Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7388 5183 5607 (05/26 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...

"Şəki Ensiklopediyası:Xəbərlər arxivi/2020" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
(Səhifəni '<templatestyles src="Şablon:Ana səhifə/styles.css" />__NOTOC____NOEDITSECTION__

'''2020-ci il'''</c...' ilə yarat)

Sətir 35: Sətir 35:

[[Şəkil:Yusif Kərimli.jpg|right|105px|]]

[[Şəkil:Yusif Kərimli.jpg|right|105px|]]

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev '''13 yanvar''' 2020-ci il tarixdə keçirdiyi 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan idmançılarının əvvəlki ildəki müvəffəqiyyətlərinə toxunarkən şəkili yeniyetmə şahmatçı [[Yusif Kərimli|'''Yusif Kərimlinin''']] də adını çəkib.

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev '''13 yanvar''' 2020-ci il tarixdə keçirdiyi 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan idmançılarının əvvəlki ildəki müvəffəqiyyətlərinə toxunarkən şəkili yeniyetmə şahmatçı [[Yusif Kərimli|'''Yusif Kərimlinin''']] də adını çəkib.

<noinclude>{{doc}}</noinclude>

21:09, 14 noyabr 2021 versiyası

2020-ci il
• 20 noyabr 2020-ci il tarixdə ictimai-siyasi xadim, Azərbaycan Respublikası baş nazirinin sabiq müavini və Azərbaycanın Rusiya Federasiyasındakı sabiq səlahiyyətli nümayəndəsi Hikmət Hacızadə 66 yaşında Bakıda vəfat edib.

• 11 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyinin qeyd olunması barədə sərəncam imzalayıb.

Faiq Çələbiyev
• 30 iyul 2020-ci il tarixdə musiqişünas alim-tarzən, sənətşünaslıq elmləri doktoru, Aleksandr Hersen adına Rusiya Dövlət Pedaqoji Universitetinin şimal xalqları institutu fakültəsinin paleoasiya dilləri, folkloru və ədəbiyyatı kafedrasının professoru, Sankt-Peterburq azərbaycanlı icmasının görkəmli nümayəndəsi Faiq Çələbiyev vəfat edib.

Fəxrəddin Qədirov

Vüqar Kərimov
• 2 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vüqar Kərimovu Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirinin müavini vəzifəsinə təyin edib. Vüqar Kərimov 1973-cü ildə Şəki rayonunun Kiş kəndində anadan olub.
2020-ci il
Perviz Abbasov
• 28 mart 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı olmuş “Yeni Klinika”nın direktoru – tibb üzrə elmlər doktoru Pərviz Abbasov, əslən Şəkidəndir. O, 1981-ci ildə Şəkidə anadan olub.

Aydın Süleymanlı, Moskva 27 fevral 2020-ci il
• 27 fevral 2020-ci il tarixdə yeniyetmə Azərbaycan şahmatçısı Aydın Süleymanlı Moskvada keçirilmiş “Aeroflot open 2020” beynəlxalq şahmat festivalının A turnirində 9 turdan 6,5 xal toplayaraq qalib olub. Aydın Süleymanlı Şəkidən çıxmış alimin, vaxtilə, AMEA Fizika İnstitutunun baş elmi işçisi olmuş Aydın Süleymanovun nəvəsidir.

Asger Xalilov.jpg
• 27 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini və Sərhəd Qoşunları komandanı general-leytenant Əsgər Xəlilov “Rəşadət” ordeni ilə təltif edilib və hərbi geyim formasını daşımaq hüququ verilməklə, Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən istefaya buraxılıb.

Yusif Kərimli.jpg
• Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 13 yanvar 2020-ci il tarixdə keçirdiyi 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan idmançılarının əvvəlki ildəki müvəffəqiyyətlərinə toxunarkən şəkili yeniyetmə şahmatçı Yusif Kərimlinin də adını çəkib.