Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

"Məmmədşərif Həmidov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 86: Sətir 86:
  
 
=== Vəfatı ===
 
=== Vəfatı ===
14 fevral 1969-cu il tarixdə – 51 yaşında, xidməti avtomobilinin indiki Göygöl – Gəncə avtomobil yolunda qəzaya düşməsi nəticəsində həlak olub. Birinci Fəxri xiyabanda dəfn edilib.  
+
14 fevral 1969-cu il tarixdə – 51 yaşında, xidməti avtomobilinin indiki Göygöl – Gəncə avtomobil yolunda qəzaya düşməsi nəticəsində həlak olub. Bakıda Birinci Fəxri xiyabanda dəfn edilib.
  
 
=== Xatirəsi ===
 
=== Xatirəsi ===

14:40, 22 fevral 2022 versiyası

Məmmədşərif Həmidov
Həmidov Məmmədşərif Həbibulla oğlu
Məmmədşərif Həmidov
Məmmədşərif Həmidov.
Doğum tarixi 23 fevral 1917(1917-02-23)
Doğum yeri Nuxa (indiki Şəki), Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 14 fevral 1969 (51 yaşında)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Təhsili

 • Ali zabitlər məktəbi (–1945)

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, tarix fakültəsi (–1960)
Hərbi fəaliyyəti
Rütbə CCCP army Rank general-major infobox.svg general-mayor
Təltifləri II dərəcəli "Vətən Müharibəsi" ordeni"Qırmızı Ulduz" ordeni — 1944“Moskvanın müdafiəsinə görə” medalı — 1944II dərəcəli "Vətən Müharibəsi" ordeni — 1944 "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı — 1945"Köniqsberqin alınmasına görə" medalı — 1945"Döyüş xidmətlərinə görə" medalı — 1950 "Qırmızı Ulduz" ordeni — 1955

Məmmədşərif Həmidov (1917–1969) — Azərbaycan SSR hərbi komissarı, general-mayor, Azərbaycan SSR Ali Sovetinin deputatı və Azərbaycan KP MK üzvlüyünə namizəd.

Haqqında məlumatlar

23 fevral 1917-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1932-ci ildə Nuxada texniki-peşə məktəbini,

1945-ci ildə Ali zabitlər məktəbini,

1960-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.

Əmək fəaliyyəti

1929-cu ildən – 12 yaşından, Nuxadakı ipəksarıma fabrikində şagird peşəsində əmək fəaliyyətinə başlayıb.

1932-ci ildən V.İ.Lenin adına Nuxa İpək Kombinatında usta peşəsində,

1937 – 1940-cı illərdə isə Nuxa komsomol və partiya komitələrində müxtəlif vəzifələrdə çalışıb.

Hərbi xidmətdə

1940-cı ildən Sovet Ordusuna xidmətə çağırılıb. Böyük Vətən müharibəsində vzvod komandirinin köməkçisi, batalyon qərargahının rəisi, diviziya qərargah əməliyyatının bölmə rəisinin köməkçisi olub.

1946 – 1949-cu illərdə Xaçmaz rayon hərbi komissarı,

1949 – 1956-cı illərdə Azərbaycan SSR hərbi komissarlığında şöbə rəisi,

1956 – 1960-cı illərdə Bakı şəhəri hərbi komissarı,

1960 – 1969-cu illərdə Azərbaycan SSR hərbi komissarı vəzifəsində çalışıb.

İctimai-siyasi fəaliyyəti

1939-cu ildən Sov.İKP üzvü olub.

1966-cı ildə – Azərbaycan KP-nin 27-ci qurultayında Azərbaycan KP MK üzvlüyünə namizəd,

1967-ci ildə isə 7-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.

Təltif və mükafatları

Vəfatı

14 fevral 1969-cu il tarixdə – 51 yaşında, xidməti avtomobilinin indiki Göygöl – Gəncə avtomobil yolunda qəzaya düşməsi nəticəsində həlak olub. Bakıda Birinci Fəxri xiyabanda dəfn edilib.

Xatirəsi

Həlak olduğu yerdə (indiki Göygöl – Gəncə avtomobil yolunun kənarında) xatirə abidəsi qoyulub.

Adına küçə (Bakı), məktəb (Şəki) və gəmi var.

Ədəbiyyat

  1. Гамидов Мамед Шариф Габибула Габибулла-оглы : Картотека награждений : [arx. 23.07.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 23.07.2021.
  2. Məmmədşərif Həmidov // Azərbaycan Sovet Ensiklopediyası  : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1987. — X  cild. — Səhifələrin sayı:  610. — Səh.: 196-197. — 80.000 nüsx.
  3. Məmmədov Ə., Xalıqov F. Həmidov Məmmədşərif // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 230-231. — 1.000 nüsx.
  4. Mete Ə. General Həmidov // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 432-434. — 500 nüsx.