Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

"İsmət İsmayılov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 20: Sətir 20:
 
  |Uşağı                  = Hikmət (1953–2013) və Bahar
 
  |Uşağı                  = Hikmət (1953–2013) və Bahar
 
  |Fəaliyyəti              =  
 
  |Fəaliyyəti              =  
  |Təhsili                = {{*}}Azərbaycan Dövlət Rəssamlıq Məktəbi (natamam)
+
  |Təhsili                = Bakı Kommunal-Tikinti Texnikumu (1948–1952)
 
{{*}}Kommunal-Tikinti Texnikumu
 
  |Janrı                  =  
 
  |Janrı                  =  
 
  |Stili                  =  
 
  |Stili                  =  
Sətir 30: Sətir 28:
 
  |Təsirlənib              =  
 
  |Təsirlənib              =  
 
  |Təsir edib              =  
 
  |Təsir edib              =  
  |Mükafatları            = {{Azərbaycan SSR əməkdar rəssamı|1988}}
+
  |Mükafatları            = {{"1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı}}{{"Döyüş xidmətlərinə görə" medalı}}{{"1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı}}{{Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı|1970}}{{"1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı|1975}}{{"Əmək veteranı" medalı}}<br/>{{Azərbaycan SSR əməkdar rəssamı|1988}}
 
  |Sayt                    =  
 
  |Sayt                    =  
 
  |İmzası                  =  
 
  |İmzası                  =  
Sətir 36: Sətir 34:
 
  |Commons                =  
 
  |Commons                =  
 
}}
 
}}
'''İsmət İsmayılov''' (1924–2010) — tanınmış rəssam, SSRİ Rəssamlar İttifaqının üzvü və [[Azərbaycan SSR əməkdar rəssamı]]. Yaradıcılığının əsas istiqamətləri qrafika, rəngkarlıq (xüsusən, portret), tətbiqi sənət (parçaların bədii tərtibatı, ağac üzərində bədii oyma, nəqqaşlıq) idi.
+
'''İsmət İsmayılov''' (1924–2010) — tanınmış rəssam, [[Azərbaycan SSR əməkdar rəssamı]]. Yaradıcılığının əsas istiqamətləri qrafika, rəngkarlıq (xüsusən, portret), tətbiqi sənət (parçaların bədii tərtibatı, ağac üzərində bədii oyma, nəqqaşlıq) idi.
  
==Haqqında məlumatlar==
 
==Haqqında məlumatlar==
Sətir 42: Sətir 40:
  
===Təhsili===
 
===Təhsili===
Nuxa şəhər 7 №-li orta məktəbini bitirib.
+
1934 – 1943-cü illərdə Nuxa şəhər 7 №-li orta məktəbində,
  
Əvvəl Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olub, lakin ailə vəziyyətinə görə təhsilini kommunal-tikinti texnikumunda davam etdirib.
+
1948 – 1952-ci illərdə isə Bakı Kommunal-Tikinti Texnikumunda təhsil alıb.
  
===Hərbi xidmətdə===
 
===Hərbi xidmətdə===
1943-cü ilin avqust ayında ordu sıralarına çağırılıb. Qısamüddətli serjant (çavuş) məktəbini bitirib.  
+
1943-cü ilin avqust ayında ordu sıralarına çağırılıb. Böyük Vətən müharibəsinin qızğın çağında hərbi qərargahda rəssam olaraq çalışıb.
 +
 
 +
1947-ci ildə baş serjant (baş çavuş) rütbəsində ordudan tərxis edilib.
  
===Əmək fəaliyyəti===
 
===Əmək fəaliyyəti===
1959-cu ilədək Nuxa pionerlər evində və Nuxa şəhər 7 №-li orta məktəbdə rəsm müəllimi, Ağdaş rayonunda tikintidə iş icraçısı, Nuxada tikintidə mühəndis, kommunal təsərrüfatı idarəsində şöbə müdiri, ticarət idarəsinin soyuducu qurğusunda rəis və s. vəzifələrdə çalışıb.
+
1947-ci ildə Nuxa pionerlər evində və Nuxa şəhər 7 №-li orta məktəbində rəsm müəllimi,  
 +
 
 +
1952 – 1959-cu illərdə Ağdaş rayonunda tikintidə iş icraçısı, Nuxada tikintidə mühəndis, kommunal təsərrüfatı idarəsində şöbə müdiri, ticarət idarəsinin soyuducu qurğusunda rəis,
 +
 
 +
1959 – 1965-ci illərdə [[Şəki xan sarayı|Şəki xan sarayının]] bərpasında iş icraçısı,
  
1959-cu ildən isə [[V.İ.Lenin adına Nuxa İpək Kombinatı|V.İ.Lenin adına Nuxa İpək Kombinatının]] parça tərtibatı üzrə rəssamı olub.
+
1965-ci ildən isə [[V.İ.Lenin adına Nuxa İpək Kombinatı|V.İ.Lenin adına Nuxa İpək Kombinatında]] parça tərtibatı üzrə rəssam vəzifəsində çalışıb.
  
===Digər===
 
===Digər===
Hərbi xidmətdə olarkən hərbi qərargahda rəssam kimi fəaliyyət göstərib, çoxlu sayda döyüş yoldaşlarının və komandirlərin portretlərini çəkib və bu portretlərin şəkli ordu qəzetlərində tirajlanıb.
+
Hərbi xidmətdə olarkən sovet əsgərlərini qələbəyə çağıran plakatlar, alman faşistlərini lağa qoyan, ifşa edən karikaturalar, çoxlu sayda döyüş yoldaşlarının və komandirlərin portretlərini çəkib və bunların bir qismi ordu qəzetlərində tirajlanıb.
  
1959 – 1965-ci illərdə [[Şəki xan sarayı|Şəki xan sarayının]] bərpasında iş icraçısı olub.
+
1973-cü ildə SSRİ Rəssamlar İttifaqına üzv qəbul edilib.
  
1973-ildə SSRİ Rəssamlar İttifaqına üzv qəbul edilib.
+
1960-cı illərinin ortalarından başlamaqla Şəki ipək kombinatında istehsal edilmiş məşhur “Krepdeşen”, “Qış günü”, “Paplin”, “Şəkili qız” və s adlı parçalar onun çəkdiyi süjetlər əsasında güllənib. Bununla yanaşı, akvarel və yağlı boya ilə də müxtəlif mövzularda tablolar yaradıb. Onlardan ən məşhurları “Hacı Çələbi Nadir şahın hüzurunda” adlı 51x72 sm ölçüsündə iki tablo olub. Birincisi kağız üzərində qrafika (ağ-qara), ikincisi isə yağlı boya ilə kətan üzərində işlənmiş rəngkarlıq əsəridir. Birincisi 1981-ci ildə Şəki Tarix-Diyarşünaslıq Muzeyinin fonduna daxil edilsə də, rəssam vəfat edənədək ikinci əsəri özündə saxlayıb və sağlığında heç kimə satmayıb. Vəfat etdikdən sonra isə Şəkidəki “Minali Butik” hotelinin rəhbərliyi tərəfindən həmin əsər ailəsindən satın alınaraq hotelin foyesində görkəmli yerdə divardan asılıb.  
  
===Təltif və mükafatları===  
 
===Təltif və mükafatları===  
SSRİ-də təşkil olunmuş bir çox sərgilərin diplomları, bir sıra döyüş və əmək medalları ilə təltif edilib. Böyük Vətən müharibəsi və əmək veteranı olub.
+
* [["1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı|“1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı]] (1945);
* [[Azərbaycan SSR əməkdar rəssamı|“Azərbaycan SSR əməkdar rəssamı” fəxri adı]] (1988).
+
* [["Döyüş xidmətlərinə görə" medalı|“Döyüş xidmətlərinə görə” medalı]] (1946);
 +
* [["1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı|“1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi” yubiley medalı]] (1965);
 +
* [[Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı|Lenin yubiley medalı]] (1970);
 +
* [["1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı|“1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi” yubiley medalı]] (1975);
 +
* [["Əmək veteranı" medalı|“Əmək veteranı” medalı]];
 +
* [[Azərbaycan SSR əməkdar rəssamı|“Azərbaycan SSR əməkdar rəssamı” fəxri adı]] (aprel, 1988).
  
===Vəfatı===
 
===Vəfatı===
Sətir 107: Sətir 116:
 
}}
 
}}
 
#: {{Sayta istinad2|url=https://medeniyyet.az/page/news/75458/Celebi-xanla-Nadir-sahin-gorusu-tesviri-senetde.html |author =Rəsulova Z. |authorlink=Zəminə Rəsulova |title=Çələbi xanla Nadir şahın görüşü təsviri sənətdə|İstinad edilən səhifəyə keçid  |subtitle= |deadlink= |archiveurl=https://web.archive.org/web/20240904103513/https://medeniyyet.az/page/news/75458/Celebi-xanla-Nadir-sahin-gorusu-tesviri-senetde.html |archivedate=04 Sep 2024 |lang=az |showlang=|responsible=  |website=Mədəniyyət qəzeti |websiteurl=https://medeniyyet.az/ |type= |date=04-09-2024 |accessdate= 04.09.2024|quote= |quoteup= |description= |ref= }}
 
# {{Sayta istinad2|url=https://medeniyyet.az/page/news/75950/Sekide-bir-ressam-vardi.html |author =Məmmədov A. |authorlink= Aydın Məmmədov (jurnalist)|title=Şəkidə bir rəssam vardı...|subtitle= |deadlink= |archiveurl=https://web.archive.org/web/20241002181655/https://medeniyyet.az/page/news/75950/Sekide-bir-ressam-vardi.html |archivedate=02 Oct 2024 |lang=az |showlang=|responsible=  |website=Mədəniyyət qəzeti |websiteurl=https://medeniyyet.az/ |type= |date= 02-10-2024 |accessdate= 02.10.2024|quote= |quoteup= |description= |ref= }}
  
{{Yoxlanılmış məqalə}}
 
{{Yoxlanılmış məqalə}}
  
{{Çapa hazır məqalə}}
 
{{Çapa hazır məqalə}}

00:04, 3 oktyabr 2024 versiyası

İsmət İsmayılov
İsmayılov İsmət Şirəli oğlu
İsmət İsmayılov
İsmət İsmayılov.
Doğum tarixi 14 iyul 1924(1924-07-14)
Doğum yeri Qudula, Şəki qəzası, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 7 dekabr 2010 (86 yaşında)
Vəfat yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Dəfn yeri Məhəmməd əfəndi qəbiristanlığı, Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili Bakı Kommunal-Tikinti Texnikumu (1948–1952)
Mükafatları "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı"Döyüş xidmətlərinə görə" medalı"1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalıVladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı — 1970"1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı — 1975"Əmək veteranı" medalı
"Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı — 1988
Uşaqları Hikmət (1953–2013) və Bahar
Həyat yoldaşı Naimə Şəkixanova Məmmədxan qızı (1926–2010)

İsmət İsmayılov (1924–2010) — tanınmış rəssam, Azərbaycan SSR əməkdar rəssamı. Yaradıcılığının əsas istiqamətləri qrafika, rəngkarlıq (xüsusən, portret), tətbiqi sənət (parçaların bədii tərtibatı, ağac üzərində bədii oyma, nəqqaşlıq) idi.

Haqqında məlumatlar

14 iyul 1924-cü il tarixdə Şəki qəzasının Qudula kəndində anadan olub.

Təhsili

1934 – 1943-cü illərdə Nuxa şəhər 7 №-li orta məktəbində,

1948 – 1952-ci illərdə isə Bakı Kommunal-Tikinti Texnikumunda təhsil alıb.

Hərbi xidmətdə

1943-cü ilin avqust ayında ordu sıralarına çağırılıb. Böyük Vətən müharibəsinin qızğın çağında hərbi qərargahda rəssam olaraq çalışıb.

1947-ci ildə baş serjant (baş çavuş) rütbəsində ordudan tərxis edilib.

Əmək fəaliyyəti

1947-ci ildə Nuxa pionerlər evində və Nuxa şəhər 7 №-li orta məktəbində rəsm müəllimi,

1952 – 1959-cu illərdə Ağdaş rayonunda tikintidə iş icraçısı, Nuxada tikintidə mühəndis, kommunal təsərrüfatı idarəsində şöbə müdiri, ticarət idarəsinin soyuducu qurğusunda rəis,

1959 – 1965-ci illərdə Şəki xan sarayının bərpasında iş icraçısı,

1965-ci ildən isə V.İ.Lenin adına Nuxa İpək Kombinatında parça tərtibatı üzrə rəssam vəzifəsində çalışıb.

Digər

Hərbi xidmətdə olarkən sovet əsgərlərini qələbəyə çağıran plakatlar, alman faşistlərini lağa qoyan, ifşa edən karikaturalar, çoxlu sayda döyüş yoldaşlarının və komandirlərin portretlərini çəkib və bunların bir qismi ordu qəzetlərində tirajlanıb.

1973-cü ildə SSRİ Rəssamlar İttifaqına üzv qəbul edilib.

1960-cı illərinin ortalarından başlamaqla Şəki ipək kombinatında istehsal edilmiş məşhur “Krepdeşen”, “Qış günü”, “Paplin”, “Şəkili qız” və s adlı parçalar onun çəkdiyi süjetlər əsasında güllənib. Bununla yanaşı, akvarel və yağlı boya ilə də müxtəlif mövzularda tablolar yaradıb. Onlardan ən məşhurları “Hacı Çələbi Nadir şahın hüzurunda” adlı 51x72 sm ölçüsündə iki tablo olub. Birincisi kağız üzərində qrafika (ağ-qara), ikincisi isə yağlı boya ilə kətan üzərində işlənmiş rəngkarlıq əsəridir. Birincisi 1981-ci ildə Şəki Tarix-Diyarşünaslıq Muzeyinin fonduna daxil edilsə də, rəssam vəfat edənədək ikinci əsəri özündə saxlayıb və sağlığında heç kimə satmayıb. Vəfat etdikdən sonra isə Şəkidəki “Minali Butik” hotelinin rəhbərliyi tərəfindən həmin əsər ailəsindən satın alınaraq hotelin foyesində görkəmli yerdə divardan asılıb.

Təltif və mükafatları

Vəfatı

7 dekabr 2010-cu il tarixdə – 86 yaşında, Şəkidə vəfat edib. Məhəmməd əfəndi qəbiristanlığında dəfn olunub.

Yaradıcılığından nümunələr

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. İsmayılov İsmət // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 204. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  2. Əməkdar rəssam İsmət İsmayılov "Həyətimiz" və "Gənc oğlan" əsərləri // Şəki Dövlət Rəsm Qalereyası (facebook səhfəsi). — 2017. — 25 iyul. — Müraciət tarixi: 06.09.2024.
  3. Rəsulova Z. Çələbi xanla Nadir şahın görüşü təsviri sənətdə // Mədəniyyət : qəzet. — Bakı: Azərbaycan, 2024. — В. 4 sentyabr. —№ 65 (2130)  c. — Səh. 7. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 5 sentyabr 2024.
    Rəsulova Z. Çələbi xanla Nadir şahın görüşü təsviri sənətdə : [arx. 04.09.2024] // Mədəniyyət qəzeti. — 2024. — 4 sentyabr. — Müraciət tarixi: 04.09.2024.
  4. Məmmədov A. Şəkidə bir rəssam vardı... : [arx. 02.10.2024] // Mədəniyyət qəzeti. — 2024. — 2 oktyabr. — Müraciət tarixi: 02.10.2024.