"Firidun Abdullayev" səhifəsinin versiyaları arasındakı fərqlər
(→Vəfatı) |
|||
(Eyni redaktor tərəfindən edilmiş 2 dəyişiklik göstərilmir) | |||
Sətir 4: | Sətir 4: | ||
|Tam adı = Abdullayev Firidun Muxtar oğlu | |Tam adı = Abdullayev Firidun Muxtar oğlu | ||
|Piktoqram = bio <!--“bio” sözünü yazar, kitab, diplomat, filosof, newspaper, riyaziyyat, fizika, kimya, biologiya, tibb, tarix, arxeologiya və musiqi və s. variantlarından (bütün variantlar burada: [[Şəki Ensiklopediyası:Layihə/Piktoqramlar]]) hər hansı biri ilə əvəz edə bilərsiniz--> | |Piktoqram = bio <!--“bio” sözünü yazar, kitab, diplomat, filosof, newspaper, riyaziyyat, fizika, kimya, biologiya, tibb, tarix, arxeologiya və musiqi və s. variantlarından (bütün variantlar burada: [[Şəki Ensiklopediyası:Layihə/Piktoqramlar]]) hər hansı biri ilə əvəz edə bilərsiniz--> | ||
− | |Şəkil = Firidun | + | |Şəkil = Firidun Abdullayev2.png |
|Şəklin ölçüsü = | |Şəklin ölçüsü = | ||
|Şəklin izahı = Firidun Abdullayev. | |Şəklin izahı = Firidun Abdullayev. | ||
Sətir 38: | Sətir 38: | ||
==Haqqında məlumatlar== | ==Haqqında məlumatlar== | ||
+ | [[Fayl:Firidun Abdullayev1.jpg|100px|thumb|left|Firidun Abdullayev, gənclik şəkli.]] | ||
31 may 1931-ci il tarixdə [[Nuxa|Nuxada]] (indiki Şəki) anadan olub. | 31 may 1931-ci il tarixdə [[Nuxa|Nuxada]] (indiki Şəki) anadan olub. | ||
Sətir 43: | Sətir 44: | ||
===Əmək fəaliyyəti=== | ===Əmək fəaliyyəti=== | ||
+ | [[Fayl:Firidun Abdullayev2.jpg|200px|thumb|left|Firidun Abdullayev, Sirkin direktoru olarkən, kabinetdə.]] | ||
Orta-ixtisas musiqi məktəbini bitirdikdən sonra müxtəlif ansambllarda nəfəs alətlərində (saksafon, fleyta və truba) ifa edib. Bir müddət Şimali Qafqazda yaşayıb və fəaliyyət göstərib. 1965-ci ildə Bakıya qayıdıb. | Orta-ixtisas musiqi məktəbini bitirdikdən sonra müxtəlif ansambllarda nəfəs alətlərində (saksafon, fleyta və truba) ifa edib. Bir müddət Şimali Qafqazda yaşayıb və fəaliyyət göstərib. 1965-ci ildə Bakıya qayıdıb. | ||
Səhifəsinin 13:13, 30 iyun 2024 tarixinə olan son halı
Firidun Abdullayev (1931–1987) — Azərbaycan SSR əməkdar mədəniyyət işçisi və Bakı Dövlət Sirkinin direktoru.
Firidun Abdullayev | |
---|---|
Abdullayev Firidun Muxtar oğlu | |
Firidun Abdullayev. | |
Anadan olub | 31 may 1931 |
Anadan olduğu yer | Nuxa (indiki Şəki), Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat edib | 1 aprel 1987 (55 yaşında) |
Vəfat etdiyi yer | Leninqrad (indiki Sankt-Peterburq) |
Vəfat səbəbi | xərçəng |
Dəfn yeri | Bakı |
Həyat yoldaşı | Valentina |
Uşaqları | Rauf, Yuliya və Murad |
Atası | Abdullayev Muxtar Nağı oğlu |
Anası | Abdullayeva (Kaşiyeva) Həyat Əbülfəz qızı |
Vətəndaşlıq | SSRİ |
Təhsili |
• Orta-ixtisas musiqi məktəbi • Moskva Dövlət Sirk və Estrada Sənəti Məktəbi, qiyabi |
Mükafatları |
Haqqında məlumatlar
31 may 1931-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Səkkizillik təhsildən sonra, əvvəl orta-ixtisas musiqi məktəbini, daha sonralar isə qiyabi olaraq Moskva Dövlət Sirk və Estrada Sənəti Məktəbini bitirib.
Əmək fəaliyyəti
Orta-ixtisas musiqi məktəbini bitirdikdən sonra müxtəlif ansambllarda nəfəs alətlərində (saksafon, fleyta və truba) ifa edib. Bir müddət Şimali Qafqazda yaşayıb və fəaliyyət göstərib. 1965-ci ildə Bakıya qayıdıb.
1967-ci ildən Bakı Dövlət Sirkinin direktor müavini, 1969-cu ildən ömrünün sonunadək isə direktoru olub.
Təltif və mükafatları
Vəfatı
1 aprel 1987-ci il tarixdə – 56 yaşa keçməsinə iki ay qalmış, Leninqradda (indiki Sankt-Peterburq) müalicə aldığı xəstəxanada xərçəng xəstəliyindən vəfat edib. Bakıda anasının dəfn olunduğu qəbiristanlıqda – anasının qəbrinin yanında dəfn olunub.
Ailəsi
Ailədə 7 qardaş və 2 bacı olublar.
1937-ci ildə – 6 yaşı olarkən, atası Muxtar Abdullayev Stalin repressiyaları nəticəsində həbs edilib və güllələnib. Anası Həyat Əbülfəz qızı Abdullayeva (Kaşiyeva) isə Sibirə sürgün olunub. Hər ikisi Stalinin ölümündən sonra – 1956-cı ildə, bəraət alıblar.
Firidun Abdullayevin özü 3 dəfə ailə qurub. Birinci həyat yoldaşı ilə Batumidə qastrolda tanış olmuşdu. Ondan Rauf adlı oğlu doğulub. Hal-hazırda Rauf Batumidə yaşayır, zabitdir. İkinci həyat yoldaşından Yuliya adlı qızı doğulub. Üçüncü həyat yoldaşı Valentina ilə isə Şimali Qafqazda tanış olmuşdu. Onunla 1965-ci ildə Bakıya gəlib. Bakıda oğlu Murad anadan olub. Murad Abdullayev hal-hazırda Böyük Moskva sirkinin tanınmış meymun təlimçisi və Rusiya Federasiyasının əməkdar artistidir və Murad Abdullayevin qızı Aydan Abdullayeva da sirkdə işləyir.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Abdullayev Firidun // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 26. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |