"Veysəl Mustafayev (alim-pedaqoq)" səhifəsinin versiyaları arasındakı fərqlər
(56496 dəyişikliyi Aydinsalis (Müzakirə) tərəfindən geri qaytarıldı.) Teq: Undo |
|||
Sətir 99: | Sətir 99: | ||
|refs= | |refs= | ||
<ref name=Q1>Bu şəkil 2012-ci ildə çap olunmuş “Unutdurulmuş azman – Əliabbas Qədimov” kitabının 124-cü səhifəsində verilib {{Harvnb|Tahirzadə Ə., Manaflı H.|2012}}. Lakin mümkündür ki şəkildəki şəxs Veysəl Nurməmməd oğlu Mustafayev yox, əslində [[Veysəl Mustafayev (rəhbər kadr)|Veysəl Məmmədkərim oğlu Mustafayevdir]].</ref> | <ref name=Q1>Bu şəkil 2012-ci ildə çap olunmuş “Unutdurulmuş azman – Əliabbas Qədimov” kitabının 124-cü səhifəsində verilib {{Harvnb|Tahirzadə Ə., Manaflı H.|2012}}. Lakin mümkündür ki şəkildəki şəxs Veysəl Nurməmməd oğlu Mustafayev yox, əslində [[Veysəl Mustafayev (rəhbər kadr)|Veysəl Məmmədkərim oğlu Mustafayevdir]].</ref> | ||
+ | |||
+ | <ref name=Q2>Azərbaycan dilində “Əlifba” dərsliyi 1934-cü ildə “Azərnəşr”də çap olunmuşdur.</ref> | ||
}} | }} | ||
23:04, 22 noyabr 2023 versiyası
Veysəl Mustafayev | |
---|---|
Mustafayev Veysəl Nurməmməd oğlu | |
Veysəl Mustafayev. | |
Doğum tarixi | 1894 |
Doğum yeri | Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 25 yanvar 1975 (81 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Dəfn yeri | Qurd qapısı qəbiristanlığı, Bakı |
Vətəndaşlıq | SSRİ |
Elm sahəsi | pedaqogika, psixologiya |
Elmi dərəcəsi | elmlər namizədi |
Elmi adı | dosent |
Təhsili | Azərbaycan Dövlət Universiteti, aspirantura, psixologiya ixtisası |
Həyat yoldaşları | Lütfiyyə, Faina |
Evladları | Həmid Mustafayev, Namiq Mustafayev (Lütfiyyədən) və Ramiz Mustafayev (Fainadan) |
Mükafatları | |
Adının digər versiyaları | Veysəl Mustafazadə, Veysel Mustafayev, Veysal Mustafayev, Veysel Mustafazade, Veysal Mustafazade, Вейсал Мустафаев, Вейсел Мустафаев, Вейсал Мустафазаде, Вейсел Мустафазаде, Вејсәл Мустафазадә |
Veysəl Mustafayev (1894–1975) — tanınmış alım-pedaqoq, pedaqoji elmlər namizədi və dosent.
1 aprel 1917-ci il tarixdə Nuxada təsis edilmiş Hürriyyəti-Maarif Cəmiyyətinin təşkilatçılarından biri və idarə heyətinin üzvü olmuşdur.
1919 – 1920-ci illərdə Müsavat partiyasının Nuxa özək sədrinin müavini vəzifəsində çalışması səbəbindən ömrünün sonunadək siyasi təqiblərə məruz qalmış, 1942-ci ildə Bakıdakı evi müsadirə edilmiş, həyat yoldaşı ilə birlikdə bir müddət Qazaxıstanda sürgün həyatı yaşamış, geri döndükdə isə Bakıda ona ev və iş verilməmişdir. Nəticədə başqa sovet respublikaların institutlarında işləməyə məcbur olmuşdur. Bir sıra pedaqoji-metodik kitabların, orta məktəb dərsliklərinin müəllifi yaxud redaktorudur. O cümlədən, həm azərbaycan dilində, həm də türkmən dilində bir buraxılış “Əlifba” dərsliyinin müəllifidir[qeyd 1].
1948-ci il oktyabrın 5-dən 6-na keçən gecə Aşqabad şəhərində baş vermiş zəlzələ zamanı xəsarət alanlara ilk tibbi yardım göstərənlərdən biri olub və uşaq bağçasının dağıntıları altında qalmış 11 – 12 uşağı şəxsən özü dağıntılar arasından çıxarıb.
Haqqında məlumatlar
1894-cü ildə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
Azərbaycan Dövlət Universitetinin aspiranturasını bitirib.
Əmək fəaliyyəti
1912-ci ildən ibtidai məktəblərdə müəllim işləyib.
1920 – 1926-cı illərdə Nuxa nümunə-zəhmət məktəbinin müdiri,
1926 – 1929-cu illərdə Azərbaycan Dövlət Universitetinin elmi işçisi,
1930 – 1937-ci illərdə Azərbaycan Ali Pedaqoji İnstitutunun dosenti və eyni zamanda pedaqogika üzrə elmi tədqiqat institutunun böyük elmi işçisi vəzifəsində çalışıb.
1937 – 1941-ci illərdə Azərbaycanın rayonlarında həkim işləyib.
1948 – 1952-ci illərdə Çardcou Pedaqoji İnstitutunda (Türkmənistan SSR), Aşqabad Pedaqoji İnstitutunda (Türkmənistan SSR) və Türkmənistan Dövlət Universitetində,
1954-cü ilin sentyabrından Saransk Pedaqoji İnstitutunun (RSFSR, Mordoviya MSSR) pedaqogika kafedrasında dosent vəzifəsində çalışıb.
Elmi fəaliyyəti
1929-cu ildə Azərbaycan Dövlət Universitetinin privat-dosenti təsdiq edilib.
1948 – 1952-ci illərdə Türkmənistanda işləyərkən namizədlik dissertasiyasını müdafiə edib.
Siyasi təqiblərə məruz qalması
1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulmasından sonra Dağıstana qaçıb. Bir müddət sonra geri dönən kimi isə həbs edilib, amma 3-4 aydan sonra həbsdən buraxılıb.
1937-ci ildə işdən çıxarılıb və 7 ay işsiz qalıb. Lakin sonra yenidən işə qəbul olunub.
1942-ci ildə 24 saat ərzində mənzili əlindən alınıb, ev əşyaları küçəyə atılıb, xəstə arvadı ilə birlikdə Şimali Qazaxıstan vilayətinə (Qazaxıstan SSR) inzibati qaydada sürgün edilib. Bu zaman hətta onlara biri 7 yaşında, o biri isə 9 yaşında olan uşaqları ilə salamatlaşmağa da imkan verilməyib.
1946-cı ildə Bakıya geri dönüb. Lakin Bakıdakı mənzili geri qaytarılmayıb, başqa mənzil də verilməyib və ona ixtisası üzrə iş də verilməyib. Həyat yoldaşı vəfat etdikdən sonra uşaqlarını Bakıda qoyub başqa respublikalarda iş axtarmağa gedib.
1948-ci ilin sentyabrında Çardcou Pedaqoji İnstitutunda (Türkmənistan SSR) işləməyə başlayıb. Lakin Azərbaycan SSR xüsusi xidmət orqanlarının əməkdaşları bunu bilən kimi onu işdən çıxartdırıblar. Veysəl Mustafayev Sov.İKP MK-ya şikayət edib, nəticədə işinə bərpa olunub.
Təltif və mükafatları
Şəkillər
Vəfatı
25 yanvar 1975-ci il tarixdə – 81 yaşında, Bakıda vəfat edib. Bakıda Qurd qapısı qəbiristanlığında dəfn olunub.
Qeydlər
- ↑ Azərbaycan dilində “Əlifba” dərsliyi 1934-cü ildə “Azərnəşr”də çap olunmuşdur.
Ədəbiyyat
- Садыхов С. З. Судьба ученого (rus.) // Elm : qəzet. — Bakı, 1991. — В. 5 yanvar. — № 1 – 2 (260–261).
- Məmmədov Ə., Xalıqov F. Mustafayev Veysəl // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 425-427. — 1.000 nüsx.
- Mete Ə. Məslək mücahidi : Alimin taleyi // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 384-388. — 500 nüsx.
- Tahirzadə Ə., Manaflı H. Unutdurulmuş azman – Əliabbas Qədimov. — Bakı: Apostroff, 2012. — Səhifələrin sayı: 204. — Səh.: 124. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 28 Apr 2021 - 23 May 2022.
- Tahirzadə Ə., Manaflı H. Unutdurulmuş azman – Əliabbas Qədimov. — Bakı: Apostroff, 2012. — Səhifələrin sayı: 204. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 27 Apr 2021 - 23 May 2022.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- İstinad xətası olan səhifələr
- V
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış pedaqoqlar
- Şəkidən çıxmış həkimlər
- 1894-cü ildə doğulanlar
- Qeyri-müəyyən ayda doğulanlar
- 25 yanvarda vəfat edənlər
- Yanvarda vəfat edənlər
- 1975-ci ildə vəfat edənlər
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı ilə təltif edilənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- “O torpağın övladları” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr