"Əbdüləzəl Dəmirçizadə" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 5: | Sətir 5: | ||
|Tam adı = Dəmirçizadə Əbdüləzəl Məmməd oğlu | |Tam adı = Dəmirçizadə Əbdüləzəl Məmməd oğlu | ||
|Şəkil = Əbdüləzəl_Dəmirçizadə.jpg | |Şəkil = Əbdüləzəl_Dəmirçizadə.jpg | ||
− | |Şəklin ölçüsü = | + | |Şəklin ölçüsü = 140 |
|Şəklin izahı = Əbdüləzəl Dəmirçizadə. | |Şəklin izahı = Əbdüləzəl Dəmirçizadə. | ||
|Doğum tarixi = {{Doğum tarixi|1909|7|8}} | |Doğum tarixi = {{Doğum tarixi|1909|7|8}} |
21:38, 9 aprel 2023 versiyası
Əbdüləzəl Dəmirçizadə | |
---|---|
Dəmirçizadə Əbdüləzəl Məmməd oğlu | |
Əbdüləzəl Dəmirçizadə. | |
Doğum tarixi | 8 iyul 1909 |
Doğum yeri | Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 10 aprel 1979 (69 yaşında) |
İş yeri | V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu, Azərbaycan dilçiliyi kafedrası (müdir) |
Elmi dərəcəsi | filologiya elmləri doktoru |
Elmi adı | professor |
Təhsili |
• Nuxa Müəllimlər Seminariyası (2-ci kursdan, 1925–1927) • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, pedaqoji fakültə (1929–1932) • V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu, aspirantura (1933–1937) |
Evladı | Rövzət Dəmirçizadə |
Üzvlüyü | Azərbaycan SSR EA-nın müxbir üzvü |
Mükafatları |
|
Əbdüləzəl Dəmirçizadə (1909–1979) — filologiya elmləri doktoru, professor, Azərbaycan SSR əməkdar elm xadimi, Azərbaycan SSR Dövlət mükafatı laureatı, Azərbaycan SSR EA-nın müxbir üzvü, V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun Azərbaycan dilçiliyi kafedrasının müdiri. Azərbaycan dilçiliyində azərbaycan dilinin tarixi sahəsinin banisi, ayrı-ayrı yazılı abidələrin və yazıçıların əsərlərinin tədqiqatçısı olub. Elmi kadrların hazırlanmasında xidmətləri var. Gəncliyində bədii yaradıcılığa həvəs göstərmiş, şeir, hekayə və oçerklər yazmışdır.
Haqqında məlumatlar
8 iyul 1909-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1917 – 1922-ci illərdə Nuxadakı “Həqiqətül-maarif” adlanan yeni tipli məktəbdə,
1923 – 1924-cü illərdə Nuxa nümunə-zəhmət məktəbində,
1925 – 1927-ci illərdə Nuxa Müəllimlər Seminariyasında (2-ci kursdan),
1929 – 1932-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin pedaqoji fakültəsində,
1933 – 1937-ci illərdə isə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun aspiranturasında təhsil alıb.
Əmək fəaliyyəti
1925 – 1927-ci illərdə Nuxa şəhər 2 saylı orta məktəbində müəllim işləyib.
1940 – 1943-cü illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində,
1943 – 1979-cu illərdə isə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda Azərbaycan dilçiliyi kafedrasının müdiri olub.
İkinci iş yerləri
1951 – 1960-cı illərdə Azərbaycan SSR EA Nizami adına Ədəbiyyat və Dil İnstitutunda azərbaycan dilinin tarixi şöbəsinin müdiri olub.
Ədəbi-publisistik fəaliyyəti
1925-ci ildə ilk məqaləsi “Yeni Məktəb” məcmuəsində dərc olunub.
1927-ci ildən “Şəki fəhləsi” qəzetinin müxbirlər dərnəyinə rəhbərlik edib.
1929-cu ildən “Dan ulduzu”, “Gənc bolşevik”, “Hücum”, “Şərq qadını” jurnallarında bədii əsərləri çap olunub.
Elmi fəaliyyəti
1936-cı ildə “Türk dili” adlı ilk elmi kitabı,
1938-ci ildə “Azərbaycan ədəbi dili tarixinin xülasələri” adlı ikinci elmi kitabı çap olunub.
1940-cı ildə filologiya elmləri namizədi elmi dərəcəsini alıb.
1944-cü ildə “Azərbaycan dilinin tarixi (qədim dövr)” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
1945-ci ildə professor elmi adını alıb.
1955-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilib.
1956 – 1976-cı illərdə Azərbaycan SSR EA Rəyasət Heyəti yanında Terminologiya Komitəsinin sədr müavini olub.
20-dən çox kitabın, 200-dən artıq elmi və elmi-metodik məqalənin müəllifidir.
50-dən çox elmlər namizədi və elmlər doktorunun elmi rəhbəri olub.
Təltif və mükafatları
- “Azərbaycan SSR əməkdar elm xadimi” fəxri adı (1973);
- Azərbaycan SSR dövlət mükafatı (1974);
- “Qırmızı Əmək Bayrağı” ordeni;
- medallar.
Vəfatı
10 aprel 1979-cu il tarixdə – 69 yaşında, Bakıda vəfat edib.
Xatirəsi
Bakıda bir küçəyə adı verilib.
Bakıda vaxtilə yaşadığı evin divarına memorial lövhə vurulub.
Ədəbiyyat
- Dəmirçizadə Əbdüləzəl // Azərbaycan Sovet Ensiklopediyası : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1979. — III cild. — Səhifələrin sayı: 628. — Səh.: 406. — 80.000 nüsx.
- Məmmədov Ə., Xalıqov F. Dəmirçizadə Əbdüləzəl // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 103-106. — 1.000 nüsx.
- Mete Ə. Ana dili başqa dillərin açarıdır, azərbaycan dilinin qüdrətli alimi // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 182-185. — 500 nüsx.
- Dəmirçizadə Əbdüləzəl // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya : [25 cilddə] (tiraj: 25 000; 608 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2015. —VI c. — Səh. 557. — ISBN 978-9952-441-11-6.
- "Vəfat etmiş müxbir üzvlər/Dəmirçizadə Əbdüləzəl Məmməd oğlu". http://science.gov.az/ (azərb.). Azərbaycan Milli Elmlər Akademiyas. 18 Sep 2018 – 17 Jan 2021 tarixində arxivləşdirilib.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- Ə
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış jurnalistlər
- Şəkidən çıxmış şair və yazıçılar
- Şəkidən çıxmış pedaqoqlar
- 1909-cu ildə doğulanlar
- 8 iyulda doğulanlar
- İyulda doğulanlar
- 10 apreldə vəfat edənlər
- Apreldə vəfat edənlər
- 1979-cu ildə vəfat edənlər
- Azərbaycan SSR əməkdar elm xadimləri
- Azərbaycan SSR dövlət mükafatı laureatları
- "Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ) laureatları
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- ASE-yə istinad olunan məqalələr
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- “O torpağın övladları” kitabına istinad olunan məqalələr
- AME məqaləsinə istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə