"Tofiq Qaffarov" səhifəsinin versiyaları arasındakı fərqlər
(Eyni redaktor tərəfindən edilmiş 3 dəyişiklik göstərilmir) | |||
Sətir 3: | Sətir 3: | ||
|Adı = Tofiq Qaffarov | |Adı = Tofiq Qaffarov | ||
|Tam adı = Qaffarov Tofiq Mustafa oğlu | |Tam adı = Qaffarov Tofiq Mustafa oğlu | ||
− | |Şəkil = Tofiq | + | |Şəkil = Tofiq Qaffarov.png |
|Şəklin ölçüsü = | |Şəklin ölçüsü = | ||
|Şəklin izahı = Tofiq Qaffarov, 3 iyul 1969-cu il (foto: [[Salis Məmmədov|M.Salis]]) | |Şəklin izahı = Tofiq Qaffarov, 3 iyul 1969-cu il (foto: [[Salis Məmmədov|M.Salis]]) | ||
Sətir 16: | Sətir 16: | ||
|Vətəndaşlığı = | |Vətəndaşlığı = | ||
|Milliyəti = | |Milliyəti = | ||
− | |Həyat yoldaşı = | + | |Həyat yoldaşı = Xuraman Abbasəli qızı Qaffarova |
− | |Uşağı = Aybəniz | + | |Uşağı = Elçin, Aybəniz və [[İlhamə Məmmədova|İlhamə]] |
|Atası = | |Atası = | ||
|Anası = | |Anası = |
Səhifəsinin 00:22, 18 noyabr 2023 tarixinə olan son halı
Tofiq Qaffarov (1935–1991) — tanınmış pedaqoq, Şəki şəhər 12 №-li orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini. Daha əvvəl Şəki Şəhər Maarif Şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Ədəbi-bədii yaradıcılıqla da məşğul idi.
Tofiq Qaffarov | |
---|---|
Qaffarov Tofiq Mustafa oğlu | |
Tofiq Qaffarov, 3 iyul 1969-cu il (foto: M.Salis) | |
Doğum tarixi | 4 oktyabr 1935 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfatı | 22 iyul 1991 (55 yaşında) |
Vəfat yeri | Şəki, Azərbaycan, SSRİ |
Dəfn yeri | Xoçik qəbiristanlığı, Şəki |
Həyat yoldaşı | Xuraman Abbasəli qızı Qaffarova |
Uşaqları | Elçin, Aybəniz və İlhamə |
Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, filologiya fakültəsi (–1960) |
Haqqında məlumatlar
4 oktyabr 1935-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1954-cü ildə orta məktəbi,
1960-cı ildə isə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib.
Əmək fəaliyyəti
1960 – 1969-cu illərdə, Əvvəl Zaqatala rayonunda, Sonra isə Nuxa/Şəki rayonunda orta məktəb müəllimi,
1969 – 1975-ci illərdə Azərbaycan KP Şəki şəhər komitəsində ideoloji işçi,
1975 – 1979-cu illərdə Şəki Şəhər Maarif Şöbəsinin müdiri,
1979 – 1991-ci illərdə isə Şəki şəhər 12 №-li orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.
Ədəbi-bədii yaradıcılığı
Erkən yaşlarından ədəbi-bədii yaradıcılığa maraq göstərib, lirik və satirik şeirlər, nəsr əsərləri və publisist yazılar yazıb. Sağlığında hekayə və məqalələri “Ədəbiyyat və incəsənət”, “Azərbaycan nüəllimi”, “Şəki fəhləsi” və “İpəkçi” qəzetlərində dərc edilib.
2016-cı ildə – vəfatından 25 il keçəndən sonra isə “Gözümün işığı, dilimin sözü” adlı kitabı çap olunub.
Vəfatı
22 iyul 1991-ci il tarixdə – 55 yaşında, Şəkidə vəfat edib. Şəkidə Xoçik qəbiristanlığında dəfn olunub.
Ədəbiyyat
- Adışirinov K. XX əsr Şəki ədəbi-mədəni mühüti (1900–2000-ci illər) / AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı, 2015. — I kitab. — Səhifələrin sayı: 489. — Səh.: 227 – 250. — 500 nüsx. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 19 sentyabr 2022.
- Mustafayeva A. “Gözümün işığı, dilimin sözü” // Şəki bələdiyyəsi qəzetinin saytı. — 2016. — В. 6 oktyabr. — № 10 (144). Arxivləşdirilib; arxivləşdirmə tarixi: 3 noyabr 2020.
- Sadıxlı Y. “Gözümün işığı, dilimin sözü” // Şəki bələdiyyəsi : qəzet. — 2016. — В. oktyabr. — Səh. 5.
- Orsər R. Tofiq Qaffarov // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 349-351. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |