Əhmədiyyə Cəbrayılov: Redaktələr arasındakı fərq

Şəki Ensiklopediyası materialı
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
 
(2 redaktor tərəfindən edilmiş 22 dəyişiklik göstərilmir)
Sətir 1: Sətir 1:
[[Kateqoriya:Ə]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəkidən çıxmış görkəmli şəxslər]][[Kateqoriya:Şəkidən çıxmış hərbçilər]]
[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəkidən çıxmış görkəmli şəxslər]][[Kateqoriya:Şəkidən çıxmış hərbçilər]]
{{Şəxs
{{Şəxs
|Adı            = Əhmədiyyə Cəbrayılov
|Adı            = Əhmədiyyə Cəbrayılov
|Tam adı        = Cəbrayılov Əhmədiyyə Mikayıl oğlu  
|Tam adı        = Cəbrayılov Əhmədiyyə Mikayıl oğlu  
|Digər adları    = Armed Mişel, Xarqo, Fraji, Ryus Armed, Matye Mişel, Kuraje Mişel
|Digər adları    = Armed Mişel, Xarqo, Fraji, Ryus Armed, Matye Mişel, Kuraje Mişel
|Şəkil          = Əhmədiyyə Cəbrayılov.jpg
|Şəkil          = Əhmədiyyə Cəbrayılov.png
|Şəkil məlumat  = 1992-ci il
|Şəkil məlumat  = Əhmədiyyə Cəbrayılov, 1982-ci il.
|Şəkil miqyası  =  
|Şəkil miqyası  =  
|Peşəsi        =  
|Peşəsi        =  
Sətir 14: Sətir 14:
|Vəfat yeri      = [[Şəki]], {{AZE}}  
|Vəfat yeri      = [[Şəki]], {{AZE}}  
|Commons        = Ahmadiyya Jabrayilov
|Commons        = Ahmadiyya Jabrayilov
|Saytı          = [http://anl.az/el/emb/E.Cebrayilov100/ Sayt]
}}
}}
'''Əhmədiyyə Cəbrayılov''' — İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan; “Armed Mişel”, “Ryus Armed”,  “Хаrqo” və başqa adlarla Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak etmiş, Fransanın orden və medalları ilə, o cümlədən “Hərbi medal”la ilə təltif olunmuşdur. [[Azərbaycanın Milli Qəhrəmanı]] [[Mikayıl Cəbrayılov|Mikayıl Cəbrayılıovun]] atasıdır.
'''Əhmədiyyə Cəbrayılov''' (1920–1994) — İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndələrindən biri olmuş və əfsanəvi partizan hesab edilmiş şəxs; “Armed Mişel”, “Ryus Armed”,  “Хаrqo” və başqa adlarla Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak etmiş, Fransanın orden və medalları ilə, o cümlədən “Hərbi medal”la ilə təltif olunmuşdur. [[Azərbaycanın Milli Qəhrəmanı]] [[Mikayıl Cəbrayılov|Mikayıl Cəbrayılıovun]] atasıdır.


== Həyatı ==
== Həyatı ==
22 sentyabr 1920-ci ildə [[Nuxa qəzası|Nuxa qəzasının]] [[Oxud]] kəndində anadan olub.  
22 sentyabr 1920-ci il tarixdə [[Nuxa qəzası|Nuxa qəzasının]] [[Oxud]] kəndində anadan olub.  


1935 – 1938-ci illlərdə Nuxa Kənd Təsərrüfatı Texnikumunun zootexnika və aqronomiya fakültəsində təhsil alıb.  
1935 – 1938-ci illlərdə Nuxa Kənd Təsərrüfatı Texnikumunun zootexnika və aqronomiya fakültəsində təhsil alıb.  
Sətir 49: Sətir 50:
16 martda o, 3-cü briqadadan tərxis olunur. 1945-ci ilin mayında Birinci Fransız Ordusunun tərkibində yenidən Vozj və Elzasdakı döyüşlərə qatılır.
16 martda o, 3-cü briqadadan tərxis olunur. 1945-ci ilin mayında Birinci Fransız Ordusunun tərkibində yenidən Vozj və Elzasdakı döyüşlərə qatılır.


1946-cı ildə Əhmədiyyə qəti qərara gəlir ki, vətəninə qayıtsın. Fransa onun hərbi şücaətlərini layiqincə qiymətləndirir və o, ölkənin medal və ordenlərlə təltif olunur, o cümlədən şəxsi igidliyə görə [[:en:Médaille militaire|“Hərbi medal”la]] ilə (bu medal sıravi əsgərə hərbi paradda generaldan irəlidə addımlamaq hüququ verir)<ref name="ASE">[[Azərbaycan Sovet Ensiklopediyası]]. X tom. S. 407.</ref>.
1946-cı ildə Əhmədiyyə qəti qərara gəlir ki, vətəninə qayıtsın. Fransa onun hərbi şücaətlərini layiqincə qiymətləndirir və o, ölkənin medal və ordenlərlə təltif olunur, o cümlədən şəxsi igidliyə görə [[:en:Médaille militaire|“Hərbi medal”la]] ilə (bu medal sıravi əsgərə hərbi paradda generaldan irəlidə addımlamaq hüququ verir){{Sfn|ASE|1987|s=407}}.


=== Müharibədən sonra ===
=== Müharibədən sonra ===
Sətir 77: Sətir 78:
[[Şəkil:French medals on the military uniform of Ahmadiyya Jabrayilov.JPG|thumbnail|Əhmədiyyə Cəbrayılovun ev-muzeyində saxlanılan Fransa mükafatları]]
[[Şəkil:French medals on the military uniform of Ahmadiyya Jabrayilov.JPG|thumbnail|Əhmədiyyə Cəbrayılovun ev-muzeyində saxlanılan Fransa mükafatları]]
Əhmədiyyə Cəbrayılov Fransanın 8 hərbi mükafatı ilə təltil olunmuşdur<ref>Мехтиев, Г. Г. За социалистическую Родину // Вечно живые традиции [Текст] / Н. Я. Макеев, Х. Г. Везиров, Дж. Б. Гулиев [и др.] ; ред. В. Джалагония ; Ин-т истории партии ЦК КП Азербайджана. — Б. : Азернешр, 1968. — Гл. VIII. — С. 228—248. — 366 с., 1 л. портр. : ил. — 4200 экз.</ref>:
Əhmədiyyə Cəbrayılov Fransanın 8 hərbi mükafatı ilə təltil olunmuşdur<ref>Мехтиев, Г. Г. За социалистическую Родину // Вечно живые традиции [Текст] / Н. Я. Макеев, Х. Г. Везиров, Дж. Б. Гулиев [и др.] ; ред. В. Джалагония ; Ин-т истории партии ЦК КП Азербайджана. — Б. : Азернешр, 1968. — Гл. VIII. — С. 228—248. — 366 с., 1 л. портр. : ил. — 4200 экз.</ref>:
* [[:en:Médaille militaire|Hərbi medal]]<ref name="ASE"/><ref name="Семиряга">Семиряга М. И. Советские люди в европейском Сопротивлении, М., 1970</ref><ref name="Джебраилов"/> (saxlanılmayıb, [[:commons:File:Ahmadiyya Jabrayilov in France with his awards.jpg|bu]] və [[:commons:File:Photo of Akmed Michel during Resistance.jpg|bu]] şəkillərdə görmək olur)
* [[:en:Médaille militaire|Hərbi medal]]{{Sfn|ASE|1987|s=407}}<ref name="Семиряга">Семиряга М. И. Советские люди в европейском Сопротивлении, М., 1970</ref><ref name="Джебраилов"/> (saxlanılmayıb, [[:commons:File:Ahmadiyya Jabrayilov in France with his awards.jpg|bu]] və [[:commons:File:Photo of Akmed Michel during Resistance.jpg|bu]] şəkillərdə görmək olur)
* [[:en:Croix de Guerre|Hərbi xaç]]<ref name="Семиряга"/><ref name="Джебраилов">Джебраилов А. С французскими братьями по оружию // "Против общего врага: Сов. люди во франц. движении сопротивления", Иван Васильевич Паротькин, Наука, 1972.</ref> (ev-muzeyində saxlanılır)
* [[:en:Croix de Guerre|Hərbi xaç]]<ref name="Семиряга"/><ref name="Джебраилов">Джебраилов А. С французскими братьями по оружию // "Против общего врага: Сов. люди во франц. движении сопротивления", Иван Васильевич Паротькин, Наука, 1972.</ref> (ev-muzeyində saxlanılır)
* [[:fr:Croix des services militaires volontaires|Könüllü hərbi xidmət xaçı]]<ref name="Семиряга"/><ref name="Джебраилов"/> (ev-muzeyində saxlanılır)
* [[:fr:Croix des services militaires volontaires|Könüllü hərbi xidmət xaçı]]<ref name="Семиряга"/><ref name="Джебраилов"/> (ev-muzeyində saxlanılır)
Sətir 87: Sətir 88:


== Vəfatı ==
== Vəfatı ==
1994-cü il 10 oktyabrda Əhmədiyyə Cəbrayılov Şəkidə yol qəzası zamanı həlak olur. Yük maşını telefon budkasına çırpılır, həmin an Əhmədiyyə budkanın içində olur. O, Oxud kənd qəbristanlığında dəfn edilir.
10 oktyabr 1994-cü il tarixdə – 74 yaşında, [[Oxud|Oxud kənd]] yolunda baş vermiş yol qəzasında faciəvi şəkildə həlak olub. Oxud kənd qəbristanlığında dəfn edilib.


== Xatirəsi ==
== Xatirəsi ==
Onun ölümündən xəbərsiz olan Fransa hökuməti 1995-ci ildə faşizm üzərində qələbənin 50 illiyi münasibətilə ona fəxri təqaüd və xatirə medalları göndərir.
Onun ölümündən xəbərsiz olan Fransa hökuməti 1995-ci ildə faşizm üzərində qələbənin 50 illiyi münasibətilə ona fəxri təqaüd və xatirə medalları göndərib.


1995-ci ilin oktyabrında, ölüm ildönümündə onun qəbri üzərində bürünc heykəli qoyulur.
1995-ci ilin oktyabrında, ölüm ildönümündə onun qəbri üzərində bürünc heykəli qoyulub.


1998-ci il 15 oktyabrda Fransa Müqavimət hərəkatının könüllü döyüşçüsü Əhmədiyyə Cəbrayılova ölümündən sonra Fransanın azadlığı uğrunda döyüşlərdə iştirakına görə Minnətdarlıq Diplomu verilir. Həmin il Əhmədiyyə Cəbrayılovun döyüş yoldaşı Rene Şambar Şəkidə onun ailəsinə baş çəkir.
1998-ci il 15 oktyabrda Fransa Müqavimət hərəkatının könüllü döyüşçüsü olaraq Fransanın azadlığı uğrunda döyüşlərdə iştirakına görə Minnətdarlıq Diplomu verilib. Həmin il Əhmədiyyə Cəbrayılovun döyüş yoldaşı Rene Şambar Şəkidə onun ailəsinə baş çəkib.


11 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun anadan olmasının 100 illiyinin qeyd olunması barədə 11 avqust 2020-ci il tarixli sərəncam imzalamışdır.
11 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyinin qeyd olunması barədə sərəncam imzalayıb. Sərəncamda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.


<center>
<center>
Sətir 104: Sətir 105:
</gallery>
</gallery>
</center>
</center>
== İstinadlar ==
{{İstinad siyahısı}}


== Ədəbiyyat ==
== Ədəbiyyat ==
* "Азербайджанцы в Европейском двежении Сопротивление" ("Azərbaycanlılar Avropa müqavimət hərəkatında"), Vətən 2005, Ruqiyyə Əliyeva.
# {{ASE|10|407|Cəbrayılov Əhmədiyyə}};
* "Xarqo", 1998, Zaman Qarayev.
# "Азербайджанцы в Европейском двежении Сопротивление" ("Azərbaycanlılar Avropa müqavimət hərəkatında"), Vətən 2005, Ruqiyyə Əliyeva;
* Kamal Mədətov, "ОТ ВАШЕГО СОБСТВЕННОГО КОРРЕСПОНДЕНТА ", ("Xüsusi müxbirinizdən"), Bakı, 1980.
# "Xarqo", 1998, Zaman Qarayev;
* İkinci dünya müharibəsi zamanı Fransada sovet müqavimətçilərinin şahid olduqları hadisələr. Armed Mişelə həsr olunmuş "РЮСС АРМЕД" ("RUS ARMED") adlı məqalə, səh.133-137.
# Kamal Mədətov, "ОТ ВАШЕГО СОБСТВЕННОГО КОРРЕСПОНДЕНТА ", ("Xüsusi müxbirinizdən"), Bakı, 1980;
* "Fransa Milli Kahramanı Azerbaycanlı Türk Ahmediyye Cebrailov", Bakı, 2000, Yakup Öztürk.
# İkinci dünya müharibəsi zamanı Fransada sovet müqavimətçilərinin şahid olduqları hadisələr. Armed Mişelə həsr olunmuş "РЮСС АРМЕД" ("RUS ARMED") adlı məqalə, səh.133-137;
# "Fransa Milli Kahramanı Azerbaycanlı Türk Ahmediyye Cebrailov", Bakı, 2000, Yakup Öztürk;
# {{AME|5|241|Cəbrayılov Əhmədiyyə Mikayıl oğlu}}.
{{Yoxlanılmış məqalə}}


== İstinadlar ==
{{İstinad siyahısı}}
[[arz:اهماديا چابرايلوڤ]][[az:Əhmədiyyə Cəbrayılov]][[de:Achmedija Dschebrailow]][[en:Ahmadiyya Jabrayilov]][[sh:Ahmedije Džebrajilov]][[simple:Ahmadiyya Jabrayilov]][[tr:Ahmediye Cebrayılov]][[uz:Ahmadiyya Jabrailov]]
[[arz:اهماديا چابرايلوڤ]][[az:Əhmədiyyə Cəbrayılov]][[de:Achmedija Dschebrailow]][[en:Ahmadiyya Jabrayilov]][[sh:Ahmedije Džebrajilov]][[simple:Ahmadiyya Jabrayilov]][[tr:Ahmediye Cebrayılov]][[uz:Ahmadiyya Jabrailov]]

Səhifəsinin 00:38, 23 sentyabr 2023 tarixinə olan son versiyası

Əhmədiyyə Cəbrayılov
Cəbrayılov Əhmədiyyə Mikayıl oğlu
Əhmədiyyə Cəbrayılov
Əhmədiyyə Cəbrayılov, 1982-ci il.
Anadan olub 22 sentyabr 1920(1920-09-22)
Anadan olduğu yer Oxud, Nuxa qəzası, Azərbaycan SSR
Vəfat edib 10 oktyabr 1994 (74 yaşında)
Vəfat etdiyi yer Şəki, Azərbaycan
Mükafatları Fransanın Hərbi medalı (saxlanılmayıb),
Hərbi xaç,
Könüllü hərbi xidmət xaçı,
Müharibədə yaralanma medalı,
Döyüşçü xaçı,
1914-1918 müharibəsi yadigar medalı (saxlanılmayıb),
Könüllülər cəmiyyəti medalı,
Milli tanınma medalı
Sayt
Commonsda da Əhmədiyyə Cəbrayılov ilə əlaqəli mediafayllar var

Əhmədiyyə Cəbrayılov (1920–1994) — İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndələrindən biri olmuş və əfsanəvi partizan hesab edilmiş şəxs; “Armed Mişel”, “Ryus Armed”, “Хаrqo” və başqa adlarla Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak etmiş, Fransanın orden və medalları ilə, o cümlədən “Hərbi medal”la ilə təltif olunmuşdur. Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılıovun atasıdır.

Həyatı[Vizual/Mobil redaktə | HTML redaktə]

22 sentyabr 1920-ci il tarixdə Nuxa qəzasının Oxud kəndində anadan olub.

1935 – 1938-ci illlərdə Nuxa Kənd Təsərrüfatı Texnikumunun zootexnika və aqronomiya fakültəsində təhsil alıb.

1938 – 1941-ci illərdə Azərbaycan SSR-in şimal-şərq rayonlarında zootexnik və aqronom işləyib.

Müharibədə iştirakı[Vizual/Mobil redaktə | HTML redaktə]

Əhmədiyyə Cəbrayılov sovet ordusunda

Böyük Vətən Müharibəsinin başlaması ilə könüllü olaraq cəbhəyə yollanıb. Orconikidze ölkəsinın Nevinnomıssk şəhərindəki aviasiya məktəbində hazırlıq keçib. Bir neçə ay davam edən kurslardan sonra kiçik leytenant rütbəsi alaraq Moskva yaxınlığında yerləşən 35-ci diviziyanın 350-ci bombardmançı eskadriliyasına, texniki xidmət sahəsinə təyin olunub.

1942-ci ilin aprelində Ukraynanın Donbas şəhərinə göndərilir və orada 350-ci polkun siyasi rəhbərinin köməkçisi təyin olunur. Bu polkun tərkibində o, Ukraynanın Barvinki-Lozovaya-İzyum rayonu ətrafındakı döyüşlərdə iştirak edib. Baş leytenant rütbəsi alıb.

Əsirlik[Vizual/Mobil redaktə | HTML redaktə]

1942-ci ilin aprel və ya may ayında onun təyyarəsi Kursk ətrafında vurulur; Şimali Donets çayının sahilində, İzyum çayının yaxınlığında ağır yaralanır və almanlara əsir düşür, Barvinka və Lvov yaxınlığındakı həbs düşərgələrinə göndərilir. Bir düşərgədən başqa düşərgəyə keçid 3 ay davam edir. Hər gün piyada təxminən 60 km yol qət olunurdu.

Əhmədiyyə Cəbrayılovun Fransada Valleroy kəndində əsir olduğu məkan

1943-cü ildə Daxau həbs düşərgəsinə göndərilir və birinci dəfə qaçmağa cəhd edir. Bıçaqla silahlanaraq özünü sərxoşluğa vurur, gecənin qaranlığından istifadə edərək gözətçiyə yaxınlaşır və boğazını kəsmək istəyir. Cəhd baş tutmur və nəticədə almanlar tərəfindən Fransanın cənubuna, Tuluza şəhəri yaxınlığındakı Montoban həbs düşərgəsinə göndərilir. Burada o, 4167 nömrəli əsir idi. Bu həbsxanada o vərəm xəstəliyinə tutulur.

Müqavimət hərəkatı[Vizual/Mobil redaktə | HTML redaktə]

1943-cü ildə həbsxana komendantının qulluqçusu Janna adlı qadının köməyi ilə fransız vətənpərvərləri almanların diqqətini yayındırmaq üçün tabutda gizlənmiş Əhmədiyyəni xilas edərək Jannanın evindəki zirzəmiyə gətirirlər. Sağaldıqdan sonra Əhmədiyyə fransız dilini öyrənir, Jannanın vasitəsi ilə partizan hərəkatları ilə əlaqəyə girir, müqavimət hərəkatının kapitan Delplankın (ləqəbi “Düma”) rəhbərlik etdiyi Tarn və Qaron departamentlərindəki 4-cü eskadronun üzvü olur. Əhmədiyyə Cəbrayılovun gizli fəaliyyət ləqəbləri “Xarqo”, “Fraji”, “Qoçaq”, “Ryus Armed” və s. olmuşdur. Alman hakimiyyət orqanları onun başına 10 min alman markası mükafat təyin etmişdilər.

Əhmədiyyə Cəbrayılov (solda) Müqavimət hərəkatı zamanı

1944-cü il 22 mayda Əhmədiyyəni əvvəlcə Kaberta partizan dəstəsinə, sonra isə kapitan Delplankın komandanlıq etdiyi Düma Gizli Ordusuna keçirirlər, Əhmədiyyə bu dəstənin Tarn və Qaronun azad edilməsi uğrunda apardığı bütün döyüşlərdə iştirak edir. 1944-cü il 19 avqustda Montobanın azad edilməsi əməliyyatına qatılır.

20 avqustda azad edilmiş Parisdə general Şarl de Qoll Əhmədiyyə Cəbrayılov ilə görüşür. Bu görüşü fotoşəkil təsdiq edir, həmin dövrdə Fransa müvəqqəti hökumətinin prezidenti olan Şarl de Qollun iştirak etdiyi banketdə Əhmədiyyəni görmək olar. 28 avqustda Əhmədiyyə Montobanda yaradılan 3-cü briqadaya daxil olaraq Vozj və Elzasdakı döyüşlərdə iştirak edir.

1945-ci il 1 martda o, 3-cü briqadanın 4-cü eskadronuna daxil olur. Bir sıra tapşırıqlarla yanaşı, Əhmədiyyə Cəbrayılov dəmir yol xətlərini partladaraq düşmənin minlərlə fransızı Almaniyadakı həbs düşərgələrində apararaq işlətmələrinə mane olmuşdur. Həbs düşərgəsinə aparılan 500-ə yaxın fransız uşağı xilas edən zaman yaralanmış və alman zabiti formasında olduğu üçün bir müddət alman hərbi qospitalında müalicə almışdır. Müalicəsi bitdikdən sonra, Albi şəhərinə hərbi komendant təyin olunmuşdur. Bir müddət alman zabiti kimliyində partizanlara çox əhəmiyyətli məlumatlar ötürmüşdür. Daha sonra bütün komendatura zabitlərini əsir götürərək partizanlara təhvil vermişdir. O, körpüləri sıradan çıxarır, alman anbarlarını və faşist zabitlərinin yaşadıqları evləri yandırır. Onun başçılığı altında Lion şəhərinin mərkəzində düşmən tankları yandırılır. Müvəffəqiyyətlə aparılan təhlükəli əməliyyatların müqabilində Fransa Kommunist Partiyasının baş katibi Moris Torez ona tapança bağışlayır.

Əhmədiyyə Cəbrayılov (solda oturub) Fransada bir qrup partizanlarla birgə

16 martda o, 3-cü briqadadan tərxis olunur. 1945-ci ilin mayında Birinci Fransız Ordusunun tərkibində yenidən Vozj və Elzasdakı döyüşlərə qatılır.

1946-cı ildə Əhmədiyyə qəti qərara gəlir ki, vətəninə qayıtsın. Fransa onun hərbi şücaətlərini layiqincə qiymətləndirir və o, ölkənin medal və ordenlərlə təltif olunur, o cümlədən şəxsi igidliyə görə “Hərbi medal”la ilə (bu medal sıravi əsgərə hərbi paradda generaldan irəlidə addımlamaq hüququ verir)[1].

Müharibədən sonra[Vizual/Mobil redaktə | HTML redaktə]

Şarl de Qollun Moskvaya gəlişi ilə bağlı Cəbrayılovun adına 1966-cı ildə göndərilən dəvətnamə

25 noyabr 1946-cı ildə Şarl de Qollun köməyi ilə Əhmədiyyə SSRİ-yə qayıdır. Burada o, vətən xaini kimi qəbul olunur və Moskvadakı yoxlamaların birində onun mükafatlarının bir hissəsi əlindən alınır.

1947-ci ildə Sürəyya adlı qadınla ailə qurur, 1948 – 1962–ci illərdə bu nikahdan 7 uşaq dünyaya gəlir. 1964-cü ildə Kirovabad Kənd Təsərrüfatı İnstitutunda yarımçıq qalmış təhsilini davam etdirir.

1966-cı ildə Fransa prezidenti Şarl de Qoll SSRİ-yə səfəri zamanı Əhmədiyyə Cəbrayılovu görmək istədiyini bildirmiş və o, Moskvaya çağrılmışdır. 1968-ci ildə Sovet hökuməti tərəfindən “vətən xaini” adı onun üstündən götürülür və ona bəraət verilir. 1970-ci ildə Kənd Təsərrüfatı İnstitutunda təhsilini başa vurduqdan sonra Şəki rayonu Nərimanov adına kolxozda baş aqronom işləyir. 1971-ci ildə “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunur.

1972, 1975, 1982-ci illərdə döyüşlərdə iştirak etdiyi yerləri gəzməyə icazə verilir. O, Montoban, Rodez, Tuluza, Albi şəhərlərinə gedir, həmçinin Paris, Bordo, Strazburq, Lion, Dijon və Marseldə olur, keçmiş döyüş yoldaşları ilə görüşür. 1975-ci ildəki səfəri zamanı o, Fransa Senatında senator Jak Düklo tərəfindən qəbul edilir və ona bu görüşdən xatirə medalı təqdim edilir.

1976-cı ildə müharibədəki iştirakına görə “Oktyabr İnqilabı Ordeni” ilə təltif olunur. 1977-ci ildə Tarn və Qaronda Fransa partizan hərəkatında birgə iştirak etdiyi Rene Şambar SSRİ-yə gəlir və Əhmədiyyə Cəbrayılovla görüşür.

1986-cı ildə Əhmədiyyə Cəbrayılov 5 fransız mükafatına layiq görülür — “Müharibə Xaçı”, “Hərbi şücaət xaçı”, “Fransa Müqavimət hərəkatı medalı”, “İgidliyə görə medal”, “Yaralanmağa görə medal”. 1990-cı ildə Şarl de Qollun anadan olmasının 100 illiyinə həsr olunmuş mərasimlərdə iştirak etmək üçün Parisə dəvət olunur. 1994-cü il 6 yanvarda Front National milli hərakat məmuru Rene Rassel Əhmədiyyə Cəbrayılova Fransa Müqavimət hərəkatında iştirakını təsdiqləyən sənədi təqdim edir.

Mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

Fransa mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

Əhmədiyyə Cəbrayılovun ev-muzeyində saxlanılan Fransa mükafatları

Əhmədiyyə Cəbrayılov Fransanın 8 hərbi mükafatı ilə təltil olunmuşdur[2]:

Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]

10 oktyabr 1994-cü il tarixdə – 74 yaşında, Oxud kənd yolunda baş vermiş yol qəzasında faciəvi şəkildə həlak olub. Oxud kənd qəbristanlığında dəfn edilib.

Xatirəsi[Vizual/Mobil redaktə | HTML redaktə]

Onun ölümündən xəbərsiz olan Fransa hökuməti 1995-ci ildə faşizm üzərində qələbənin 50 illiyi münasibətilə ona fəxri təqaüd və xatirə medalları göndərib.

1995-ci ilin oktyabrında, ölüm ildönümündə onun qəbri üzərində bürünc heykəli qoyulub.

1998-ci il 15 oktyabrda Fransa Müqavimət hərəkatının könüllü döyüşçüsü olaraq Fransanın azadlığı uğrunda döyüşlərdə iştirakına görə Minnətdarlıq Diplomu verilib. Həmin il Əhmədiyyə Cəbrayılovun döyüş yoldaşı Rene Şambar Şəkidə onun ailəsinə baş çəkib.

11 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyinin qeyd olunması barədə sərəncam imzalayıb. Sərəncamda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

İstinadlar[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. 1,0 1,1 ASE, 1987, s. 407.
  2. Мехтиев, Г. Г. За социалистическую Родину // Вечно живые традиции [Текст] / Н. Я. Макеев, Х. Г. Везиров, Дж. Б. Гулиев [и др.] ; ред. В. Джалагония ; Ин-т истории партии ЦК КП Азербайджана. — Б. : Азернешр, 1968. — Гл. VIII. — С. 228—248. — 366 с., 1 л. портр. : ил. — 4200 экз.
  3. 3,0 3,1 3,2 Семиряга М. И. Советские люди в европейском Сопротивлении, М., 1970
  4. 4,0 4,1 4,2 4,3 4,4 Джебраилов А. С французскими братьями по оружию // "Против общего врага: Сов. люди во франц. движении сопротивления", Иван Васильевич Паротькин, Наука, 1972.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Cəbrayılov Əhmədiyyə // Azərbaycan Sovet Ensiklopediyası  : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1987. — X  cild. — Səhifələrin sayı:  610. — Səh.: 407. — 80.000 nüsx.;
  2. "Азербайджанцы в Европейском двежении Сопротивление" ("Azərbaycanlılar Avropa müqavimət hərəkatında"), Vətən 2005, Ruqiyyə Əliyeva;
  3. "Xarqo", 1998, Zaman Qarayev;
  4. Kamal Mədətov, "ОТ ВАШЕГО СОБСТВЕННОГО КОРРЕСПОНДЕНТА ", ("Xüsusi müxbirinizdən"), Bakı, 1980;
  5. İkinci dünya müharibəsi zamanı Fransada sovet müqavimətçilərinin şahid olduqları hadisələr. Armed Mişelə həsr olunmuş "РЮСС АРМЕД" ("RUS ARMED") adlı məqalə, səh.133-137;
  6. "Fransa Milli Kahramanı Azerbaycanlı Türk Ahmediyye Cebrailov", Bakı, 2000, Yakup Öztürk;
  7. Cəbrayılov Əhmədiyyə Mikayıl oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 25 000; 592 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. —V  c. — Səh. 241. — ISBN 978-9952-441-10-9..