Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

"Ələsgər Abdullayev" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
 
(Eyni redaktor tərəfindən edilmiş bir dəyişiklik göstərilmir)
Sətir 3: Sətir 3:
 
  |Adı                = Ələsgər Abdullayev
 
  |Adı                = Ələsgər Abdullayev
 
  |Tam adı            = Abdullayev Ələsgər Baba oğlu
 
  |Tam adı            = Abdullayev Ələsgər Baba oğlu
  |Şəkil              = Alasgar.jpg
+
  |Şəkil              = Ələsgər Abdullayev2.png
 
  |Şəklin izahı        = Ələsgər Abdullayev.
 
  |Şəklin izahı        = Ələsgər Abdullayev.
 
  |Şəklin ölçüsü      =  
 
  |Şəklin ölçüsü      =  
Sətir 35: Sətir 35:
 
  |Commons            =  
 
  |Commons            =  
 
}}
 
}}
'''Ələsgər Abdullayev''' (''Şəkili Ələsgər''; 1866–1929) — güclü və zəngin tembrli səsə, özünəməxsus orijinal ifa üslubuna malik olmuş məşhur xanəndə. Azərbaycan musiqi tarixində “Rahab” muğamının ən gözəl ifaçılarından biri hesab edilmişdir.
+
'''Ələsgər Abdullayev''' (1866–1929) — güclü və zəngin tembrli səsə, özünəməxsus orijinal ifa üslubuna malik olmuş məşhur xanəndə. Azərbaycan musiqi tarixində “Rahab” muğamının ən gözəl ifaçılarından biri hesab edilmişdir.
  
 
== Haqqında məlumatlar ==
 
== Haqqında məlumatlar ==
Sətir 41: Sətir 41:
  
 
=== Xanəndəlik fəaliyyəti ===
 
=== Xanəndəlik fəaliyyəti ===
 +
[[Fayl:Ələsgər Abdullayev.jpg|200px|thumb|left|Ələsgər Abdullayev.]]
 
Uşaq yaşlarından bənna köməkçisi işləyirdi. 20 yaşında xanəndə Keştazlı Həşimdən xanəndəlik sənətini öyrəndikdən sonra həm də toy məclislərində oxumağa başlayıb. Bir dəfə isə divar tikərkən oxuduğu “Segah”ı, təsadüfən, Bakıdan qonaq gəlmiş tacir-xanəndə Ağa Səid oğlu dinləyib və onu Bakıya dəvət edərək ona Bakıda daha mükəmməl oxumağı öyrədib. Bundan sonra Ələsgər Abdullayev ustad bir xanəndə kimi tanınıb.
 
Uşaq yaşlarından bənna köməkçisi işləyirdi. 20 yaşında xanəndə Keştazlı Həşimdən xanəndəlik sənətini öyrəndikdən sonra həm də toy məclislərində oxumağa başlayıb. Bir dəfə isə divar tikərkən oxuduğu “Segah”ı, təsadüfən, Bakıdan qonaq gəlmiş tacir-xanəndə Ağa Səid oğlu dinləyib və onu Bakıya dəvət edərək ona Bakıda daha mükəmməl oxumağı öyrədib. Bundan sonra Ələsgər Abdullayev ustad bir xanəndə kimi tanınıb.
  

Səhifəsinin 20:25, 20 oktyabr 2024 tarixinə olan son halı

Ələsgər Abdullayev
Abdullayev Ələsgər Baba oğlu
Ələsgər Abdullayev
Ələsgər Abdullayev.
Şəxsi məlumatlar
Doğum tarixi 1866(1866-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 1 aprel 1929 (63 yaşında)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Uşağı Mikayıl Abdullayev (tarzən)
Ləqəbi Şəkili Ələsgər

Ələsgər Abdullayev (1866–1929) — güclü və zəngin tembrli səsə, özünəməxsus orijinal ifa üslubuna malik olmuş məşhur xanəndə. Azərbaycan musiqi tarixində “Rahab” muğamının ən gözəl ifaçılarından biri hesab edilmişdir.

Haqqında məlumatlar

1866-cı ildə Nuxada (indiki Şəki), yoxsul bir ailədə anadan olub.

Xanəndəlik fəaliyyəti

Ələsgər Abdullayev.

Uşaq yaşlarından bənna köməkçisi işləyirdi. 20 yaşında xanəndə Keştazlı Həşimdən xanəndəlik sənətini öyrəndikdən sonra həm də toy məclislərində oxumağa başlayıb. Bir dəfə isə divar tikərkən oxuduğu “Segah”ı, təsadüfən, Bakıdan qonaq gəlmiş tacir-xanəndə Ağa Səid oğlu dinləyib və onu Bakıya dəvət edərək ona Bakıda daha mükəmməl oxumağı öyrədib. Bundan sonra Ələsgər Abdullayev ustad bir xanəndə kimi tanınıb.

1902 – 1903-cü illərdə Bakıda təşkil edilmiş Şərq konsertlərində “Çahargah”, “Bayatı-Şiraz”, “Şüştər” muğamlarını, gürcü mahnılarını məharətlə ifa edib. Sonralar Azərbaycanın müxtəlif şəhərlərində, həmçinin, Gürcüstanda, Dağıstanda, Orta Asiyada, Türkiyədə və İranda da konsertlər verib. İranda gözəl ifaçılıq qabiliyyətinə görə İran şahı tərəfindən qızıl saatla mükafatlandırılıb.

Uzun illər tarzən Şirin Axundovun müşayiəti ilə çıxış etmişdir.

1913 – 1914-cü illərdə onun Qurban Pirimov və Saşa Oqanezaşvilinin müşayiətilə ifa etdiyi “Çahargah”, “Rast”, “Mahur-hindi”, “Zabur-segah”, “Rahab” və “Şüştər” muğamları Tiflis və Kiyev şəhərlərində “Sport-Rekord” və “Ekstrafon” səsyazma şirkətləri tərəfindən vala yazılıb.

Vəfatı

1 aprel 1929 tarixdə – 63 yaşında, Bakıda vəfat edib.

Ədəbiyyat

  1. Abdullayev Ələsgər Baba oğlu // Azərbaycan Sovet Ensiklopediyası  : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1976. — I  cild. — Səhifələrin sayı:  648. — Səh.: 16. — 80.000 nüsx.
  2. Məmmədov Ə., Xalıqov F. Abdullayev Ələsgər // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 19. — 1.000 nüsx.
  3. Mete Ə. Şəkili Ələsgər // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 501-502. — 500 nüsx.
    Şuşalı F. Azərbaycan xalq musiqişünasları. — Bakı, 1985. — Səh.: 174 – 178.
  4. Abdullayev Ələsgər Baba oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 10 000; 608 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2009. —I  c. — Səh. 29. — ISBN 978-9952-441-02-4.
  5. "Abdullayev Ələsgər Baba oğlu". http://mugam.musigi-dunya.az/ (azərb.). Muğam ensiklopediyası. 5 Mar 2016 tarixində arxivləşdirilib.