"Cövdət Hacıyev" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 18: | Sətir 18: | ||
| Uşaqları = [[İsmayıl Hacıyev]], [[Pərvin Muradova-Dilbazi]] | | Uşaqları = [[İsmayıl Hacıyev]], [[Pərvin Muradova-Dilbazi]] | ||
| Musiqi aləti = | | Musiqi aləti = | ||
− | | Təhsili = L.M.Rudolf adına Azərbaycan Dövlət Konservatoriyası (1935–1938) | + | | Təhsili = {{*}}L.M.Rudolf adına Azərbaycan Dövlət Konservatoriyası (1935–1938) |
− | P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyası (1938–1941; 1946–1947) | + | {{*}}P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyası (1938–1941; 1946–1947) |
| Üslub = simfoniya, opera | | Üslub = simfoniya, opera | ||
| Peşə = bəstəkar | | Peşə = bəstəkar |
15:16, 14 yanvar 2022 versiyası
Cövdət Hacıyev | |
---|---|
Hacıyev Əhmədcövdət İsmayıl oğlu | |
Cövdət Hacıyev | |
Cövdət Hacıyev, 1962-ci il. | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 18 iyun 1917 |
Doğum yeri | Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 18 yanvar 2002 (84 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Dəfn yeri | Bakı |
Vətəndaşlığı | SSRİ |
Peşəsi | bəstəkar |
Uşaqları | İsmayıl Hacıyev, Pərvin Muradova-Dilbazi |
|
|
Üslub | simfoniya, opera |
Musiqi aləti | skripka |
Fəaliyyət illəri | 1935–2002 |
Təhsili |
• L.M.Rudolf adına Azərbaycan Dövlət Konservatoriyası (1935–1938) • P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyası (1938–1941; 1946–1947) |
Mükafatları |
|
Cövdət Hacıyev (1917–2002) — görkəmli sovet və Azərbaycan bəstəkarı, ikiqat Stalin mükafatı laureatı, Azərbaycan SSR xalq artisti, Azərbaycan musiqi simfoniyasının banilərindən biri, professor. 1957–1969-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasın rektoru olmuşdur.
Haqqında məlumatlar
18 iyun 1917-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1935 – 1938-ci illərdə L.M.Rudolf adına Azərbaycan Dövlət Konservatoriyasında,
1938 – 1941-ci və 1946 – 1947-ci illərdə isə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında təhsil alıb[1].
Əmək fəaliyyəti
1947-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Konservatoriyasında işləyib, o cümlədən,
1957 – 1969-cu illərdə isə konservatoriyanın rektoru olub.
Yaradıcılığı
Tələbəlik illərində ilk böyük əsəri olan bir hissəli “Simfoniya”nı, iki simfonik poemasını, “Azərbaycan süitası”nı simli kvartet və sair əsərlərini bəstələyib.
Səkkiz simfoniyanın müəllifidir; “Sülh uğrunda” simfonik poemasında öz dövrünün ən mühüm problemlərinə toxunaraq onları lirik-dramatik tərzdə əks etdirmişdir. “Zirvələrə” adlanan altıncı və “Şəhidlər” adlı yeddinci simfoniyaları sənətkarın vətəndaşlıq mövqeyinin parlaq ifadəsidir. “Şəhidlər” simfoniyası Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinə həsr olunub. “Onu zaman seçib” adlı səkkizinci simfoniyası isə Azərbaycanın prezidenti Heydər Əliyevə həsr olunub.
Bir sıra simfoniyetta, oratoriya, ballada, sonata, skerso və kvartet poemanın, xor üçün əsərlərin də müəllifidir. Onun simfonik musiqisini qəhrəmanlıq motivləri, humanizm, insanın mənəvi gözəlliyinin tərənnümü səciyyələndirir. Bəstəkar bu simfoniyalarda Azərbaycan xalq musiqisinin müxtəlif janrlarının bədii ifadə vasitələrindən, inkişaf prinsiplərindən məharətlə istifadə etmişdir.
Təltif və mükafatları
- İkinci dərəcəli Stalin mükafatı (1946) — 1945-ci ildə Qara Qarayevlə birlikdə yazdığı «Vətən» operasına görə (1945);
- Üçüncü dərəcəli Stalin mükafatı (1952) — «Sülh uğrunda!» simfonik poemasına görə (1951);
- “Azərbaycan SSR əməkdar incəsənət cadimi” fəxri adı (1958);
- “Qırmızı Əmək Bayrağı” ordeni (1959);
- “Azərbaycan SSR Xalq Artisti” fəxri adı (1960);
- “Şərəf nişanı” ordeni (1961);
- Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı (1972) – uzun illər səmərəli işlədiyinə görə və Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının yaradılmasının 50 illiyi ilə əlaqədar olaraq;
- Lenin ordeni (1986);
- medallar;
- Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdü (1997) – Azərbaycan xalqı qarşısında böyük xidmətlərinə görə.
Vəfatı
18 yanvar 2002-ci il tarixdə – 84 yaşında, Bakıda vəfat edib.
Ailəsi
- Həyat yoldaşı: Əminə Dilbazi, məşhur azərbaycanlı rəqqasə, baletmeyster və pedaqoq, Azərbaycan SSR xalq artisti;
- Oğlu: İsmayıl Hacıyev, Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar və dirijor;
- Qızı: Pərvin Muradova-Dilbazi, pianoçu, ABŞ Musiqiçiləri Gildiyasının üzvü, Florida Universitetində fortepiano professoru.
Xatirəsi
2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cövdət Hacıyevin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır[2].
İstinadlar və qeydlər
- ↑ 1941-ci ildə Almaniyanın SSR-yə hücum etməsi nəticəsində Moskva Dövlət Konservatoriyasında təhsilini yalnız müharibədən sonra davam etdirə bilib, 1947-ci ildə bəstəkar Dmitri Şostakoviçin sinfini bitirib
- ↑ president.az (07.02.2017). ""Cövdət Hacıyevin 100 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2017-ci il tarixli, 2657 nömrəli Sərəncamı" (azərb.). e-qanun.az. İstifadə tarixi: 2018-09-30.
Ədəbiyyat
- Hacıyev Əhməd Cövdət İsmayıl oğlu // Azərbaycan Sovet Ensiklopediyası : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1987. — X cild. — Səhifələrin sayı: 610. — Səh.: 152-153. — 80.000 nüsx.
- Məmmədov Ə., Xalıqov F. Hacıyev Əhməd Cövdət İsmayıl oğlu // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 212-215. — 1.000 nüsx.
Filmoqrafiya
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- C
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış musiqiçilər
- Şəkidən çıxmış alimlər
- İşləməyən fayl keçidləri olan səhifələr
- 1917-ci ildə doğulanlar
- 18 iyunda doğulanlar
- İyunda doğulanlar
- 18 yanvarda vəfat edənlər
- Yanvarda vəfat edənlər
- 2002-ci ildə vəfat edənlər
- Azərbaycan SSR xalq artistləri
- Azərbaycan SSR əməkdar incəsənət xadimləri
- Stalin mükafatı laureatları
- Lenin ordeninin kavalerləri
- "Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ) laureatları
- "Şərəf Nişanı" ordeni laureatları
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- Musiqiçilər
- Şəxslər (ad sırası ilə)
- ASE-yə istinad olunan məqalələr
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə