Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

"Namiq Əhmədov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 65: Sətir 65:
  
 
==Təltif və mükafatları==
 
==Təltif və mükafatları==
* [["Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı|“Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” yubiley medalı]] (1919).
+
* [["Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı|“Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” yubiley medalı]] (2019).
  
 
== Ədəbiyyat ==
 
== Ədəbiyyat ==

20:05, 28 avqust 2024 versiyası

Namiq Əhmədov
Əhmədov Namiq Abduləvvəl oğlu
Namiq Əhmədov
Namiq Əhmədov.
Doğum tarixi 23 iyun 1949 (1949-06-23) (75 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi fizika-riyaziyyat
İş yeri Bakı Dövlət Universiteti, Fizika Problemləri Elmi-Tədqiqat İnstitutu, nəzəri fizika şöbəsi (baş elmi işçi)
Elmi dərəcəsi fizika-riyaziyyat elmləri doktoru
Elmi adı professor
Təhsili

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, fizika fakültəsi (1966–1971)

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, aspirantura və SSRİ EA Bioüzvü Kimya İnstitutu, aspirantura (1972–1975).
Mükafatları "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı

Namiq Əhmədov — fizika-riyaziyyat elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun nəzəri fizika şöbəsinin baş elmi işçisi.

Haqqında məlumatlar

23 iyun 1949-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1956 – 1966-cı illərdə Nuxa şəhər 12 saylı orta məktəbində,

1966 – 1971-cı illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində,

1972 – 1975-ci illərdə isə əvvəl S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin, sonra isə SSRİ EA Bioüzvü Kimya İnstitutunun aspiranturasında təhsil alıb.

Elmi fəaliyyəti

1976-cı ildə “Oliqopeptidlərin nəzəri konformasiya analizi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

1984-cü ildə molekulyar biologiya ixtisası üzrə dosent elmi adını alıb.

1991-ci ildə “Peptid hormonların quruluş-funksiya təşkili” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

2007-cu ildə biofizika ixtisası üzrə professor elmi adını alıb.

260-dan çox elmi əsərin müəllifidir.

Əmək fəaliyyəti

1971 – 1972-ci illərdə təyinatla Azərbaycan SSR EA Fizika İnstitutunda işləyib.

1975-ci ildən S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində/Bakı Dövlət Universitetində işləyir; o cümlədən,

1975 – 1978-ci illərdə universitetin molekulyar biofizika elmi-tədqiqat laboratoriyasında mühəndis,

1978 – 1994-cı illərdə böyük elmi işçi vəzifəsini tutmuş,

2006-ci ildən isə universitetin Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun nəzəri fizika şöbəsində baş elmi işçi olmuşdur.

İkinci iş yerləri

1976-cı ildən Azərbaycan Dövlət Universitetində/Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.

Təltif və mükafatları

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Əhmədov Namiq // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 197-198. — 1.000 nüsx.
  2. "Namiq Abduləvvəl oğlu Əhmədov". http://ipp.bsu.edu.az/ (azərb.). Bakı Dövlət Universiteti. 7 Jul 2011 – 28 Jan 2020 tarixində arxivləşdirilib.
  3. Əhmədov Namiq Abduləvvəl oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 10 000; 600 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2018. —VIII  c. — Səh. 267. — ISBN 978-9952-441-13-0.