat etmiş həqiqi üzvlər/Cəlilov Qurban Nizaməddin oğlu |author= |date= |website=http://science.gov.az |publisher=Azərbaycan Milli Elmlər Akademiyası |language=az |accessdate= |archiveurl =https://web.archive.org/web/20200809075406/http://science.gov.az/forms/skonchavshiesya-deystvitelnyie-chlenyi/3240 |archivedate =28 Mar 2018 - 9 Aug 2020 }} | *{{cite web |url=http://science.gov.az/forms/skonchavshiesya-deystvitelnyie-chlenyi/3240 |title=Vəfat etmiş həqiqi üzvlər/Cəlilov Qurban Nizaməddin oğlu |author= |date= |website=http://science.gov.az |publisher=Azərbaycan Milli Elmlər Akademiyası |language=az |accessdate= |archiveurl =https://web.archive.org/web/20200809075406/http://science.gov.az/forms/skonchavshiesya-deystvitelnyie-chlenyi/3240 |archivedate =28 Mar 2018 - 9 Aug 2020 }} | ||
*{{AME | 5| 271|CƏLİLOV QURBAN NİZAMƏDDİN OĞLU|9733}} | *{{AME | 5| 271|CƏLİLOV QURBAN NİZAMƏDDİN OĞLU|9733}} | ||
− | |||
[[az:Qurban Cəlilov]] | [[az:Qurban Cəlilov]] |
03:53, 27 oktyabr 2020 versiyası
Qurban Cəlilov | |
---|---|
Cəlilov Qurban Nizaməddin oğlu | |
Qurban Cəlilov | |
Qurban Cəlilov | |
Doğum tarixi | 27 oktyabr 1927 |
Doğum yeri | Qışlaq, Şəki qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | 1 oktyabr 2000 (72 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlıq | SSRİ→ SSRİ |
Elmi dərəcəsi | texnika elmləri doktoru |
Elmi adı | professor |
Evladı | Nizaməddin Cəlilov |
Mükafatları |
Qurban Cəlilov - texnika elmləri doktoru, professor, Azərbaycan MEA həqiqi üzvü. 1960-cı ildən Azərbaycan SSR EA Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda işləmiş, 1961-ci ildən ömrünün sonunadək yeraltı hidrodinamika şöbəsinə rəhbərlik etmiş, 1974 — 1988-ci illərdə institutun elmi işlər üzrə direktor müavini olmuşdur.
Haqqında digər məlumatlar
27 oktyabr 1927-ci ildə Şəki qəzasının Qışlaq kəndində anadan olub.
Təhsili
1934 – 1945-ci illərdə orta təhsil alıb.
1950-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini riyaziyyatçı ixtisası üzrə bitirib və Azərbaycan SSR Elmlər Akademiyası Fizika və Riyaziyyat İnstitutunun aspiranturasına daxil olub.
Elmi fəaliyyəti
1954-cü ildə “Neft konturunun hərəkəti və quyunun sulaşması ilə əlaqədar bəzi məsələlərin hidrodinamik tədqiqi” mövzusunda namizədlik,
1963-cü ildə isə “Neftdaşıma (neftlilik) konturunun yerdəyişməsi, quyuların sulaşması və süzülmənin fəza məsələləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
1966-cı ildə professor elmi adını alıb.
1972-ci ildə “Neft, qaz və qazkondensat yataqlarının işlənməsi və istismarı” ixtisası üzrə Azərbaycan SSR EA-nın müxbir üzvü,
1989-cu ildə isə “Neft və qaz yataqlarının işlənməsi” ixtisası üzrə Azərbaycan SSR EA-nın həqiqi üzvü seçilib.
1980-cı ildən Azərbaycan Milli Elmlər Akademiyasının Yer haqqında Elmlər Bölməsinin akademik-katibinin müavini,
2 elmlər doktorunun elmi məsləhətçisi və 24 elmlər namizədinin elmi rəhbəri olub.
220-dən çox elmi əsərin, 4 monoqrafiyanın və 2 müəlliflik şəhadətnaməsinin müəllifidir.
Əmək fəaliyyəti
1954 – 1958-ci illərdə Azərbaycan SSR EA-nın Neft Ekspedisiyasında,
1958 – 1960-cı illərdə Azərbaycan SSR EA-nın Elmi-Tədqiqat Neftçıxarma İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb.
1960-cı ildən Azərbaycan SSR EA Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda işləmiş, 1961-ci ildən ömrünün sonunadək yeraltı hidrodinamika şöbəsinə rəhbərlik etmiş, 1974 — 1988-ci illərdə institutun elmi işlər üzrə direktor müavini olmuşdur.
İkinci iş yerləri
Azərbaycan Texniki Universitetində, Bakı Dövlət Universitetində və “Təfəkkür” universitetində mühazirələr oxuyub.
Mükafatları
- Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı;
- “Xalqlar Dostluğu” ordeni;
- Azərbaycan SSR Ali Sovetinin və Azərbaycan SSR EA Rəyasət Heyətinin fəxri fərmanları;
- “Neft sənayesi əlaçısı” nişanı;
- Akademik İ.M.Qubkin adına mükafat.
Digər
Azərbaycan Sovet Ensiklopediyasının Texnika Elmləri Redaksiyası üzrə elmi məsləhətçisi, SSRİ EA-da neft-qaz yataqlarının işlənməsi üzrə elmi şuranın, Beynəlxalq Neftçi-Mühəndislər Cəmiyyətinin, Azərbaycan SSR EA Dərin Neft və Qaz Yataqları Problemləri İnstitunda və Azərbaycan Dövlət Neft Akademiyasında ixtisaslaşdırılmış elmi şuraların, Azərbaycan Neft Ensiklopediyasının redaksiya heyətinin üzvü idi.
Vəfatı
1 oktyabr 2000-ci il trixdə Bakıda vəfat edib.
Ailəsi
- Oğlu Nizaməddin Cəlilov – ədliyyə general-mayorudur (2013) və 2016-cı ildən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev Adına Akademiyasının rəis müavini vəzifəsində çalışır.
- Nəvəsi Arzu Cəlilova – Azərbaycan bədii gimnastı, bədii gimnastika üzrə gənclər arasında I Dünya Çempionatının (Moskva, Rusiya Federasiyası, 2019-cu il) gümüş və bürünc, Avropa Çempionatının (Quadalaxara, İspaniya, 2018-ci il) bürünc medalçısıdır.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Cəlilov Qurban // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 88 – 90. — 1.000 nüsx.
- "Vəfat etmiş həqiqi üzvlər/Cəlilov Qurban Nizaməddin oğlu". http://science.gov.az (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 28 Mar 2018 – 9 Aug 2020 tarixində arxivləşdirilib.
- CƏLİLOV QURBAN NİZAMƏDDİN OĞLU // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya : [25 cilddə] (tiraj: 25 000; 592 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. —V c. — Səh. 271. — ISBN 978-9952-441-10-9.
- Q
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış pedaqoqlar
- İşləməyən fayl keçidləri olan səhifələr
- 1927-ci ildə doğulanlar
- 27 oktyabrda doğulanlar
- Oktyabrda doğulanlar
- 1 oktyabrda vəfat edənlər
- Oktyabrda vəfat edənlər
- 2000-ci ildə vəfat edənlər
- Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı ilə təltif edilənlər
- Xalqlar Dostluğu ordeni laureatları
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- AME məqaləsinə istinad olunan məqalələr