"İsmət İsmayılov" səhifəsinin versiyaları arasındakı fərqlər
(Eyni redaktor tərəfindən edilmiş 4 dəyişiklik göstərilmir) | |||
Sətir 31: | Sətir 31: | ||
|Sayt = | |Sayt = | ||
|İmzası = | |İmzası = | ||
− | |Adının digər versiyası = <!--Burada şəxsin ad və familiyasının digər yazılış formaları göstərilməlidir; Məsələn, şəxsin adı ''Məmməd Əliyev''dirsə, bura '''Memmed Eliyev''', Mammad Aliyev və s. bu kimi adlar yazmaq olar. Çünki internetdə axtarış edilərkən, çox vaxt ingilis əlifbasında olmayan hərflərin (ə, ü, ö və s.) əvəzinə başqa hərflər yazılır --> | + | |Adının digər versiyası = <!--Burada şəxsin ad və familiyasının digər yazılış formaları göstərilməlidir; Məsələn, şəxsin adı ''Məmməd Əliyev''dirsə, bura '''Memmed Eliyev''', Mammad Aliyev və s. bu kimi adlar yazmaq olar. Çünki internetdə axtarış edilərkən, çox vaxt ingilis əlifbasında olmayan hərflərin (ə, ü, ö və s.) əvəzinə başqa hərflər yazılır -->Ismet Ismayilov, Ismat Ismailov, Исмәт Исмајылов, Исмат Исмаилов, Исмет Исмаилов |
|Commons = | |Commons = | ||
}} | }} | ||
Sətir 81: | Sətir 81: | ||
Şəkil: İsmət İsmayılov, rəsm1.jpg | Həyətimiz (Şəki Dövlət Rəsm Qalereyası). | Şəkil: İsmət İsmayılov, rəsm1.jpg | Həyətimiz (Şəki Dövlət Rəsm Qalereyası). | ||
Şəkil: İsmət İsmayılov, rəsm2.jpg | Gənc oğlan (Şəki Dövlət Rəsm Qalereyası). | Şəkil: İsmət İsmayılov, rəsm2.jpg | Gənc oğlan (Şəki Dövlət Rəsm Qalereyası). | ||
+ | Şəkil: Hacı Mustafayev (1924-1958), müəllim (İsmət İsmayılovun çəkdiyi rəsm).jpg | Hacı Mustafayev (1924-1958), müəllim. | ||
Şəkil: İsmət İsmayılov, rəsm3.jpg | Hacı Çələbi Nadir şahın hüzurunda, (polixrom, “Minali Butik” hoteli). | Şəkil: İsmət İsmayılov, rəsm3.jpg | Hacı Çələbi Nadir şahın hüzurunda, (polixrom, “Minali Butik” hoteli). | ||
Şəkil: İsmət İsmayılov, rəsm4.jpg | Hacı Çələbi Nadir şahın hüzurunda (monoxrom, 1981, [[Rəşid bəy Əfəndiyev adına Şəki Tarix-Diyarşünaslıq Muzeyi]]) . | Şəkil: İsmət İsmayılov, rəsm4.jpg | Hacı Çələbi Nadir şahın hüzurunda (monoxrom, 1981, [[Rəşid bəy Əfəndiyev adına Şəki Tarix-Diyarşünaslıq Muzeyi]]) . | ||
Sətir 115: | Sətir 116: | ||
# {{məqalə | # {{məqalə | ||
| müəllif = | | müəllif = | ||
− | | başlıq = {{abbr|'''Əməyə görə mükafatlar | + | | başlıq = {{abbr|'''Əməyə görə mükafatlar'''|0}} |
| orijinal = | | orijinal = | ||
| link = https://archive.org/details/kommunist-29-aprel-1988-i.ismayilovun-tltif-edilmsi | | link = https://archive.org/details/kommunist-29-aprel-1988-i.ismayilovun-tltif-edilmsi | ||
Sətir 229: | Sətir 230: | ||
{{Çapa hazır məqalə}} | {{Çapa hazır məqalə}} | ||
+ | |||
+ | {{Akademik məqalə}} |
Səhifəsinin 22:29, 11 oktyabr 2024 tarixinə olan son halı
İsmət İsmayılov | |
---|---|
İsmayılov İsmət Şirəli oğlu | |
İsmət İsmayılov. | |
Doğum tarixi | 14 iyul 1924 |
Doğum yeri | Qudula, Şəki qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | 7 dekabr 2010 (86 yaşında) |
Vəfat yeri | Şəki, Azərbaycan |
Dəfn yeri | Məhəmməd əfəndi qəbiristanlığı, Şəki, Azərbaycan |
Vətəndaşlığı | SSRİ → Azərbaycan |
Təhsili | Bakı Kommunal-Tikinti Texnikumu (1948–1952) |
Mükafatları |
|
Uşaqları | Hikmət (1953–2013) və Bahar |
Həyat yoldaşı | Naimə Şəkixanova Məmmədxan qızı (1926–2010) |
Adının digər versiyaları | Ismet Ismayilov, Ismat Ismailov, Исмәт Исмајылов, Исмат Исмаилов, Исмет Исмаилов |
İsmət İsmayılov (1924–2010) — tanınmış rəssam, Azərbaycan SSR əməkdar rəssamı. Yaradıcılığının əsas istiqamətləri qrafika, rəngkarlıq (xüsusən, portret), tətbiqi sənət (parçaların bədii tərtibatı, ağac üzərində bədii oyma, nəqqaşlıq) idi.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
14 iyul 1924-cü il tarixdə Şəki qəzasının Qudula kəndində anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1934 – 1943-cü illərdə Nuxa şəhər 7 №-li orta məktəbində,
1948 – 1952-ci illərdə isə Bakı Kommunal-Tikinti Texnikumunda təhsil alıb.
Hərbi xidmətdə[redaktə | HTML redaktə]
1943-cü ilin avqust ayında ordu sıralarına çağırılıb. Böyük Vətən müharibəsinin qızğın çağında hərbi qərargahda rəssam olaraq çalışıb.
1947-ci ildə baş serjant (baş çavuş) rütbəsində ordudan tərxis edilib.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1947-ci ildə Nuxa pionerlər evində və Nuxa şəhər 7 №-li orta məktəbində rəsm müəllimi,
1952 – 1959-cu illərdə Ağdaş rayonunda tikintidə iş icraçısı, Nuxada tikintidə mühəndis, kommunal təsərrüfatı idarəsində şöbə müdiri, ticarət idarəsinin soyuducu qurğusunda rəis,
1959 – 1965-ci illərdə Şəki xan sarayının bərpasında iş icraçısı,
1965-ci ildən isə V.İ.Lenin adına Nuxa İpək Kombinatında parça tərtibatı üzrə rəssam vəzifəsində çalışıb.
Digər[redaktə | HTML redaktə]
Hərbi xidmətdə olarkən sovet əsgərlərini qələbəyə çağıran plakatlar, alman faşistlərini lağa qoyan, ifşa edən karikaturalar, çoxlu sayda döyüş yoldaşlarının və komandirlərin portretlərini çəkib və bunların bir qismi ordu qəzetlərində tirajlanıb.
1973-cü ildə SSRİ Rəssamlar İttifaqına üzv qəbul edilib.
1960-cı illərinin ortalarından başlamaqla Şəki ipək kombinatında istehsal edilmiş məşhur “Krepdeşen”, “Qış günü”, “Paplin”, “Şəkili qız” və s adlı parçalar onun çəkdiyi süjetlər əsasında güllənib. Bununla yanaşı, akvarel və yağlı boya ilə də müxtəlif mövzularda tablolar yaradıb. Onlardan ən məşhurları “Hacı Çələbi Nadir şahın hüzurunda” adlı 51x72 sm ölçüsündə iki tablo olub. Birincisi kağız üzərində qrafika (ağ-qara), ikincisi isə yağlı boya ilə kətan üzərində işlənmiş rəngkarlıq əsəridir. Birincisi 1981-ci ildə Şəki Tarix-Diyarşünaslıq Muzeyinin fonduna daxil edilsə də, rəssam vəfat edənədək ikinci əsəri özündə saxlayıb və sağlığında heç kimə satmayıb. Vəfat etdikdən sonra isə Şəkidəki “Minali Butik” hotelinin rəhbərliyi tərəfindən həmin əsər ailəsindən satın alınaraq hotelin foyesində görkəmli yerdə divardan asılıb.
Təltif və mükafatları[redaktə | HTML redaktə]
- “1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı (1945);
- “Döyüş xidmətlərinə görə” medalı (1946);
- “1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi” yubiley medalı (1965);
- Lenin yubiley medalı (1970);
- “1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi” yubiley medalı (1975);
- “Əmək veteranı” medalı;
- “Azərbaycan SSR əməkdar rəssamı” fəxri adı – yüksək keyfiyyətli xalq istehlakı malları istehsalı sahəsində uzun illər fəal işlədiyinə və xidmətlərinə görə (aprel, 1988).
Vəfatı[redaktə | HTML redaktə]
7 dekabr 2010-cu il tarixdə – 86 yaşında, Şəkidə vəfat edib. Məhəmməd əfəndi qəbiristanlığında dəfn olunub.
Yaradıcılığından nümunələr[redaktə | HTML redaktə]
Hacı Çələbi Nadir şahın hüzurunda (monoxrom, 1981, Rəşid bəy Əfəndiyev adına Şəki Tarix-Diyarşünaslıq Muzeyi) .
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Həmidli T. İpək parçaları bəzəyir // Şəki fəhləsi : qəzet. — Şəki fəhləsi, 1975. — В. 15 iyun. — Səh. 4.
- Əməyə görə mükafatlar // Kommunist : qəzet. — 1988. — В. 29 aprel.
- Həmidli T. İsmət // Şəki fəhləsi : qəzet. — Şəki fəhləsi, 1988. — В. 12 may.
- Məmmədov Ə., Xalıqov F. İsmayılov İsmət // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 204. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
- Əməkdar rəssam İsmət İsmayılov "Həyətimiz" və "Gənc oğlan" əsərləri // Şəki Dövlət Rəsm Qalereyası (facebook səhfəsi). — 2017. — 25 iyul. — Müraciət tarixi: 06.09.2024.
- Rəsulova Z. Çələbi xanla Nadir şahın görüşü təsviri sənətdə // Mədəniyyət : qəzet. — Bakı: Azərbaycan, 2024. — В. 4 sentyabr. —65 (2130) c. — Səh. 7. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 5 sentyabr 2024.
- Rəsulova Z. Çələbi xanla Nadir şahın görüşü təsviri sənətdə : [arx. 04.09.2024] // Mədəniyyət qəzeti. — 2024. — 4 sentyabr. — Müraciət tarixi: 04.09.2024.
- Məmmədov A. Şəkidə bir rəssam vardı... // Mədəniyyət : qəzet. — Bakı: Azərbaycan, 2024. — В. 2 oktyabr. — № 73 (2138). Arxivləşdirilib; arxivləşdirmə tarixi: 3 oktyabr 2024.
- Məmmədov A. Şəkidə bir rəssam vardı... : [arx. 02.10.2024] // Mədəniyyət qəzeti. — 2024. — 2 oktyabr. — Müraciət tarixi: 02.10.2024.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
Bu məqalə Şəki Ensiklopediyasının akademik məqaləsidir. |
- İ
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış rəssam və heykəltəraşlar
- Şəkidən çıxmış Böyük Vətən müharibəsi iştirakçıları
- Şəkidən çıxmış pedaqoqlar
- 1924-cü ildə doğulanlar
- 14 iyulda doğulanlar
- İyulda doğulanlar
- 7 dekabrda vəfat edənlər
- Dekabrda vəfat edənlər
- 2010-cu ildə vəfat edənlər
- Azərbaycan SSR əməkdar rəssamları
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər
- "Döyüş xidmətlərinə görə" medalı ilə təltif edilənlər
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı ilə təltif edilənlər
- Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı ilə təltif edilənlər
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "Əmək veteranı" medalı ilə təltif edilənlər
- Rəssam və heykəltəraşlar
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr
- Şəki Ensiklopediyası:Akademik məqalələr