Əbdürəhman Abdullayev: Redaktələr arasındakı fərq
Redaktənin izahı yoxdur |
Redaktənin izahı yoxdur |
||
Sətir 4: | Sətir 4: | ||
|Adı = Əbdürəhman Abdullayev | |Adı = Əbdürəhman Abdullayev | ||
|Orijinal adı = ''Abdullayev Əbdürəhman Məmməd oğlu'' | |Orijinal adı = ''Abdullayev Əbdürəhman Məmməd oğlu'' | ||
|Şəkil = | |Şəkil = Əbdürəhman_Abdullayev_.png | ||
|Şəklin ölçüsü = | |Şəklin ölçüsü = | ||
|Şəklin izahı = Əbdürəhman Abdullayev, 1976-cı il. | |Şəklin izahı = Əbdürəhman Abdullayev, 1976-cı il. | ||
|Digər adı = | |Digər adı = |
Səhifəsinin 18:21, 17 noyabr 2023 tarixinə olan son versiyası
Əbdürəhman Abdullayev | |
---|---|
Abdullayev Əbdürəhman Məmməd oğlu | |
Əbdürəhman Abdullayev, 1976-cı il. | |
Doğum tarixi | 17 noyabr 1914 |
Doğum yeri | Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 9 iyul 1997 (82 yaşında) |
Vəfat yeri | Şəki, Azərbaycan |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elm sahəsi | filologiya |
Elmi dərəcəsi | filologiya elmləri namizədi |
Təhsili |
Nuxa Pedaqoji Məktəbi (1930–1933) V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu (1937–1941) |
Evladları | Arif Abdullazadə, Sədaqət Qasımlı |
Mükafatları |
|
Əbdürəhman Abdullayev (1914–1997) — tanınmış ədəbiyyatşünas, filologiya elmləri namizədi, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
17 noyabr 1914-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1930 – 1933-cü illərdə Nuxa Pedaqoji Məktəbində,
1937 – 1941-ci illərdə isə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda (qiyabi) təhsil alıb.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1933 – 1937-ci illərdə Nuxa rayonunun Bideyiz kənd məktəbində müəllim,
1937 – 1941-ci illərdə Nuxa 11 №-li orta məktəbdə dərs hissə müdiri, 12 saylı məktəbdə direktor,
1941 – 1944-cü illərdə Nuxa rayon Maarif Şöbəsinin müfəttişi və Pedaqoji kabinənin müdiri,
1944 – 1945-ci illərdə Nuxa şəhər Maarif Şöbəsinin müdiri, Azərbaycan SSR Maarif Nazirliyi ibtidai orta məktəblər idarəsinin baş müfəttişi,
1945 – 1947-ci illərdə Nuxada Ümumittifaq əhəmiyyətli Məktəbyaşlı Oğlanlar Evinin direktoru,
1947 – 1950-ci illərdə Azərbaycan KP Şəki şəhər Komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri,
1950 – 1957-ci illərdə Azərbaycan siyasi və elmi bilikləri yayan “Bilik” cəmiyyətin Nuxa rayonlararası şöbəsinin məsul katibi,
1957 – 1961-ci illərdə Azərbaycan KP Şəki şəhər Komitəsinin katibi,
1961 – 1963-cü illərdə Azərbaycan Elmlər Akademiyasında kadrlar şöbəsinin rəisi və işlər idarəsinin müdiri,
1970-cı ildən Azərbaycan SSR EA Nizami adına Ədəbiyyat Muzeyində məktəblər şöbəsinin müdiri vəzifəsində işləyib.
İctimai-siyasi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1948-ci ildə və 1950-ci ildə Nuxa şəhər Sovetinə deputat seçilib.
Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
Rəşid bəy Əfəndiyevin həyatı və yaradıcılığı haqqında “Görkəmli maarifçi və demokrat yazıçı” (Azərnəşr Elm nəşriyyatı, 1960), “Rəşid bəy Əfəndiyevin dram əsərləri” (Azərnəşr, 1961) və “Maarif pərvanəsi” (Azərbaycan Maarif nəşriyyatı, 1982) kitabları çap olunub, digər mövzularda 40-dan artıq elmi məqalənin müəllifidir. “XVIII-XIX əsr Şəki şairləri” kitabı isə ölümündən sonra – 2020-ci ildə çap olunub.
Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]
- “Qırmızı Əmək Bayrağı” ordeni;
- “Qafqazın müdafiəsinə görə” medalı;
- “1941 – 1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi” yubiley medalı (1965);
- “1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi” yubiley medalı (1985);
- “Əmək veteranı” medalı;
- “Azərbaycan SSR qabaqcıl maarif xadimi” döş nişanı (1974);
- “Azərbaycan SSR əməkdar mədəniyyət işçisi” fəxri adı (1990).
Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]
9 iyul 1997-ci il tarixdə – 82 yaşında, Şəkidə vəfat edib.
Xatirəsi[Vizual/Mobil redaktə | HTML redaktə]
1999-cü ildə Şəki şəhər 21 saylı tam orta məktəbinə adı verilib.
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Nuxa şəhər Sovetinə seçilmiş deputatlar = Нуха шәһәр Советинә сечилмиш депутатлар // Məhyəddin Abbasov (redaktor) Nuxa fəhləsi : qəzet. — Nuxa: Kirov adına mətbəə, 1948. — В. 18 yanvar. — № 8 (4.067). — Səh. 1.
- Məmmədov Ə., Xalıqov F. Abdullayev Əbdürəhman // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 19-20. — 1.000 nüsx.
Həmçinin, bax:[Vizual/Mobil redaktə | HTML redaktə]
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- Ə
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- 1914-cü ildə doğulanlar
- 17 noyabrda doğulanlar
- Noyabrda doğulanlar
- 9 iyulda vəfat edənlər
- İyulda vəfat edənlər
- 1997-ci ildə vəfat edənlər
- Azərbaycan SSR əməkdar mədəniyyət işçiləri
- "Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ) laureatları
- "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif edilənlər
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "Əmək veteranı" medalı ilə təltif edilənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə