"MediaWiki:Təltif/Azərbaycan/"Şuşanın azad olunmasına görə" medalı" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 63: | Sətir 63: | ||
{{Azərbaycanın dövlət təltifləri}} | {{Azərbaycanın dövlət təltifləri}} | ||
+ | |||
+ | {{Ensiklopedikləşdirilməli köməkçi məqalə}} | ||
[[Kateqoriya:Vətən Müharibəsi mükafatları|Şuşa]] | [[Kateqoriya:Vətən Müharibəsi mükafatları|Şuşa]] |
01:54, 4 yanvar 2024 versiyası
"Şuşanın azad olunmasına görə" medalı | |||
---|---|---|---|
|
|||
|
|||
Ölkə | Azərbaycan | ||
Tip | medal | ||
Status | təqdim olunur | ||
Statistika | |||
Təsis tarixi | 26 noyabr 2020 | ||
Təltiflərin sayı | 4646 | ||
Ardıcıllıq | |||
Daha yüksək mükafat | "Qubadlının azad olunmasına görə" medalı | ||
Daha kiçik mükafat | "Kəlbəcərin azad olunmasına görə" medalı |
"Şuşanın azad olunmasına görə" medalı — Azərbaycanın dövlət təltifi (medal). Vətən müharibəsində qələbə münasibətilə təsis edilmişdir.
Təsis edilməsi
2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisində Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş[1] və birinci oxunuşda təsdiqlənmişdir.[2]
Azərbaycan Respublikasının "Şuşanın azad olunmasına görə" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir.[3] Həmin qanunda deyilir:
Maddə 1. Təltif edilən şəxslər
- "Şuşanın azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.
Maddə 2. Təltif edən orqan
- "Şuşanın azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.
Maddə 3. Taxılma qaydası
- "Şuşanın azad olunmasına görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Qubadlının azad olunmasına görə" medalından sonra taxılır.
Təsviri
Medalın təsviri Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir.[4]
Maddə 1. Medalın ümumi təsviri
- "Şuşanın azad olunmasına görə" Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan dairəvi lövhədən ibarətdir.
Maddə 2. Medalın ön tərəfi
- 2.1. Medalın ön tərəfinin kənarları bəzəkli naxışlarla konturlanmışdır.
- 2.2. Bəzəkli konturdan medalın daxilinə doğru, xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə təsvir olunmuşdur. Xarici və daxili çevrələrin arasında, yuxarı qövs boyunca "ŞUŞA", aşağı qövs boyunca "8 NOYABR 2020" sözləri yazılmışdır.
- 2.3. "8 NOYABR 2020" sözlərindən sol və sağ tərəflərdə, aşağıdan yuxarıya doğru dəfnə çələngləri təsvir olunmuşdur. "ŞUŞA" sözü ilə dəfnə çələnglərinin arasında iki səkkizguşəli ulduz və kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur. Daxili çevrənin içərisində, doğan günəş şüaları fonunda at belində Azərbaycan Respublikasının Dövlət Bayrağını aparan Azərbaycan əsgəri təsvir olunmuşdur.
- 2.4. Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.
Maddə 3. Medalın arxa tərəfi
- 3.1. Medalın arxa tərəfində xarici və daxili çevrələrlə konturlanmış lövhənin üzərində qövs boyunca "ŞUŞANIN AZAD OLUNMASINA GÖRƏ" sözləri yazılmışdır. Lövhənin aşağı hissəsinin mərkəzində səkkizguşəli ulduz, ulduzla sözlərin arasında isə kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur.
- 3.2. Medalın arxa tərəfinin mərkəzində medalın seriyası və nömrəsi həkk olunmuşdur.
- 3.3. Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.
Maddə 4. Medalın elementləri
- 4.1. Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.
- 4.2. Xara lentin mərkəzində 10 mm enində qızılı rəngli şaquli zolaq, qızılı rəngli zolaqdan sol və sağ kənarlara doğru ardıcıl olaraq 8 mm enində bir göy rəngli və 5.5 mm enində bir qızılı rəngli şaquli zolaqlar təsvir olunmuşdur.
- 4.3. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.
— medalın TƏSVİRİ[4]
İstinadlar
- ↑ ""Vətən Müharibəsində qələbə münasibətilə" Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında". meclis.gov.az. Azərbaycan Respublikasının Milli Məclisi. 20 noyabr 2020. 20 noyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 dekabr 2020.
- ↑ "Milli Məclis qələbə münasibətilə orden və medalların təsis olunması layihəsini birinci oxunuşda təsdiqlədi". report.az. 20 noyabr 2020. 20 noyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 dekabr 2020.
- ↑ ""Şuşanın azad olunmasına görə" Azərbaycan Respublikasının medalı haqqında əsasnamə". president.az. 1 dekabr 2020. İstifadə tarixi: 25 dekabr 2020.
- ↑ 4,0 4,1 ""Şuşanın azad olunmasına görə" Azərbaycan Respublikası medalının təsviri". president.az. 1 dekabr 2020. İstifadə tarixi: 25 dekabr 2020.
Həmçinin, bax:
Bu köməkçi məqaləni ensiklopedikləşdirmək lazımdır. |