"İsmayıl xan Xoyski" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 26: | Sətir 26: | ||
| uşağı = 2 qız; 1.Səadət bəyim 2.? | | uşağı = 2 qız; 1.Səadət bəyim 2.? | ||
}} | }} | ||
− | '''İsmayıl xan Xoyski''' (?–1819) | + | '''İsmayıl xan Xoyski''' (?–1819) — 1814–1819-cu illərdə hakimiyyətdə olmuş [[Şəki xanlığı|Şəki xanı]]. |
== Haqqında məlumatlar == | == Haqqında məlumatlar == | ||
Sətir 50: | Sətir 50: | ||
{{Yoxlanılmış məqalə}} | {{Yoxlanılmış məqalə}} | ||
+ | |||
+ | [[az:İsmayıl xan Xoyski]] |
19:15, 4 avqust 2021 versiyası
İsmayıl xan Xoyski | |||||
---|---|---|---|---|---|
İsmayıl xan Xoyski | |||||
|
|||||
Tacqoyma | 22 may 1815 | ||||
Sələfi | Cəfərqulu xan Xoyski | ||||
Xələfi | Şəki xanlığı ləğv olundu | ||||
Doğum yeri | Xoy, İran | ||||
Vəfat tarixi | 5 avqust 1819 | ||||
Vəfat yeri | Nuxa (indiki Şəki) | ||||
Dəfn yeri | Kərbəla | ||||
Dini | islam, şiə | ||||
Atası | Cəfərqulu xan Xoyski | ||||
Anası | Şərəfnisə bəyim | ||||
Həyat yoldaşı | Tuti ağa Məhəmmədhəsən xan qızı | ||||
Uşaqları | 2 qız; 1.Səadət bəyim 2.? |
İsmayıl xan Xoyski (?–1819) — 1814–1819-cu illərdə hakimiyyətdə olmuş Şəki xanı.
Haqqında məlumatlar
Çar Aleksandrın 22 may (Yuli təqvimi ilə: 10 may) 1815-ci il tarixli fərmanı ilə rəsmi şəkildə Şəki xanı kimi təsdiqlənmişdir. Lakin atası Cəfərqulu xandan fərqli olaraq, rus hakimiyyət dairələrinin ümidlərini doğrultmadı. Yüksək çinli rus məmurlarının öz aralarındakı yazışmalarında İsmayıl xanı hətta “böyük axmaq” da adlandırmışdılar. Nəhayət, İsmayıl xan xəstələndi və bir həftəlik yataq vəziyyətindən sonra 5 avqust (Yuli təqvimi ilə: 24 iyul) 1819-cu il tarixdə öldü. Belə bir fürsət gözləyən ruslar isə onun oğul varisinin olmamasını bəhanə edərək Şəki xanlığının ləğv edildiyini və yerində Şəki əyalətinin yaradıldığını elan etdilər. Şamaxı xanı Mustafa xan o vaxt iddia etmişdir ki, İsmayıl xanı ruslar öldürüblər. Ruslar isə öz növbələrində onun, bacısı Sara bəyim tərəfindən zəhərlənməsindən şübhələndiklərini bildirirdilər.
Şəki xanlığının ləğv edilməsindən az sonra, ruslar mərhum xanın qohum-əqrəbasının bir qisminə illik təqaüd kəsdilər. Məsələn, “Kiçik ağa” ləqəbi ilə tanınan əmisi oğlu Kəlbəli bəyə əvvəl 1300, sonra isə 2300; Kəlbəli bəyin anası Səltənət bəyimə 1200 manat və s. Lakin bununla yanaşı, həm də onlara Nuxanı tərk etmək “məsləhət” görüldü.
İsmayıl xanın ölümündən bir il sonra əmisi oğlu Kəlbəli bəy rus hakimiyyət dairələrinə rəsmən müraciət edərək mərhumun nəşinin Kərbəlaya aparılması üçün təşkilati köməklik göstərilməsini istəmişdir.
İsmayıl xanın arvadı Şəkinin yerli xanlarından olan Məhəmmədhəsən xanın qızı Tuti ağa idi. Tüti ağa isə İsmayıl xanın 2 qızının anası idi və bu qızlardan biri isə İsmayıl xanın ölümündən bir-neçə gün sonra dünyaya gəlmişdir.
İstinadlar və qeydlər
- ↑ Onlar özlərini Xəlifə Harun ər-Rəşidin vəziri olmuş Cəfər Bərməkinin nəslindən hesab edirdilər.
Ədəbiyyat
- Aydın Məmmədov. Fətəli xan Xoyskinin əsli nəcabətinə dair faktlar, “Elm” qəzeti, 4 oktyabr, 2002-ci il.
Xarici keçidlər
Aydın Məmmədov. Fətəli xan Xoyskinin əsli nəcabətinə dair faktlar
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |