"İsmət İsmayılov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 101: | Sətir 101: | ||
| nəşriyyat = Azərbaycan | | nəşriyyat = Azərbaycan | ||
| il = 2024 | | il = 2024 | ||
− | | cild = | + | | cild = 65 (2130) |
| buraxılış = 4 sentyabr | | buraxılış = 4 sentyabr | ||
| nömrə = | | nömrə = | ||
Sətir 116: | Sətir 116: | ||
}} | }} | ||
#: {{Sayta istinad2|url=https://medeniyyet.az/page/news/75458/Celebi-xanla-Nadir-sahin-gorusu-tesviri-senetde.html |author =Rəsulova Z. |authorlink=Zəminə Rəsulova |title=Çələbi xanla Nadir şahın görüşü təsviri sənətdə|İstinad edilən səhifəyə keçid |subtitle= |deadlink= |archiveurl=https://web.archive.org/web/20240904103513/https://medeniyyet.az/page/news/75458/Celebi-xanla-Nadir-sahin-gorusu-tesviri-senetde.html |archivedate=04 Sep 2024 |lang=az |showlang=|responsible= |website=Mədəniyyət qəzeti |websiteurl=https://medeniyyet.az/ |type= |date=04-09-2024 |accessdate= 04.09.2024|quote= |quoteup= |description= |ref= }} | #: {{Sayta istinad2|url=https://medeniyyet.az/page/news/75458/Celebi-xanla-Nadir-sahin-gorusu-tesviri-senetde.html |author =Rəsulova Z. |authorlink=Zəminə Rəsulova |title=Çələbi xanla Nadir şahın görüşü təsviri sənətdə|İstinad edilən səhifəyə keçid |subtitle= |deadlink= |archiveurl=https://web.archive.org/web/20240904103513/https://medeniyyet.az/page/news/75458/Celebi-xanla-Nadir-sahin-gorusu-tesviri-senetde.html |archivedate=04 Sep 2024 |lang=az |showlang=|responsible= |website=Mədəniyyət qəzeti |websiteurl=https://medeniyyet.az/ |type= |date=04-09-2024 |accessdate= 04.09.2024|quote= |quoteup= |description= |ref= }} | ||
− | # {{Sayta istinad2|url=https://medeniyyet.az/page/news/75950/Sekide-bir-ressam-vardi.html |author =Məmmədov A. |authorlink= Aydın Məmmədov (jurnalist)|title=Şəkidə bir rəssam vardı...|subtitle= |deadlink= |archiveurl=https://web.archive.org/web/20241002181655/https://medeniyyet.az/page/news/75950/Sekide-bir-ressam-vardi.html |archivedate=02 Oct 2024 |lang=az |showlang=|responsible= |website=Mədəniyyət qəzeti |websiteurl=https://medeniyyet.az/ |type= |date= 02-10-2024 |accessdate= 02.10.2024|quote= |quoteup= |description= |ref= }} | + | # {{məqalə |
+ | | müəllif = [[Aydın Məmmədov (jurnalist)|Məmmədov A.]] | ||
+ | | başlıq = Şəkidə bir rəssam vardı... | ||
+ | | orijinal = | ||
+ | | link = https://medeniyyet.az/files/_1727967042.pdf | ||
+ | | dil = | ||
+ | | cavabdeh = | ||
+ | | nəşrin müəllifi = | ||
+ | | nəşr = Mədəniyyət | ||
+ | | tip = qəzet | ||
+ | | yer = Bakı | ||
+ | | nəşriyyat = Azərbaycan | ||
+ | | il = 2024 | ||
+ | | cild = | ||
+ | | buraxılış = 2 oktyabr | ||
+ | | nömrə = 73 (2138) | ||
+ | | səhifələr = | ||
+ | | isbn = | ||
+ | | issn = | ||
+ | | doi = | ||
+ | | bibcode = | ||
+ | | arxiv = | ||
+ | | pmid = | ||
+ | | ref = | ||
+ | | archiveurl = https://web.archive.org/web/20241003165333/https://medeniyyet.az/files/_1727967042.pdf | ||
+ | | archivedate = 03 Oct 2024 | ||
+ | }} | ||
+ | #: {{Sayta istinad2|url=https://medeniyyet.az/page/news/75950/Sekide-bir-ressam-vardi.html |author =Məmmədov A. |authorlink= Aydın Məmmədov (jurnalist)|title=Şəkidə bir rəssam vardı...|subtitle= |deadlink= |archiveurl=https://web.archive.org/web/20241002181655/https://medeniyyet.az/page/news/75950/Sekide-bir-ressam-vardi.html |archivedate=02 Oct 2024 |lang=az |showlang=|responsible= |website=Mədəniyyət qəzeti |websiteurl=https://medeniyyet.az/ |type= |date= 02-10-2024 |accessdate= 02.10.2024|quote= |quoteup= |description= |ref= }} | ||
{{Yoxlanılmış məqalə}} | {{Yoxlanılmış məqalə}} | ||
{{Çapa hazır məqalə}} | {{Çapa hazır məqalə}} |
20:59, 3 oktyabr 2024 versiyası
İsmət İsmayılov | |
---|---|
İsmayılov İsmət Şirəli oğlu | |
İsmət İsmayılov. | |
Doğum tarixi | 14 iyul 1924 |
Doğum yeri | Qudula, Şəki qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | 7 dekabr 2010 (86 yaşında) |
Vəfat yeri | Şəki, Azərbaycan |
Dəfn yeri | Məhəmməd əfəndi qəbiristanlığı, Şəki, Azərbaycan |
Vətəndaşlığı | SSRİ → Azərbaycan |
Təhsili | Bakı Kommunal-Tikinti Texnikumu (1948–1952) |
Mükafatları |
|
Uşaqları | Hikmət (1953–2013) və Bahar |
Həyat yoldaşı | Naimə Şəkixanova Məmmədxan qızı (1926–2010) |
İsmət İsmayılov (1924–2010) — tanınmış rəssam, Azərbaycan SSR əməkdar rəssamı. Yaradıcılığının əsas istiqamətləri qrafika, rəngkarlıq (xüsusən, portret), tətbiqi sənət (parçaların bədii tərtibatı, ağac üzərində bədii oyma, nəqqaşlıq) idi.
Haqqında məlumatlar
14 iyul 1924-cü il tarixdə Şəki qəzasının Qudula kəndində anadan olub.
Təhsili
1934 – 1943-cü illərdə Nuxa şəhər 7 №-li orta məktəbində,
1948 – 1952-ci illərdə isə Bakı Kommunal-Tikinti Texnikumunda təhsil alıb.
Hərbi xidmətdə
1943-cü ilin avqust ayında ordu sıralarına çağırılıb. Böyük Vətən müharibəsinin qızğın çağında hərbi qərargahda rəssam olaraq çalışıb.
1947-ci ildə baş serjant (baş çavuş) rütbəsində ordudan tərxis edilib.
Əmək fəaliyyəti
1947-ci ildə Nuxa pionerlər evində və Nuxa şəhər 7 №-li orta məktəbində rəsm müəllimi,
1952 – 1959-cu illərdə Ağdaş rayonunda tikintidə iş icraçısı, Nuxada tikintidə mühəndis, kommunal təsərrüfatı idarəsində şöbə müdiri, ticarət idarəsinin soyuducu qurğusunda rəis,
1959 – 1965-ci illərdə Şəki xan sarayının bərpasında iş icraçısı,
1965-ci ildən isə V.İ.Lenin adına Nuxa İpək Kombinatında parça tərtibatı üzrə rəssam vəzifəsində çalışıb.
Digər
Hərbi xidmətdə olarkən sovet əsgərlərini qələbəyə çağıran plakatlar, alman faşistlərini lağa qoyan, ifşa edən karikaturalar, çoxlu sayda döyüş yoldaşlarının və komandirlərin portretlərini çəkib və bunların bir qismi ordu qəzetlərində tirajlanıb.
1973-cü ildə SSRİ Rəssamlar İttifaqına üzv qəbul edilib.
1960-cı illərinin ortalarından başlamaqla Şəki ipək kombinatında istehsal edilmiş məşhur “Krepdeşen”, “Qış günü”, “Paplin”, “Şəkili qız” və s adlı parçalar onun çəkdiyi süjetlər əsasında güllənib. Bununla yanaşı, akvarel və yağlı boya ilə də müxtəlif mövzularda tablolar yaradıb. Onlardan ən məşhurları “Hacı Çələbi Nadir şahın hüzurunda” adlı 51x72 sm ölçüsündə iki tablo olub. Birincisi kağız üzərində qrafika (ağ-qara), ikincisi isə yağlı boya ilə kətan üzərində işlənmiş rəngkarlıq əsəridir. Birincisi 1981-ci ildə Şəki Tarix-Diyarşünaslıq Muzeyinin fonduna daxil edilsə də, rəssam vəfat edənədək ikinci əsəri özündə saxlayıb və sağlığında heç kimə satmayıb. Vəfat etdikdən sonra isə Şəkidəki “Minali Butik” hotelinin rəhbərliyi tərəfindən həmin əsər ailəsindən satın alınaraq hotelin foyesində görkəmli yerdə divardan asılıb.
Təltif və mükafatları
- “1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı (1945);
- “Döyüş xidmətlərinə görə” medalı (1946);
- “1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi” yubiley medalı (1965);
- Lenin yubiley medalı (1970);
- “1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi” yubiley medalı (1975);
- “Əmək veteranı” medalı;
- “Azərbaycan SSR əməkdar rəssamı” fəxri adı (aprel, 1988).
Vəfatı
7 dekabr 2010-cu il tarixdə – 86 yaşında, Şəkidə vəfat edib. Məhəmməd əfəndi qəbiristanlığında dəfn olunub.
Yaradıcılığından nümunələr
Hacı Çələbi Nadir şahın hüzurunda (monoxrom, 1981, Rəşid bəy Əfəndiyev adına Şəki Tarix-Diyarşünaslıq Muzeyi) .
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. İsmayılov İsmət // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 204. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
- Əməkdar rəssam İsmət İsmayılov "Həyətimiz" və "Gənc oğlan" əsərləri // Şəki Dövlət Rəsm Qalereyası (facebook səhfəsi). — 2017. — 25 iyul. — Müraciət tarixi: 06.09.2024.
- Rəsulova Z. Çələbi xanla Nadir şahın görüşü təsviri sənətdə // Mədəniyyət : qəzet. — Bakı: Azərbaycan, 2024. — В. 4 sentyabr. —65 (2130) c. — Səh. 7. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 5 sentyabr 2024.
- Rəsulova Z. Çələbi xanla Nadir şahın görüşü təsviri sənətdə : [arx. 04.09.2024] // Mədəniyyət qəzeti. — 2024. — 4 sentyabr. — Müraciət tarixi: 04.09.2024.
- Məmmədov A. Şəkidə bir rəssam vardı... // Mədəniyyət : qəzet. — Bakı: Azərbaycan, 2024. — В. 2 oktyabr. — № 73 (2138). Arxivləşdirilib; arxivləşdirmə tarixi: 3 oktyabr 2024.
- Məmmədov A. Şəkidə bir rəssam vardı... : [arx. 02.10.2024] // Mədəniyyət qəzeti. — 2024. — 2 oktyabr. — Müraciət tarixi: 02.10.2024.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- İ
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış rəssam və heykəltəraşlar
- Şəkidən çıxmış Böyük Vətən müharibəsi iştirakçıları
- Şəkidən çıxmış pedaqoqlar
- 1924-cü ildə doğulanlar
- 14 iyulda doğulanlar
- İyulda doğulanlar
- 7 dekabrda vəfat edənlər
- Dekabrda vəfat edənlər
- 2010-cu ildə vəfat edənlər
- Azərbaycan SSR əməkdar rəssamları
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər
- "Döyüş xidmətlərinə görə" medalı ilə təltif edilənlər
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı ilə təltif edilənlər
- Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı ilə təltif edilənlər
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "Əmək veteranı" medalı ilə təltif edilənlər
- Rəssam və heykəltəraşlar
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr