"Teymur Rüstəmov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 26: | Sətir 26: | ||
|Mükafatları = {{"Tərəqqi" medalı}} | |Mükafatları = {{"Tərəqqi" medalı}} | ||
|Fəxri adları = | |Fəxri adları = | ||
− | | | + | |Sayt = [https://www.facebook.com/teymur.rustamov facebook səhifəsi] |
|İmzası = | |İmzası = | ||
|Vikianbar = | |Vikianbar = |
13:31, 18 aprel 2022 versiyası
Teymur Rüstəmov | |
---|---|
Rüstəmov Teymur Aslan oğlu | |
Teymur Rüstəmov. | |
Doğum tarixi | 17 noyabr 1960 |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Təhsili |
• Əzim Əzimzadə adına Rəssamlıq məktəbi; • Tbilisi Dövlət Rəssamlıq Akademiyası |
Mükafatları | |
facebook səhifəsi |
Teymur Rüstəmov — tanınmış heykəltəraş, Bakıda ucaldılmış Xocalı faciəsini təcəssüm etdirən məşhur “Ana harayı” abidəsinin müəlliflərindən biri.
Görkəmli heykəltəraş və medalyer Aslan Rüstəmovun oğlu, Azərbaycan Respublikasının xalq rəssamı Cahangir Rüstəmovun qardaşı oğlu, tanınmış heykəltəraş Mahmud Rüstəmovun qardaşı, tanınmış bloger və Avropa Yenidənqurma və İnkişaf Bankının Qırğızıstan, Tacikistan və Türkmənistan üzrə regional direktoru Aytən Rüstəmovanın həyat yoldaşıdır.
Haqqında məlumatlar
17 noyabr 1960-cı il tarixdə Bakıda anadan olub.
Təhsili
Bakıda Əzim Əzimzadə adına Rəssamlıq məktəbində və Tbilisi Dövlət Rəssamlıq Akademiyasında təhsil alıb.
Yaradıcılığı
Azərbaycan Rəssamlar İttifaqının üzvü və Tacikistan Rəssamlıq Akademiyasının həqiqi üzvüdür.
Yaradıcı işləri Azərbaycanda və başqa ölkələrdə təşkil olunmuş bir çox incəsənət sərgilərində nümayiş etdirilib və dəfələrlə mükafatlanıb.
Bakıda ucaldılmış Xocalı faciəsini təcəssüm etdirən məşhur “Ana harayı” abidəsi ilə yanaşı, Bakıdakı Heydər Əliyevin büstünün (Milli Aviasiya Akademiyası), Mirməmməd Cavadzadənin qəbirüstü abidəsinin (Fəxri xiyaban), həmçinin, Goranboydakı “Xocalı faciəsi” abidəsinin, Həştərxandakı (Rusiya) Müslim Maqomayevin büstünün həmmüəlliflərindən biridir (atası Aslan Rüstəmov və qardaşı Mahmud Rüstəmov ilə birlikdə).
Digər
2017 – 2021-ci illərdə ailə vəziyyəti ilə əlaqədar olaraq Tacikistanda yaşamış və orada yaradıcı fəaliyyətlə məşğul olmuşdur.
2021-ci ildən isə ailə vəziyyəti ilə əlaqədar olaraq Bişkekdə yaşayır və yaradıcı fəaliyyətini orada davam etdirir.
Təltif və mükafatları
“Tərəqqi” medalı (2012).
Ədəbiyyat
- Гармония арт-искусства семьи Рустамовых : [arx. 24 Aug 2017 - 14 Apr 2021] : [rus.] // Блог Бахрама Багирзаде. — Müraciət tarixi: 15.11.2021.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |